Ağac konstruksiyalı materiallarının keyfiyyətinin orqanoleptik
üsulu ilə ekspertizası
Bildiyimiz kimi, malların keyfiyyəti onların yararlılığını təyin edən xassələrin
məcmusu ilə ölçülür. Bu xassə göstəricilərinin təyin edilməsi üçün istifadə edilən
əsas metodlardan biri orqanoleptik metoddur.
Orqanoleptik metodla ekspertizası zamanı xüsusilə məmulatların
nöqsanlarına görə sortların müəyyən edilməsində geniş tətbiq edilir.
Ağac – inşaat materiallarının keyfiyyətinin orqonoleptik üsulla ekspertizası ilk
növbədə onların zahiri görünüşünə baxmaqla aparılır.
Ağac – inşaat mallarının keyfiyyətinə onun hazırlandığı xammal, yəni
oduncaq birbaşa təsir göstərir.
Ağacın möhkəmliyi və zahiri görünüşü təkcə cinsindən deyil, habelə ağacdakı
nöqsanlardan da xeyli aslıdır. Bu nöqsanlar taxta – şalban materiallarının və hazır
məmulatların çeşidlərə ayrılmasında ən mühüm amillərdən biridir.
Ümumiyyətlə, ağacın nöqsanları dedikdə, ağacın zahiri görünüşünə,
quruluşuna, bütövlüyünə və toxumalarının möhkəmliyinə dair müvafiq normaların
pozulması nəzərdə tutulur. Bu nöqsanlar hələ kəsilməmmiş ağaclarda və istərsədə
taxta şalban materiallarının saxlandığı və istismarı zamanı baş verə bilər.
Nöqsanlar, bir qayda olaraq ağacın keyfiyyətini, çeşidini və dəyərini aşağı
salır; burada ağacın quruluşunda edilən nöqsanlar (düyünlər, fırlar) müstəsnalıq
təşkil edir, belə nöqsanlar ağaca dekorativ xassələr verir və deməli, onun dəyərini
qaldırır.
20
Nöqsanların yaranma səbəbləri və ağacın keyfiyyətinə onların təsiri,habelə
nöqsanların növləri cox müxtəlifdir. Nöqsanların siniflərə bölünməsi və aydın
təsviri müvafiq standartlarda verilmişdir. Qeyd etmək lazımdır ki, oduncağın
nöqsanlarına aid olan DÜİST praktikada geniş istifadə olunan dövlət əhəmiyyətli
sənəddir.
Meşə və Ağac Emalı Sənayesi Nazirliyi tərəfindən işlənib-hazırlanmış və 1
yanvar 1982-ci ildən qüvvədə olan sonuncu standart – DÜİST 2140-81 oduncağın
qüsurlarını 9 qrupa bölür. 1-ci qrupa düyünlər, 2-ci qrupa çatlar, 3-cü qrupa gövdə
formasının qüsurları, 4-cü qrupa oduncağın quruluşunun qüsürları, 5-ci qrupa
kimyəvi rənglənmələr, 6- cı qrupa göbələk zədələnmələri, 7-ci qrupa bioloji
zədələnmələr. 8-ci qrupa kənar qatqılar, 9-cu qrupa qabarıqlar daxildir.
Dostları ilə paylaş: |