Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40241
1   2   3   4   5   6   7   8   9   10   ...   37
312-smay-lov-V-qar-Mahir-B-85-27

Cədvəl 1 

Həcmi çəkisi 

Məsamələrin həcm i% 

0.3 


81 

0.5 


68 

0.7 


55 

 

 



Ağacın  sıxlığı  və  məsaməliliy  onun  səthinin  emal  edilməsində  böyük 

əhəmiyyət  kəsb  edir.  Məsələn,  pardaqlamaq  üçün  mütləq  və  nisbi  sıxlığı  yüksək 

olan ağac, mum çəkmək üçün isə nisbi sıxlığı az olan ağac daha yararlı sayılır. 

İstini, səsin, elektrikin, işığın və qazın ağaca təsiri. 

Quru ağacın istilik keçirmək əmsalı kiçikdir (sudan 25 dəfə aşağıdır.), deməli 

quru ağac istini yaxşı izolə edir. Ağacın nəmliyi artdıqca istilikkeçirmə qabiliyyəti 

xeyli güclənir. 



 

12

Qızdırılan  zaman  ağac  öz  həcmini  az  genişləndirir.  Tozağacı  istilikdən  həcm 



etibarı ilə dəmirə nisbətən 4 dəfə və misə nisbətən isə 7 dəfə az genişlənir. Ağacın 

ssə  buraxma  qabiliyyəti  uzununa  istiqamətdə  16  dəfə,  eninə  istiqamətdə  isə  3-4 

dəfə  havanın  səs  buraxma  qabiliyyətindən  yuxarıdır.  Quru  ağac  səsi  nəinki 

buraxmaq,  hətta  gücləndirmək  xassəsinə  malikdir.  Yaş  vəçürük  ağac  səsi  ağır 

keçirir  və  gücləndirmir;  taxta-şalban  materiallarının  nəmliyini  və  keyfiyyətini 

müəyyən etdikdə ağacın bu xüsusiyyətindən istifadə edirlər. 

Ağacın  elektrikkeçirmə  qabiliyyəti  onun  nəmlik  dərəcəsindən  asılıdır.  Quru 

ağcaqayın, göyrüş, fıstıq ağacları nisbətən yüksək ozollə materialı sayılır. 

Ağacın  nazik  qatlarından  işıq  şüaları  keçə  bilər,  təkqat  və  üzlük  faner 

vərəqələrinin gizli qüsurlarının müşahidə edilməsi üçün ağacın içində işıq keçirilir. 

Şalban və taxtadan rentgen şüaları da keçə bilər. 

Ağacın  qaz  keçirmək  qabiliyyətindən  onun  rəngini  dəyişmək,  ammonyak  və 

azot  turşusu  ilə  ona  antuseptik  xassə  vermək  və  ağac  zuyanvericiləri  ilə  mübarizə 

etmək üçün istifadə olunur. 

Ağacın  mexaniki  xassələri  –  onun  möhkəmliyindən,  yəni  xarici  qüvvənin 

təsirinə qarşı müqavimətindən və bərkliyindən, yəni kənar cisimlərin onun daxilinə 

girməsinə göstərdiyi müqavimətdən ibarətdir. 

Mexaniki möhkəmlik etibarı ilə ağac çox müxtəlifdir. Ağacın möhkəmliyi bir 

sıra amilərdən, ocümlədən vəziyyətindən (quru, yaş,sağlam,çürük), həm çəkisindən 

(ağır,  yüngül),  ona  təsir  edən  qüvvələrin  istiqamətindən,  üzərinə  düşən  yüklərin 

növündən və habelə tətbiq edilən qüvvələrin xarakterindən aslıdır. Xarii qüvvələrin 

təsiri nəticəsində ağac formasını itirir və sonra sınır. 

Sağlam,  nöqsansız,  ağır  və  quru  ağacın  möhkəmliyi  həmişə  yüksək 

olur.Ağacın  möhkəmlik  göstəriciləri  ağırlıq  statik  olduqda  kq/sm

2

  ilə,  dinamik 



olduqda isə kqm/sm

2

 ilə ifadə olunur. 



Liflərin  uzununa  istiqamətdə  dartılmad,sıxılmada,  əyilmədə  və  kəsilmədə 

ağacın  möhkəmliyi  çox,  doöramada  və  liflərin  eninə  tərəf  dartılmada,  burulmada 

və  xüsusən  sındırmada  isə  azdır.Nəmlik  15%  olduqda  ən  çox  yayılmış  ağac 

növlərinin orta mexaniki möhkəmliyi cədvəld verilmişdir. 




 

13

 



 

 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin