I. İNŞAATDA İSTİFADƏ OLUNAN ƏSAS
AĞAC CİNSLƏRİNİN NÖVLƏRİ
Inşaat işlərində başlıca olaraq iynəyarpaqlı ağac oduncağından istifadə edilir.
Enliyarpaqlı ağac oduncağı isə inşaatda nisbətən az, xarratlıq və bəzək işlərində
çox tətbiq olunur.
İynəyarpaqlı ağacların gövdəsi düz uzun olduğundan oduncağının inşaat işi
üçün keyfiyyəti daha yüksəkdir. Bununla bərabər bir sıra enliyarpaq ağaclardan da
inşaat işlərində geniş istifadə etmək lazımdır. Bu məqsədlə ağcaqovaq, tozağacı,
qızılağac, cökə və qovaq kimi ağaclardan inşaat işlərində müəyyən qədər
işlədilməlidir. Bu ağacları müvəqqəti və köməkçi binaların tikilişində və habelə
qapı, arakəsmə, plintus, daxili ağac piləkanlar və s. hazırlanmasında işlətmək
mümükündür.
Dostları ilə paylaş: |