Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/37
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40241
1   2   3   4   5   6   7   8   9   ...   37
312-smay-lov-V-qar-Mahir-B-85-27

Enliyarpaqlı ağaclar. 

Palıd  ağacı  –  oduncağı  qalın  divarlı  və  möhkəm  elementlərdən  ibarət  oub. 

Sıx,  möhkəm  və  elastikdir.  Rəngi  açıq-sarıdan  tünd  sarıya  qədər  olur. 

Qurudulduqda  çox  yığılır  və  çatlayır.  Çürüməyə  davamlı  olduğundan  havada  və 

suda  yaxşı  qalır.  Bütün  kəsiklərində  özək  şüaları  aydın  görünür,  tekusturası 

gözəldir. 

Palıd ağacı  yüksək  mexaniki keyfiyyətlərə  malik olduğuna  görə  hidrotexniki, 

xarrat  və  bəzək  işlərində  qiymətli  materialdır.  Palıd  ağcının  odunağı  yaxşı  emal 

olunur  və  laklanır,  xarrat-bəzək  işlərində  çoxlu  işlənən  bəzək  faneri  hazırlamaq 

üçün ondan geniş istifadə edilir. 

Çox  uzun  müddət  dəmirli  suda  qalmış  palıd  ağacını  oduncağı  tündləşir  və 

rəngi qəhvəyidən qaraya qədər olur. Belə palıd ağacı möhkəm və gözəldir. 

Tozağacı  -  ən  çox  yayılmış  enli  yarpaq  ağaclardan  biridir.  Oduncağı  ağdır, 

azacıq  sarıya  və  qırmızıya  çalır,  bərk,  bircinsli  və  sıxdır.  Nəm  və  havası 




 

7

dəyişilməyən  yerlərdə  qaldıqda  asanlıqla  çürüyür.  Oduncağı  asan  və  yaxşı  emal 



olunur. 

Fıstıq ağacı – oduncağı qırmızıya çalan ağ rənglidir. Sıx olduğu üçün yüksək 

möhkəmliyə  malikdir.  Fıstıq  çürüməyə  qarşı  davamlı  deyildir,  çox  qabarır, 

asanlıqla  çatlayır.  Dəyişən  nəm  şəraitində  çürüməyə  davamsız  olması  onun  təbiqi 

sahəsini azaldır. 

Fıstıq  oduncaqlarının  özək  şüaları  bütün  kəsiklərdə  aydın  görünür.  Fıstıq 

ağacı başlıca olaraq Qafqazda və s yerkərdə bitir. 



Göyrüş  ağacı  –  oduncağı  sarıya-çəhrayıya  çalan  ağ  rənglidir.  Onu  asan  emal 

edərək gözəl xarici görkəmli oduncaqlara oxşatmaq mümükündür. Havada aldıqda 

çürüməyə  qarşı  az  davamlıdır,  suda  isə  yaxşı  qalır,  az  qabarır.  Bütün  kəsiklərində 

tekusturası  gözəldir.  Yaxşı  pardaqlanır  və  laklanır.  Quru  yerdə  və  suda  yaxşı  alır, 

dəyişən nəm şəraitdə tez çürüyür.  

Vələs  ağacı  –  odunacağı  ağır,  bərk,  bircinsli,  rəngi  bozumtul-ağdır.  Nəm 

yerdə  tez  çürüyür.  Asanlıqla  qabarıb  çatlaya  bilir.  Vələs  oduncağını  emel  edərək 

qiymətli oduncaqlara oxşatmaq mümkündür. 

İsfəndan  ağacı  –  oduncağı  ağır  və  bərk,  sarımtıl  və  ya  qırmızımtıl-ağ 

rəngdədir.  Asanlıqla  qabarır  və  çatlayır.  Tekusturası  gözəldir.  Ondan  bəzək 

işələrində daha çox istifadə edirlər. Asan emal olunur. 

Cökə  ağacı  –  oduncağı  yumşaq,  yüngül  və  bircinsli,  çəhrayı  və  qırmızıya 

çalan ağ rənglidir. Qabarması və çatlaması azdır. 



Qoz  ağacı  –  oduncağı  ağır,  sıx  və  bərk,  bozumtul-qəhvəyi  rəngdədir. 

Tekusturası  gösəl  olduğu  üçün  bəzək  işlərində  üzlük  faner  şəklində  geniş  istifadə 

olunur.    

 

 



 

 

 



 


 

8

 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin