13
qızıl, gümüş, qiymətli və yarımqiymətli daşların qəbzləridir. Qeyd etmək lazımdır ki, Babil şahdarının adətən,
Misirə «yaxşı qızıl» sifariş vermələrinə baxmayaraq alınan qızılın keyfiyyəti həmişə yüksək olmurdu.
Mənbələrə görə XVIII sülalənin sonlarından Misirdə bəzən qızılın əyarlılığını süni şəkildə aşağı salmaq
təcrübədən keçirdilirdi. Tarixi dəqiq müəyyən olmayan bir üzüyün təhlili onun tərkibində 75 faiz mis, 25 faiz
isə qızıl olduğunu göstərmişdir. El-Amarn məktublarında Misirdən göndərilən qızılın keyfiyyətindən
narazılığına tez-tez rast gəlmək olur. Məsələn, Kadaşman-Enlil məktublarının birində Misir fironunun
göndərdiyi 30 minə (15kq) qızılın gümüşə bənzədiyini göstərirdi.
II Burna-buruaş Exnatondan xahiş edirdi ki, o, göndərəcəyi qızılı məmurlarına etibar etməsin və yalnız
özü görəndən sonra onu möhürləyib yola salsın. Daha sonra o yazırdı: «Qardaşım əvvəl göndərdiyi qızılı özü
görməmiş və onu qardaşımın məmuru möhürləyib göndərmişdir. Ona görə də onun gətirdiyi 40 mina qızılı
kürəyə qoyduqdan sonra onun çəkisi düz gəlməmişdir. II Burna-buruaşın xahişinə baxmayaraq, Misir yenə də
keyfiyyətsiz qızıl göndərməkdə davam edirdi. «Sənin göndərdiyin səfirə gəldikdə isə - deyə II Burna-buruaş
başqa bir məktubunda yazırdı ki, onun gətirdiyi 20 mina qızılın çəkisi düz olmamışdır və onu kürəyə qoyduqdan
sonra heç 15 mina da qızıl alınmamışdır.»
Qaynaqların
təhlili göstərir ki, Babilistanla Misir arasında vaxtaşırı baş verən düşmənçiliyə baxmayaraq,
nəinki ticarət-iqtisadi, habelə siyasi əlaqələr də heç zaman kəsilməmiş, ayrı-ayrı hökmdarların dövründə isə
«nigah diplomatiyasından» da istifadə edilmşidir
.
El-Amarn məktublarında qızılla yanaşı, Babil şahlarının başqa sifarişlərinə də rast gəlmək olur.
Məsələn, Kadaşman-Enlil və II Burna-buruaş Misir fironlarından «umamu» adlanan heyvanın canlıya bənzər
müqəvvasını göndərmələrini xahiş edirdilər. II Burna-buruaşın məktubunda onların həm suda, həm də quruda
yaşayan heyvanlar olduğu göstərilirdi. Görünür, burada Babilistanın heyvanat aləminə yad olan timsah və
begemot nəzərdə tutulurdu. Ola bilsin ki, Babil şahları bu qəribə heyvanlar haqqında eşitmiş və onlara öz
saraylarında nümayiş etdirmək istəmişdilər.
Bunlarla yanaşı Babilistan Misirdən çoxlu məişət əşyaları, bəzək şeyləri, paltarlar və b. mallar alırdı.
Babilistanın Misirdən aldığı malların çeşidini öyrənmək baxımından Exnatonun II Burna-buruaşa göndərdiyi
hədiyyələrin siyahısı böyük maraq doğurur. Dörd sütundan və 307 sətirdən ibarət bu siyahıda qızıl, gümüş tunc
və b. materiallardan onlarca nəfıs əşyanın adı göstərilir. Qızıldan müxtəlif qablar, onlarla qızıl üzük, qolbağı,
boyunbağı, Pamassu (hami-allah) allahının qızıl
heykəlləri, daş qablar, fil sümüyündən müxtəlif əşyalar və b.
-
Exnatonun II burna-buruaş göndərdiyi hədiyyələrin tam olmayan siyahısı bunlardır.
Göstərilən əşyaların tərkibindəki qızılın çəkisi 1200 minadan çox (təxm.600 kq), gümüşün çəkisi 293
mina 3 şəkəl (təxm. 146kq), tuncun çəkisi ilə 860 mina 20 şekel təxm. 430 kq idi.
Babilistanla Misir arasında ticarət əlaqələri hər iki ölkəyə iqtisadi mənfəət verməklə yanaşı, siyasi,
əlaqələrin möhkəmləndirilməsi üçün də zəruri idi. Təsadüfi deyil ki, II Burna-buruaş məktublarda bunu
dəfələrlə qeyd edirdi. Hələ ilk məktublarının birində o, III Amenxatepe yazırdı. «Sənin atanla mənim atam
əvvəllər bir-biri ilə dost olduqları kimi, gəl indi biz də bir-birimizlə dost olaq və qoy bizim aramızda bədxah
sözlər deyilməsin”.
Başqa bir məktubda II Burna-buruaş Exnatona bildirildi ki, «şahlar arasında qardaşlıq, dostluq, ittifaq və
başqa əlaqələr o zaman ola bilər ki, qiymətli daşlar ağır gəlsin, gümüş ağır gəlsin, qızıl ağır gəlsin.»
Göründüyü kimi, ölkələr arasında hər cür münasibətlərin inkişafı ticarət əlaqələrinin miqyasından asılı
idi. Bu əlaqələr isə, qeyd edildiyi kimi, hər iki ölkə üçün faydalı idi. Babilistana zəruri mallar göndərən Misir
əvəzində özü üçün eyni dərəcədə zəruri olan mallar alırdı. Amarn məktubları Babilistanın Misirə göndərdiyi
mallar haqqında da aydın təsəvvür yaradır. Bu malların içərisində lazurit üstünlük təşkil edirdi.
Qeyd etmək lazımdır ki, hələ III Tutmosun salnaməsində Misirin Mesopotamiyadan lazurit aldığı
göstərilirdi. Kadaşman-Enlil və II Burna-buruaşın Misirə göndərdiyi hədiyyələrin içərisində demək olar ki,
həmişə lazuritə və ya lazuritdən hazırlanmış əşyalara rast gəlmək olur. Məsələn II Burna-buruaş Exnatona
ümumiyyətlə, 8 mina lazurit (4kq) və lazuritdən bir sıra qiymətli əşyalar göndərmişdi.
Məlum olduğu kimi, Mesopotamiyada lazurit və b. qiymətli və yarımqiymətli
daşlar yox idi və ən
qədim zamanlardan Mesopotamiya dövlətləri bu qiymətli malları xaricdən alırdılar. Mənbələrdə lazuritin
Mesopotamiyaya müasir Əfqanıstanın Bədəxşan rayonundan və ya Urmiya gölü zonasından gətirildiyi
göstərilir.
Şübhə yoxdur ki, kassilər dövründə Babilistan şərqlə sıx ticarət əlaqələri saxlamış və oradan çoxlu
miqdarda dazurit və başqa mallar almışlar. Bu dövrdə Babilistanda dekorativ tətbiqi sənətdə lazurit və başqa
qiymətli və yarımqiymətli geniş istifadə edilməsi, habelə onların geri ixracı bunu sübut edir.
Lazuritb yanaşı, Misirə daha çox və çənk arabası göndərilirdi. II Burna-buruaş Exnatona 10 cüt at, 5
çənk arabası göndərmişdi. Amarna məktublarında Babilistanın Misirə göndərdiyi bir sıra başqa malların da da
adı çəkilir. Məsələn, II Burna-buruaşın dövründə Misirə çoxlu qiymətli əşya göndərilmişdi. Bunlar əsasən
lazurit, gümüş, qızıl, tunc fil sümüyündən bəzəklər və məişət şeylərindən ibarət idi.
İstər Babilistan, istərsə də Misir tərəfi yuxarıda adları çəkilən malları bir-birinə hədiyyə göndərdiklərini
yazmalarına baxmayaraq, bunun əslində mübadilə məqsədi güddüyü və iqtisadi ehtiyacla bağlılığı açıq
14
göstərilirdi. Amarn məktublarından yuxarıda gətirdiyimiz misallar bunu aydın sübut edir. Xarici ticarəti öz
əllərinə alan bu və ya digər ölkənin hökmdarı qarşı tərəfə hədiyyələr göndərərkən onların əvəzində layiqli cavab
hədiyyəsi gözləyirdi və daha doğrusu, nə gözlədiyini açıq yazırdı: Deməli, Amarna məktublarında söhbət adı
hədiyyə mübadiləsindən deyil, iki böyük dövlət arasında müntəzəm ticarət əlaqələrindən gedir. Təbiidir ki, bu
əlaqələr müəyyən beynəlxalq normalara, bir-birinin hüquq bərabərliyini tanımağı tələb edirdi. Ehtimal ki, bu
münasibətlər iki dövlət arasında bağlanmış müqavilə ilə tənzim olunurdu. Amarna məktublarında
belə bir
müqavilənin mövcudluğuna işarə olunurdu.
Müəyyən olunmuş normaların hər hansı şəkildə pozulması cavab tədbirləri ilə qarşılanırdı. II burna-
buruaşın məktubundan gətirdiyimiz aşağıdakı sətirlər bizcə, məhz bu mənada başa düşülməlidir: “Sənin
səfirlərin üç dəfə mənim yanıma gəlmiş, lakin sən onlarla məmə heç bir qiymətli hədiyyə göndərməmisən. Ona
görə mən də sənə heç bir qiymətli hədiyyə göndərməmişəm. Nə sən qiymətli bir şey əldə etdin, nə də mən”.
Exnatona yazdığı bütün məktublarında öz şərəfini və dövlətin mənafeyini uca tutan II burna-buruaşın
narazılığının əsas səbəbi bizcə aşağıdakı sətirlərdə aydınlaşır: «Sonra o (II Burna-buruaşın səfıri) dedi ki, mənim
qardaşımın ölkəsində hər şey vardır və onun heç bir şeyə ehtiyacı yoxdur (Sənə bildirirəm ki,) mənim də
ölkəmdə hər şey vardır və mən də hər bir şeyə ehtiyac hiss etmirəm. Yaxşı münasibətlər bizə şahlardan
qalmışdır və bizdə bir-birimizə firavanlıq arzulamışıq. Qoy, bizim aramışdakı bu əlaqələr daha da möhkəm
olsun.»
Bununla II Burna-buruaş özünün Misir fironu ilə bərabər səviyyəli hökmdar olduğunu qabarıq şəkildə
nəzərə çarpdırır. II Burna-buruaş Exnatona yenə kiçik hədiyyə 4 mina lazurit və 5 cür at göndərir və çoxlu yaxşı
hədiyyələr göndərə bilməməsini yolun çətinliyi ilə su təchizatının pisliyi, havanın istiliyi izah edir. Elə buradaca
o, Exnatondan çoxlu yaxşı qızıl göndərməsini xahiş edir.
Ticarət əlaqələrinin normal inkişafına mane olan səbəblər təkcə bunlar deyildi. Daha təhlükəli maneə
Babilistandan gedən karvanların yolda qarət edilməsi, tacirlərin isə öldürülməsi idi. Belə qarətləri əsasən Misirin
nüfuz dairəsində olan Şərqi Aralıq dənizi ölkələrinin hökümdarları edirdilər. Bu da təsadüfi deyildi. Məlum
olduğu kimi, Exnaton ölkədə kəskin daxili çəkişmələr şəraitində özünün məşhur dini islahatını həyata keçirirdi.
Bu çəkişmələr Misirin hərbi potensialını xeyli zəiflətmişdi. Başı islahata və öz rəqibləri ilə mübarizəyə qarışan
Exnaton fəal xarici siyasət yeritmirdi və əslində Misirdən asılı olan Şərqi Aralıq dənizi dövlətlərini başlı-başına
buraxmışdı. Bu dövlətlər arasında daimi ixtilaflar və daxili çəkişmələr hökm sürürdü. Onlar Misir fironuna bir-
birindən şikayət edir. Hər biri öz qonşusunu Misirə xəyanətdə təqsirləndirirdi. Misir hökmdarı bu şikayətlərə
qibtə ediləcək dərəcədə səbirlə yanaşır və adətən heç bir tədbir görmürdü.
II Burna-buruaşın sonrakı məktubunda Babilistan tacirlərinin ölümü ilə nəticələnənə daha ağır qarətin
xatırlanması fironun öz nüfuz dairəsinə daxil olan ərazilərdə karvan yollarının təhlükəsizliyini təmin etmək üçün
ciddi tədbir görə bilmədiyini göstərir və bu, Exnatonun dövründə Misirin beynəlxalq vəziyyətinin
mürəkkəbliyini bir daha sübut edir. II Burna-buruaş yazırdı: «mənim Ahu-tabu ilə səfərə çıxan
tacirlərim ticarət
işləri ilə əlaqədar Kinahiddə ləngimişdilər. Ahu-tabu oradan qardaşımın yanına yola düşdükdən sonra
Balumemenin oğlu Şumadda və Akkolu Şaratunun oğlu Şutatna öz adamlarını göndərərək Kinahiddəki
Hinnatuni şəhərində mənim tacirlərimi öldürmüş və pullarmı ələ keçirmişlər. Buna görə mən Azzanı (?) sənin
yanına göndərmişəm. Ondan soruş və o hər şeyi sənə desin. Kinahhi sənin ölkəndir və onun şahları sənin
qullarındır. Mən sənin ölkəndə zorakılığa məruz qalmışam. Onların qarşısını al və qarət etdikləri pulları ödə”.
Məktubda daha sonra deyilirdi: “Mənim qullarını öldürən adamları isə edam et və onların qanının intiqamını al.
Əgər sən bu adamları öldürməsən, onlar yenidən bu işə qayıdacaq. Ya mənim karvanlarımı, ya da sənin
səfirlərini öldürəcəklər. Belə olduqda bizim aramızda səfirlərin gediş gəlişi kəsilər və əgər belə olsa, onda onlar
sənə qarşı çıxarlar. »
Göründüyü kimi, Exnatonun hakimiyyəti illərində Şərqi Aralıq dənizi ölkələrində Misirin mövqeyinin
zəifləməsi Babilistan-Misir ticarət əlaqələrini xeyli çətinləşdirmişdi. Babilistan ticarət karvanlarının qarətində
Suriya və Fələstin hakimlərinin iştirakı, onların Ön Asiya ticarətində öz müstəqilliklərini bərpa etmək, Misirin
Babilistan və başqa dövlətlərə birbaşa ticarət əlaqələrinə mane olmaq cəhdlərindən irəli gəlirdi. Ehtimal ki,
Misirin Babilistanla əlaqələri bu ölkələr üçün daha təhlükəli idi. Hananeylərin Misirdən ayrıla biləcəyini açıqca
qeyd edir. Bu məsələ ilə bağlı bir faktı da xatırlatmaq yerinə düşərdi. Hanandılar Misirə qarşı çıxış etmək
istərkən kömək üçün məhz Babilistana müraciət etmiş, lakin Kuriqalzudan rədd cavabı almışdılar. Bu Şərqi
Aralıq dənizində ağalıq üçün Misirin Babilistanla ittifaqının mühüm əhəmiyyətə malik olduğunu göstərir.
E.ə.XVI yüzillikdə Mitanni və Babilistandan asılı vəziyyətə düşən Assuriya XV yüzillikdən başlayaraq,
Misirlə əlaqələri genişləndirməyə və öz keçmiş qüdrətini bərpa etməyə çalışırdı. Exnatonun
müasiri olan I Aşşur
Uballitin (e.ə.1365-1330) dövründə Assuriya Mitanni və Babilistanın təhlükəli düşməninə çevrilir. İstər
Mitanni, istərsə də Babilistan şahları Misir-Assuriya yaxınlaşmasının və Assuriyanın yüksəlişinin təhlükəli
nəticələrini yaxşı görürdülər və ona görə də bu ittifaqa mane olmağa çalışırdılar. II Burna-buruaş Exnatona
məktubunda assuriyalıları öz təbəələri adlandırır və tələb edir ki, firon onunla heç bir əlaqə saxlamasın.
Tarixi şəraitin mürəkkəbliyinə baxmayaraq, Babilistanla Misir arasında ticarət əlaqələri kəsilmirdi və
hətta bu “nigah diplomatiyası” - qohumluq əlaqələri ilə möhkəmləndirilirdi. Amarn yazılarından məlum olduğu
15
kimi, Kadaşman Enlilin bacısı və qızı, habelə II Burna-buruaşın qızı müvafiq olaraq III Amenxotep və
Emxatona ərə vermişdilər. Digər tərəfdən Kadaşman-Enlilin III Amenxotepin qızını almaq arzusuna Misir
fironuna rədd cavabı vermişdi. Bu fakt əksər hallarda Misir fironunun Babil şahına etinasız münasibəti, ona
yuxarıdan aşağı baxmağı ilə izah olunur. Əslində isə bu qədim Misir taxt-tacı varisliyi adəti ilə bağlı idi. Bu
adətə görə «taxt-tac yalnız qadın xətti ilə keçirdi. Firon arvadı taxt-tac varisi hesab olunurdu. Taxt-taca istənilən
mənşəli adam iddia edə bilərdi. Və əgər o məlikəyə evlənirdisə, dərhal şah taxtına çıxırdı. Məlikə öz mənşəyinə
görə məlikə idi, şah isə ona evləndikdən sonra şah olurdu.»
Amarna dövründən sonra Babilistanla Misir arasında ticarət əlaqələri zəifləyir, lakin tamamilə kəsilmir.
II Ramzesin hakimiyyəti illərində iki ölkə arasında daha bir diplomatik qohumluq əlaqəsinin yarandığı güman
edilir. XIX sülalə dövrünə aid sənədlərdə Misirin Babilistandan müxtəlif mallar, xüsusilə at, gümüş, qiymətli
daşlar, sürtgü yağı idxal etdiyi göstərilir.
E.ə. XIII əsrin başlanğıcında Babilistanla Xett dövləti arasında əlaqələr genişlənir. Misirə və Assuriyaya
qarşı hər iki dövlətinin mövqeyini möhkəmlətmək məqsədilə Xett şahı III Xattusili Babil şahı Kadaşman-Turqu
(e.ə.1281-1264) ilə qarşılıqlı hərbi yardım haqqında müqavilə bağlayır. Müttəfiqlik borcunun yerinə yetirən
Kadaşman-Turqu Misirlə əlaqəni kəsmiş və Xett şahına Misirlə müharibə edərsə, piyada qohumlar və cənk
arabaların ilə kömək edəcəyini vəd etmişdi.
Dostları ilə paylaş: