18
Assuriya şahı I Aşşuruballit (e.ə.1365-1333-cü illər) Misirlə diplomatik əlaqələr yaradır. Amarna
arxivində onun Misir fironu IV Amenxotepə göndərdiyi bir neçə məktub qalmışdır. Məktubların birində o
yazırdı: «Səni görmək üçün yanına göndərdiyim elçimi mehriban qarşıla. Qoy o, səni görsün və geri qayıtsın.
Qoy o, sənin və sənin ölkənin arzusunu öyrənsin».
I Aşşuruballit IV Amenxotepə göndərdiyi başqa bir məktubunda onun elçisinin Misirdə ləngidilməsi
ehtimalı ilə bağlı olaraq yazırdı: Qoy mənim elçilərim sənin ölkəndə ləngidilməsinlər. Nə üçün elçilər yad
torpaqda qalmalıdırlar. Əgər onlar yad torpaqda qalarsa və şah bundan fayda görürsə, onda qoy qalsınlar və
orada ölsünlər. Əgər şah bundan fayda götürmürsə onda nə üçün bizim göndərdiyimiz elçilər yad torpaqda
ölməlidirlər?»
İstər Mitanni şahı, istərsə də Babil şahı assuriyalıları öz təbəələri hesab edirdilər və Misir fironunun
Assuriya elçilərini qəbul etməsinə etirazlarını bildirmişdilər. Lakin Xet dövləti ilə ziddiyyətlərin tədricən
kəskinləşdiyi bir dövrdə Misirin Ön Assuriyada yeni müttəfiqə ehtiyacı var idi. Buna görə də Misir fironu
göstərilən etirazlara baxmayaraq Assuriya ilə müstəqil əlaqələr yaratmışdı. Tezliklə Assuriya dövləti Xet şahlığı
ilə birlikdə Ön Assuriyada Misirin ən güclü rəqiblərindən biri olan Mitanni dövlətinin varlığına son qoydu və
onun torpaqlarmı öz aralarında böldülər. Beləliklə, Şərqi Aralıq dənizi rayonları uğrunda mübarizədə Misir Het
dövləti ilə üzbəüz qaldı.
Dostları ilə paylaş: