35
başlamışdı. Karfagenin iqtisadi tərəqqisi Roma tacirlərini, sələmçiləri, eləcə də patrisiləri narahat etməyə
bilməzdi.
Roma senatında antikarfagen əhval-ruhiyyəli bir qrup Karfagenin tamamilə məhv edilməsini tələb
edirdi. Bu qrupun başında senator Mark Porsi Katon (böyük) dururdu. O, həmişə çıxışlarının «Mən hesab
edirəm ki, Karfagen mütləq dağıdılmalıdır» sözləri ilə qutarırdı.
Romanın apardığı müharibələrdə diplomatiyanın rolu böyük olmuşdur. Bu zaman Roma diplomatiyası
öz xarici siyasət məqsədlərini pərdələmək və ona bəraət qazandırmaq üçün azadlıq, insanpərvərlik,
ədalət,sədaqət kimi anlayışlardan geniş istifadə edirdi.
Diplomatiyada düşmən ölkələr daxilində müxtəlif
partiyalar təşkil etmək, şəhər və dövlətləri
vuruşduraraq zəif salmaq, “parçala və hökmranlıq et” üsulları geniş tətbiq edilirdi.
Roma diplomatiyası onun hegemonluq uğrunda mübarizəsinə xidmət edirdi. Əvvəllər romalıların başqa
ölkələrdə nümayəndəlikləri olmamışdı. Beynəlxalq əlaqələrin qurulmasında elçilərdən istifadə edilirdi. Bu işə
şahlıq dövründə olduğu kimi, beynəlxalq qayda-qanunların gözlənilməsinə nəzarət edən kahinlər kollegiyası
baxırdı. Sonralar bu iş xüsusi elçilərə- leqatlara tapşırıldı. Elçi senat tərəfindən təyin edilir və ona xüsusi
imtiyazlar verilirdi. Tədricən elçiləri qəbul etmək və danışıqlar aparmaq qaydaları protokollaşır və ənənəyə
çevrilirdi.
Romanın xarici siyasətində Parfiya dövləti ilə münasibətlər mühüm yer tuturdu. Parfiya və Roma
arasında diplomatik əlaqələr e.ə. I əsrin əvvəllərindən başlayır. Hələ e.ə. 92-ci ildə Sualla Kappadokiyada olan
zaman onun yanına gəlmiş Parfiya elçiləri Pont padşahı VI Mitridat Yevpatora qarşı Romaya ittifaq təklif
etmişdilər. O, zaman Parfiya padşahı II Mitridat idi və beynəlxalq vəziyyət Parfiyanın xeyrinə idi.
Bununla belə, Pompeyin e.ə.6-65-ci illər Cənubi Qafqaz yürüşü və burada qazandığı uğurlar
Parfiya-
Roma münasibətlərini pisləşdirdi və Roma ilə ilk toqquşmaya gətirib çıxardı.
Parfiyanın vəziyyətini mürəkəbləşdirən məsələlərdən biri də ölkə daxilində hakimiyyət uğrunda gedən
mübarizə idi. Ölkədə yaramış iki güclü qruplaşma arasında gedən bu mübarizədə taxt-tacın bir neçə varisi
öldürülmüş, son nəticədə hakimiyyətə gələn III Orod isə Romanın tələblərini qəti olaraq rədd etmişdi. Bu isə
Roma-Parfiya münasibətlərinin tamamilə pozmuş, iki ölkə arasında müharibə vəziyyəti yaranmışdı.
I triumvirat üzələrinin hamısı Parfiyaya qarşı mübarizədə maraqlı idilər. Bu müharibə Krassı xüsusilə
cəlb edirdi. O, Parfiyada şöhrət və çoxlu sərvət əldə edəcəyi xəyalında idi. E.ə. 54-cü ildə Krass
Mesopotamiyaya soxuldu. Lakin Karr yanında döyüşdə (e.ə.53-cü il) əvvəlcə oğlu, sonra isə özü həlak oldu. Bu
müharibədə 2000 Roma əsgəri öldürüldü, 10000 nəfəri isə əsir düşdü. Bütün Mesopotamiya parfların əlinə
keçdi. Parfiya qüdrətli dövlət oldu və Şərqdə Romanın ən böyük rəqibinə çevrildi. Əsir düşmüş Roma
əsgərlərini isə diplomatik yollarla Avqust geri qaytarmışdı.
Oktavian Avqust hakimiyyətinin ilk dövrlərindən imperiyanın sərhədlərini “təbii sərhədlərə” çatdırmağa
çalışırdı. Bunun üçün İspanıyanın işğalı başa çatdırılmalı idi. Halbuki orada yerli kantabrilər qonşu tayfalara
birləşərək Romaya qarşı kəskin müqavimət göstərmiş, astur tayaları romalılara böyük tələfat vermişdilər. E.ə.
26-25-ci illərdə Oktavian İspaniya əməliyyatına şəxsən rəhbərlik etməli olmuşdu. İspaniyanın işğalı e.ə. 19-cu
ildə gərgin mübarizədən sonra başa çatdı. Məhz bu Qalliyanın işğalını başa çatdırmağa imkan etdi. Bütün
Qalliya tutularaq 3 böyük əyalətə (Akvitaniya, Luqudun Qalliyası və Belgika) parçalandı. Qallar üzərinə ağır
vergi qoyuldu.
Şərqə münasibətdə xüsusilə, Parfiya ilə ziddiyyətlər danışıqlar yolu ilə nizama salınmışdı.
Avqust öz
sələflərinə nisbətən Şərqdə, xüsusən Parfiya ilə münasibətlərində çox ehtiyatlı olub, açıq döyüşlərdən uzaq
durmağı və danışıqlar yolu ilə münasibətləri nizama salmağı üstün tuturdu. Daxili çəkişmələrdən, hakimiyyət
uğrunda gedən mübarizədən ehtiyat edən Parfiya şahı IV Fraat da açıq döyüşlərə girməkdən çəkinirdi.
Parfiya-Roma münasibətlərində ziddiyyətli məsələlərdən başlıcası Cənubi Qafqaza münasibət idi. Bu
məsələ sonralar sasanilərin də Bizans imperiyası ilə münasibətlərində mərkəzi yerlərdən birini tuturdu.
Aralıq dənizi regionu dövlətlərinə münasibətdə Roma imperatorları ənənəvi ehtiyatlı siyasət
yeridirdilər. Buranı ələ keçirmək asan, möhkəmlənmək isə olduqca çətin idi. Təsadüfi deyildi ki, yalnız
uzunmüddətli hazırlıqdan sonra İudeya və Suriya da Roma imperiyasının tərkibinə qatılmışdı. Roma Hindistan
ilə də ticarət əlaqələri saxlayırdı. Avqust özü iki dəfə Hindistan elçilərini qəbul etmiş, Cənub Şərqi Asiya
ölkələri, xüsusilə Çinlə maraqlanmışdı.
Aqustun yaratdığı siyasi quruluş bir neçə əsr davam etmişdi. Lakin hakimiyyətin irsən nəsildən-nəslə
keçməsi haqqında hələ xüsusi qanun verilməmişdi. Buna baxmayaraq, onun nəslindən olan adamlar uzun
müddət hakimiyyəti öz əllərində saxlamışdılar.
Klavidinin imperatorluğu zamanı dövlət aparatının formalaşması prosesi əsasən başa çatdırılmışdı.
İmperiya dəfətərxanasında bir sıra yeni idarələr yaranmışdı ki, bunlardan “buyuruqlar xidməti”idarəsi mühüm
əhəmiyyətə malik idi. Onun başında Klavdinin şəxsi katibi,
keçmiş qul, sonradan azadlığa buraxılmış Narsis
dururdu. Dövlətin mühüm işləri, daxili və xarici siyasət, hərbi işlərə nəzarət bu idarəyə məxsus idi. Romanın
Şərq siyasətinin istiqamətləri, Şərq ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi, dəniz ticarəti kimi ideyalar
məhz Narsisə məxsus idi. Narsisin fəaliyyətində xüsusi yer tutan məsələlərdən biri də Roma ordusunun
36
gücləndirilməsi məsələsi idi.
Klavdi xarici siyasət fəaliyyətində Avropanın şimal-qərbinə xüsusi fikir vermiş, 43-45-ci illərdə Roma
ordusu Britaniyanın işğalını həyata keçirmişdi. İngiltərənin siyasi mərkəzlərindən olan Kamulodun və
Londininin (London) romalıların dayaq məntəqəsinə çevrilməsi burada Romanın mövqelərini olduqca
möhkəmlətmişdi.
Klavdi Dunay boyu məskən salmış tayfaları tabe edərək Romanın hakimiyyətini bütün orta və aşağı
Dunay boyunda yaymışdı. Çox keçmədən Bosfor padşahlığı da tabe edildi. Klavdi 47-ci ildə sərkərdə Didi
Pallın başçılığı ilə Qara dənizin şimalındakı Pantikapeyə ordu
göndərdi ki, nəticədə Bosfor şahı III Mitridatın
qoşunları məğlub edildi, özü isə əsir düşdü. Iberiya şahı Farasman da özünü Romanın vassalı elan etdi.
Yəhudilərin ərazisi və Afrikadakı Mavritaniya da Romanın alətinə çevrildi.
Klavdinin yəhudilərin təqib olunmasına son qoyması ilə bağlı siyasəti öz əksini “İskəndəriyyəlilərə
məktub” da tapmışdı. Klavdi qallara da seçki hüququ vermişdi. Görülmüş tədbirlər imperiyada daxili sabitliyin
yaradılmasına xidmət edirdi ki, bununla da yeni işğallara başlanması üçün şərait yaradılırdı. Ümumiyyətlə,
Klavdinin imperatorluğu zamanı Roma imperiyasının ərazisi Aralıq dənizi hövzəsindən xeyli kənara çıxmışdı.
Roma imperiyasının Şərq siyasəti, burada aparılan hərbi əməliyyatlar çoxlu sərvət vəd etməklə, həmişə
Roma əyanlarının diqqət mərkəzində idi. 55-58-ci illərdə görkəmli sərkərdə Domisi Korbulon böyük ordu ilə
Şərqə göndərilmiş, nəticədə Pont şahlığı və İberiya Romanın əyalətlərinə çevrilmişdi.
Roma ordusunun başqa bir qolu Qara dənizin şimal sahillərində əməliyyat aparırdı. Burada Dunayboyu
tayfaları Romaya tabe edilmiş, Krım yarımadası işğal olunmuşdu ki, bununla da Qara dəniz Roma
imperiyasının daxili dənizinə çevrilmişdi.
Qney Pompeyin e.ə.66-cı il Cənubi Qafqaz yürüşündən etibarən Roma imperatorları Şərq
siyasətində
bu istiqamətə xüsusi fikir verməyə başlamışdılar. Böyük İpək yolunun üzərində yerləşən Qafqaz Hindistan və
Çinlə əlaqələrdə mühüm əhəmiyyətə malik idi. Trayanın Şərqə səfəri nəticəsində (113-117-ci illər) Roma
imperiyasının nüfuzu İran körfəzinə qədər yayılmışdı. Trayandan bir qədər əvvəl isə imperator Neron Xəzər
dənizindən Hindistana gedən yolu ələ keçirmək üçün hərbi səfər planı hazırlamışdı. Tarixçi Svetoni yazırdı ki,
Neron “Xəzər darvazalarına səfərə də hazırlaşırdı”.
Roma imperatorlarından Diokletianın (285-305-ci illər) xarici siyasəti imperiyanın sərhədlərinin
möhkəmləndirilməsindən, barbarlara, allemanlara, franklara və burqundlara qarşı mübarizədən ibarət olmuşdu.
Diokletian hakimiyyəti qəsb etmək arzusunda olanlara qarşı Afrikada və Misirdə müharibələr aparmış,
imperiyanın bütövlüyünü qoruyub saxlamışdı.
Lakin 305-ci ildə Diokletian əvvəlcədən verdiyi sözə əməl edərək 20 il tamam olan kimi
imperatorluqdan əl çəkmiş və Maksimianı da buna məcbur etmişdi. Hər ikisi hakimiyyətə öz köməkçilərini -
Qalerini Şərqdə, Konstansini isə Qərbdə imperator təyin etdilər. Tarixçilər bununla da imperyanın iki hissəyə
parçalanmasının əsasının qoyulduğunu göstərirdilər. Konstansi qısa müddət imperator oldu və onun ölümündən
sonra oğlu Kosntantin hakimiyyətə keçdi. Qaynaqlar mömin təbiətli Konstantinin
həm də kifayət qədər
qətiyyətli şəxsiyyət olduğunu qeyd edirdilər. Təsadüfi deyildi ki, hakimiyyətə gəldikdən az sonra Konstantin
bütün rəqiblərini aradan götüirmüş və təkhakimiyyətliliyə nail olmuşdu. Konstantin rəqiblərinin əksinə olaraq
xristian dininə meyilli adam idi, çünki xristianlıq bu zaman qüvvətli ictimai təşkilata çevrilmiş və onun icmaları
imperiyanın hər yerinə yayılmışdı. Ordu, imperator məmurları, hətta imperator sarayında belə xristianlığa
rəqabət bəsləyənlər çox idi. Konstantn öz sosial dayaqlarını möhkəmləndirmək üçün xristianlıqan bir vasitə kimi
istifadə etmək qərarına gəlmişdi. Belə bir dayağın əldə orlunması ona müstəqil daxili və xarici siyasət yeritməyə
imkan verərdi. Roma papaları isə Konstantinin xristianlığa belə münasibətindən istifadə edərək saxta
«Konstantin bəxşişi» aldı sənəd uydurmuşlar.
İmperator Konstantinin 313-cü ildə verdiyi fərmanа əsasən bütün dinlərə, o cümlədən də xristianlığa
ibadət azadlığı verilirdi. Xristian kilsələri bir sıra imtiyazlar alır, xristian icmalarına vurulan zərərlərin dövlət
tərəfindən ödənilməsi qanuniləşdirilirdi. Xristianlığın dövlət dininə çevrilməsi imperiya daxilində baş vermiş
ciddi iqtisadi-siyasi dəyişikliklərlə əlaqədar idi. İmperiyanın iki hissəsi qısa müddətdə Feodosinin (379-395-ci
illər) imperatorluğu dövründə birləşdirildi, lakin 395-ci ildə onun ölümündən sonra imperiya iki oğlu arasında
bölüşdürülmüş, Arkadi şərqi imperiyanı, Honori isə qərbi imperiyanı almışdı. Hər iki imperator azyaşlı olduğu
üçün imperator sarayında və dövlət işlərində barbarlardan ibarət məmurlar və sərkərdələr böyük nüfuza malik
idilər. Belə ki, vandal Stilixon dövlətin daxili və xarici işlərində ciddi rol oynayırdı. Feodosi özü sağlığında
Stilixonu bacarıqlı sərkərdə və köməkçi kimi oğlu Arkadiyə təqdim etmişdi. Arkadinin sarayında qalliyalı Rufin
də böyük nüfuza malik idi.
IV əsrin sonlarından etibarən Qərbi imperiyanın ərazisinə soxulan barbarlar
ölkəni tamam talan edir,
Roma şəhərinə təhlükə yaradırdılar. Vestqotların başçısı Alarix 401-ci ildə İtaliyaya soxuldu, lakin Stilixonun
işə qarışması nəticəsində onunla sülh bağlandı. Lakin 406-cı ildə vestqotlar yenidən Romanı mühasirə edib
tutdular və 3 gün müddətində şəhəri qarət edib yandırdılar. Törətdikləri dağıntılara görə, bundan sonra
vestqotlar və səndəl tayfaları vandal adlandırılmağa başladı. 420-ci ildə isə digər tayfalarla birlikdə vandallar
əvvəlcə İspaniyaya, sonra Şimali Afrikaya soxuldular.
37
Qərbi imperiyaya soxulmuş tayfalardan hunlar daha təhlükəli idilər. V əsrin 50-ci illərində hunların
başçısı Atilla Mərkəzi və Şərqi Avropanı tutaraq oradan İtaliyaya daxil olmuşdu. 451-ci ildə Katalaun
döyüşündə Roma sərkərdəsi Aesinin qoşunları ilə vuruşmada məğlub olan hunlar Dunay boyuna çəkilməli
oldular, sonradan hunlar yenə də İtaliyaya soxulub Etruya ərazisinədək iərilədilər. 476-cı ildə Qərbi imperiyaya
sonuncu zərbə vuruldu. Qoların başçısı Odoakr başqa barbar tayfalarla birlikdə Romaya hücum etdi. Sonuncu
imperator Romul Avqustul taxtdan salındı. Onun imperatorluq əlamətlərini Konstantinopola göndərdilər.
Bununla da Qərbi Roma imperatorluğuna son qoyuldu.
Dostları ilə paylaş: