II.
Respublikanın istehlak bazarına daxil olan ağac
konstruksiyalı materiallarının istehlak xassələrinin ekspertizasi
Bildiyimiz kimi əmtəələrin obyektiv xüsusiyyətlərinə, onların yararlığından
aslı olaraq istismar prosesində aşkara çıxan və insan tələbini ödəmək qabiliyyətinə
istehlak xassələri deyilir.
Istehlak xassələri təbiətindən aslı olaraq kimyəvi, fiziki-mexaniki və bioloji
xassələrə bölünür.
Ağac-inşaat materiallarının kimyəvi xassələri dedikdə, müxtəlif kimyəvi
maddələrin bu malların keyfiyyətinə təsiri nəzərdə tutulur. Kimyəvi xassələrin
vacib göstəricilərinə turşuya, qələviyə, qaza, suya davamlılıq aiddir.
Turşuların, qələvilərin və qazların oduncağın xassələrinə təsirini S.İ.Vanin və
başqa tətdqiqatçılar öyrənmişlər. Otaqda quru vəziyyətdə olan kiçik oduncaq
nümunələri üzərində aparılan təcrübələr göstərmişdir ki, 10% qatılıqlı sulfat, xlorid
və azot turşularının təsiri zamanı qaraşam və şam ağacının nüvəsi liflər boyu
sıxılmaya, statik əyilməyə möhkəmliyini, zərbə özlülüyünü və bərkliyini orta
hesabla 48%, küknar, fıstıq və tozağacı isə 53-54% itirir. Buna oxşar nəticələr
qələvinin oduncağa təsiri zamanı da alınmışdır.
Müxtəlif qatılıqlı qələvinin oduncağa 4 həftə müddətində təsiri zamanı
müşahidə edilmişdir ki, 2%-li amonyak məhlulu iynəyarpaqlı ağacların (qaraşam,
şam, küknar) statistik əyilməyə möhkəmliyini praktiki olaraq azaltmadığı halda,
enliyarpaqlı ağacların möhkəmliyini 34%, cökəninkini isə 2 dəfədən çox aşağı
salmışdır. 10%-li ammonyak məhlulu qaraşamın möhkəmliyini 8%, şam ağacı və
küknarın möhkəmliyini 23%, enliyarpaqlı ağacların möhkəmliyini isə 3 dəfə
azaltmışdır. Na qələvisi oduncağın mexaniki xassələrinə daha çox təsir göstərir.
Belə ki, 2%-li NaOH məhlulu iynəyarpaqlı ağacların möhkəmliyini 5%,
9
enliyarpaqların möhkəmliyini 43%, 10%-li məhlul isə müvafiq olaraq 2 və 3-5
dəfə aşağı salır.
Beləliklə, müəyyən edilmişdir ki, iynəyarpaqlı ağacl turşu və qələvilərin
təsirinə qarşı daha davamlıdır. Bu hal onların oduncağında pentozların çoxluğu ilə
izah edilir.
Oduncağın uzun müddət SO
2
, SO
3
, NO, NO
2
qazları təsir etdikdə o tədricən
dağılır,şam ağacının oduncağı əvvəlcə çəhrayı, sonra qırmızı, daha sonra isə qonur
rəng alır. Oduncağın nəmlənməsi zamanı dağılma intensiv gedir. Oduncağın
qatranlı olması qazların zərərli təsirini azaldır.
Çay və dəniz sularının da oduncağın xassələrinə təsiri çoxdur. Oduncaq uzun
müddət suda qaldıqda onun üst qatları (10-15mm qalınlıqda) yuyulur və hidroliz
olunur, nəticədə möhkəmliyi xeyli azalır. Oduncağın suyun altında qalma
müddətindən aslı olaraq rəngi açıq qəhvəyidən qaraya qədər dəyişir. Su ilə
doymuş, qaralmış palıdın oduncağı plastik olur, qurudulduqdan sonra kövrəkləşir.
Bu zaman onun quruyub yığılması və şişməsi adi oduncağınkından 1,5 dəfə çox,
sıxılmaya, statik əyilməyə möhkəmliyi və bərkliyi 1,5 dəfə, özlülüyü isə 2-2,5 dəfə
olur.
Ağacın fiziki xassələrinə onun xarici görünüşü, nəmliyi, çəkisi, sıxlığı, işığın,
elektrikin, istinin və qazın ağaca təsiri aid edilir.
Ağacın xarici görünüşü onun rəngindən, parıltısından və tekusturasından
aslıdır.
Ağacın rəngi ağdan tutmuş qara rəngə qədər ola bilər. Ağacın təbii rənginin
dəyişilməsi onun çürüməsini və keyfiyyətinin aşağı düşməsini göstərir. Ağacın
rəngini səthdən və dərindən boyamaq yolu ilə dəyişmək olar.
Ağacın parıltısı onun bərkliyindən və özək şüalarının miqdarından,
ölçüsündən və yerləşməsindən aslıdır. Bərk ağac çox parıldayır. Ağac çürüyəndə
parıltısını itirir.
Illik qatların, liflərin, özək şüalarının, yatmış tumurcuqların və digər
elementlərin müxtəlif bucaqlar altında kəsilməsi nəticəsində əmələ gələn şəkillərə
tekustura deyilir. Tekusturanın zənginliyi onun, yəni ağac cinsindən və ağac
10
elementlərinin kəsilmə bucaqlarından aslıdır. Radial kəsikdə lent tekusturası əmələ
gəlir, tangental kəsikdətekustura artan konusa bənzəyir, en kəsikdə isə tekustura
konsentik dairələr şəklində olur. Tekustura ağacın zahiri görünüşünü bəzəkli edir.
Tekustura zəngin (qoz, çinar), aydın (adi tozağacı, qızılağac), bəzən isə tamamilı
tekusturasız (ağcaqovaq, cökə) olur.
Ağacın nəmliyi – yaş ağacda çoxlu su olur. Burada suyun miqdarı quru ağacın
çəkisinə nisbətən 35-120% təşkil edir. Su ən çox ağacın üst oduncaq hissəsində, ən
az isə nüvəsində olur. Ağacda hiqroskopik suyun miqdarı müxtəlif cinslər üzrə 23-
30% təşkil edir. Daimi çəkiyə qədər qurudulan ağaca mütləq quru ağac deyilir. Yaş
ağacın nəmliyi (W) faizlə ifadə olunur və bu faiz suyun çəkisinin mütləq quru
ağacın çəkisinə nisbətəni göstəriri.
15-18% nəmliyə qədər qurudulmuş ağaca havada quru ağac, 8-10% nəmliyə
qədər qurudulmuş ağaca isə otaqda quru ağac deyilir.
Ağacın istismar prosesində ölçüsünü və formasını dəyişməyən vəziyyətindəki
nəmliyinə müvazinat və yaxud istismar nəmliyi deyilir. Məmulatın təyinatına görə
bu nəmlik bayır qapıları və pəncərə çərçivələri üçün 18%, daxili qapılar üçün 12%
müəyyən edilmişdir. Nəmliyi artıq olan ağacdan hazırlanmış məmulat istismar
prosesində əyilir və çatlayır.
Ağac suda islanır, havanın nisbi rütubəti artdıqda, onun da nəmliyi artır. Bu
zaman ağacda quruma prosesinin əksinə olan hallar baş verir, yəni ağac şaşar.
Ağacın həcmi quruması hər buraxılan hoqroskopik nəmlik faizinə nisbətən 0,5-
0,6%-dir.
Ağacın əyilməsi və çatlaması onun qeyri-bərabər quruması və şişməsi
nəticəsində baş verir. Düzgün qurumaqda ağacda baş verən güclü daxili dartılma
və sıxılma gərginlikləri materialların formasını pozur. Ağacda üst oduncaq hissədə
nüvə çox quruyur və ona görədə ağac adətən nüvə tərəfdən çatlayır, üst oduncaq
hissəsində isə əyilmə nəticısində nov əmələ gəlir.
Ağacın çəkisi və sıxlığı – bütün cinslərdən olan ağac hüceyrələrinin
qılaflarının xüsusi çəkisi (1.449-1.564), demək olar ki, orta hesabla 1,5-dir. Ağacın
həcmi çəkisi dedikdə, natural şəkildə ağacın həcm vahidinin çəkisi təsəvvür edilir.
11
Bu çəki q/sm
3
ifadə olunur. Ağac sıx olduqca onun həcmi çəkisi də çox olur və
bununla əlaqədar olaraq onun mexaniki möhkəmliyi də yüksək olur.
Həcm çəkisinə görə bütün ağac cinsləri aşağıdakı qruplara bölünür:
Çox ağır (0,8-dən yuxarı) ağaclar – Floridada bitən dəmit ağacı (1,42),zoğal,
şimşad ağacı, qarağac.
Ağır (0,7-0,8) ağaclar – palıd, armud, ağ akasiya.
Orta dərəcədə ağır (0.7-0.6) ağaclar – vələs, fıstıq, göyrüş, çinar, qara şam.
Yüngül (0,5-0.4) ağaclar – şam, küknar, ağcaqovaq, cökə, sidr.
Çox yüngül (0,4-dən aşağı) ağaclar – ağ şam, kriptomeriya.
Ağacın sıxlığı mütləq və nisbi sıxlığa bölünür. Məsələn, armud, vələs,
ağcaqayın ağacı həm mütləq, həm dənisbi qiymətcə sıx ağaclardır. Palıd və
göyrüşün mütləqsıxlığı yüksək, nisbi sıxlığı isə aşağıdır,əksinə tozağacı, cökə,
qızılağac və ağcaqovaq yüksək nisbi və aşağı mütləq sıxlıqda olur.
Ağacın sıxlığı aşağı olduqca məsaməliyi çox olur. Ağacın məsaməliliyi onun
həcmi çəkisi ilə tərs mütənasibdir; məsələn, aşağıdakı kimi:
Dostları ilə paylaş: |