Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/37
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40241
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
312-smay-lov-V-qar-Mahir-B-85-27

Yuvarlaq meşə materiaları. 

Budaqları və qabığı təmizlənmiş ağac gövdəsinə və ya gövdənin bir hissəsinə 

yuvarlaq  meşə  materialları  deyilir.  İnşaat  işlərində  DÜİST  1047  –  54  əsasında 

aşağıda verilən yuvarlaq meşə materiallarının növləri işlədilir. 

İnşaat  şalbanı  və  mişarlanmış  şalbanlar.  Belə  şalbanlar  ağacın  gövdəsinin  bir 

hissəsidir, nazik başında diametri 14sm və daha çox olur. Adətən, inşaat şalbanları 

qabıqsız, mişarlanan şalbanlar isə qabıqlı halda iş yerinə gətirilir. 

Ağacın  keyfiyyətindən  aslı  olaraq  inşaat  şalbanı  və  mişarlanmış  şalbnlar 

birinci,  ikinci  və  üçüncü  növə  bölüünür.  Birinci  növ  yüksəkkeyfiyyətli 

şalbanlardır,  ikinci  növ  çürüntüdən  başqa  bəzi  qüsurları  olan  şalbanlardır,  üçüncü 

növ isə çürüntüdən başqa çox müxtəlif qüsurları olan şalbanlardır. 

Birinci  növ  inşaat  şalbanları  yük  götürən  böyükaşırımlı  konstruksiyaların 

mühüm  elementlərini,  ikinci  növ  yük  götürən  kiçikaşırımlı  konstruksiyaların 

hissələrini,  üçüncü  növ  isə az əhəmniyyətli konstruksiyaları,  yamacları, səngərləri 

bərkitmək, dirık (svay) və s. hazırlamaq üçün işlədilir. 

Nazik  şalbanların  uzunluğu  3-9m,  nazik  başında  diametri  8-11  sm  olur. 

Payaların nazik başının diametri 3-7sm olur. 

Bunlardan başqa, qiymətli yoğun ağaclardan gödək şalbanlarda hazırlanır. 




 

15

Gödək  şalbanların  uzunluğu  2-3,5m,  diametri  20sm.  çox  olur.  Ağcaqayın, 



qızılağac,  şam  ağacı,  küknar  və  başqa  ağaclardan  olan  gödək  şalbnlardan 

yapışdırılmış  faner  hazırlanır,  palıd,  göyrüş,  qoz  və  başqa  cinsli  ağaclardan  isə 

bəzək faneri hazırlanır. 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin