Oduncağın quruluşunu qüsurları : Bu da öz daxilində bir neçə yarım
qruplara bölünərək öyrənilir.
Oduncağın vəziyyətinə görə sağlam, çürümüş, çürük və tütünə oxşar düyünlər
vardır. Oduncağında heç bir çürümə əlaməti olmayan düyünə sağlam düyün
deyilir. Mişarlanmış meşə materiallarındakı və şpondakı sağlam düyünlərin
rənginə görə açıq və tünd düyünlərə ayırırlar. Açıq rəngli sağlam düyünlərdə
oduncağın rəngi onu əhatə edən oduncağın rəngindən azacıq tünd olması ilə
fərqlənir. Tünd rəngli sağlam düyünlərin oduncağı qətran, aşı və nüvə maddələri
ilə hopmuş olduğundan onu əhatə edən oduncaqdan rənginin xeyli tündlüyünə görə
fərqlənir. Sağlam düyündə bir və ya bir neçə çat olarsa belə düyünə çatlı sağlam
düyün düyilir. Əgər düyün kəsiyi sahəsini 1/3- dən az hissəsi çürüksə belə düyünə
çürümüş düyün, 1/3- dən çox hissəsi çürümüşsə, çürük düyün deyilir. Düyünün
oduncağı bütövlükdə, yaxud qismən asanlıqla qırmızı –qonur rəngli kütləyə
ovxalanırsa belə düyünə tütünə oxşar düyün düyilir.
Sortimentləri düyünlüyünə görə xarakterizə etdikdə düyünün növü, ölçüsü və
miqdarı göstərilir. Girdə meşə materiallarında açıq düyünlərin növünü oduncağının
vəziyyətinə görə təyin edən zaman bəzən tütünə oxşar düyünləri digər növ
çürümüş düyünlərdən fərqləndirmək çətin olur. Belə halda düyünə biz batırılır.
Əgər bizin batma dərinliyi 3 sm az olarsa düyünü, zədələnmə sahəsindən aslı
olaraq çürümüş, yaxud çürük düyünə, 3 smə çox olduqda isə tütünə oxşar düyünə
aid edirlər.
Açıq düyünləri ən kiçik diametrnə (d) görə ölçürlər (şəkil 1). Bu halda düyün
ətrafı fır, düyün ölçüsünə əlavə edilmir.
Örtülmüş düyünlər iynə və enliyarpaqlı meşə materiallarında müxtəlif
üsullarla qiymətləndirilir. İynəyarpaqlı meşə materialında örtülmüş düyün
sortimentin səthi üzərinə çıxan və düyünü örtən şişin hündürlüyü (a) ilə
ölçülür.(şəkil). Enliyarpaqlı girdə meşə materiallarında örtülmüş düyünün
diametrini yara yerinin (şəkil 3) ölçüsünə əsasən təyin edirlər. Yara yeri budaqlar
27
quruduqdan və düşdükdən sonra örtülmüş düyünün yürində düzgün ellipis formalı
ləkədir.
Ağacın cinsindən, onun böyümə şəraitindən və gövdənin hissəsindən aslı
olaraq düyünlərin ölçüləri və yerləşməsi dəyişir. Kölgəyə davamlı ağacların,
küknarın gövdəsində şam ağacındakına nisbətən çox düyün olur. Eyni düyünlərin
ölçüləri və onların oduncağının vəziyyəti gövdənin radiusu üzrə dəyişir. Qabıqdan
özəyə doğru düyünlərin ölçüləri kiçilir, bitişməmiş düyünlər bitişmiş düyünlərə
keçir, çürümüş və çürük düyünlərin sayı azalır.
Əksər hallarda düyünlər oduncağın xassələrinə mənfi təsir göstəriri. Onlar
oduncağın xarici görünüşünü pisləşdirir, onun eyni cinsliliyini pozur, liflərin və
illik qatların əyriliyinə səbəb olur. Bütün bunlar oduncağın bir çox mexaniki xassə
göstəricilərinin aşağı düşməsi ilə nəticələnir. Düyünlərin bərkliyi (xüsusən tünd və
sağlam düyünlər), onu əhatə edən oduncağın bərkliyindən çox olduğundan
oduncağın kəsici alətlərlə emalını çətinləşdirir. Girdə meşə materiallarında tütünə
oxşar düyünlər gizli nüvə çürüntüsü ilə müşahidə olunur. Düyünün mexaniki
xassələrə
təsit
dərəcəsi,
onun
nisbi
ölçülərindən,
məmulatın,
yaxud
konstruksiyanın yüklənmiş hissələrinin gərginlik vəziyyətindən aslıdır. Sağlam,
dairəvi, tam bitişmiş düyünlər daha az, tikiş və qrup düyünləri isə daha cox mənfi
təsir göstərir. Oduncağın liflər boyu dartılmaya möhkəmliyi daha çox, liflər boyu
sıxılmaya möhkəmliyi isə daha az azalır. Əyilmədə düyünün təsir dərəcəsi detalın
uzunluğu və hündürlüyü üzrə onun tutduğu vəziyyətdən əhəmiyyətli dərəcədə
aslıdır.
Oduncaq düyünlərinin olması, xüsusən düyünün oxu qüvvənin təsir istiqaməti
ilə üst-üstə düşən halda, onun liflərin eninə radial istiqamətdə möhkəmıliyini
artırır. Düyünlər qopma müstəvisinə perpendikulyar yerləşdikdə də oduncasğın
tangental istiqamətdə liflər boyu qopmaya möhkəmliyini artırır. Düyünlərin
ölçüləri artdıqca oduncağın liflərin eninə radial və tangental istiqamətdə dartılmaya
vı sıxılmaya elastiklik modulunun qiyməti çox artır.
Dostları ilə paylaş: |