gərginliklərin təsiri altında oduncağın liflər boyu yarılmasıdır. Çatlar canlı və
28
kəsilmiş ağaclarda əmələ gələ bilər. Canlı ağclarda əmələ gələn çatlara metik,
dairəvi və şaxta çatları, kəsilmiş ağaclarda əmələ gələn çatlara isə quruyub yığışma
çatları aiddir.
Liflərin mailliyi – bu qüsur liflərin sortimentin boyuna oxundan kənara
çıxması ilə ifadə olunur və ona bütün ağac cinslərində rast gəlinir. Liflər tangensial
və radial mailliləri ilə fərqlənirlər.
Liflərin tangensial mailliyi çox geniş yayılmış təbii hal olub, liflərin canlı
ağacda spiral şəklində yerləşməsi ilə əaqədardır. Onlara girdə meşə materiallarının
yan səthində vintəoxşar çatlar şəklində, mişarlanmış məhsullarda və şponda isə
tangensial səthdə, sortimentin uzununa oxundan qatran yollarına, borulara, özək
şüalarına və göbələk zədələri zolağına doğru yönəlmiş olur.
Liflərin radial mailliyi mişarlanmış materialların radial və yaxud ona yaxın
səthindəki illik qatların kəsilməsi zamanı alınır.
Liflərin mailliyi aşağıdakı düsturla hesablanır:
100
l
h
K
%
K – liflərin mailliyinin qiyməti, %-lə ;
l – sortimentin ölçülən sahəsini uzunluğu, mm;
h – sortimentin verilmiş sahəsində liflərin, onun boyuna oxundan kənara
çıxmasının qiyməti, mm.
Liflərin mailliyi nə qədər çox olarsa möhkəmliyi bir o qədər az olar.
Möhkəmliyin ən çox azalması liflər boyu dartılmada, ən az azalması isə liflər boyu
sıxılmada müşahidə edilir.
Liflərin buruqluğu - liflərin əyri-üyrü. yaxud nizamsız yerləşməsdir.Lifləri
yerləşmə xarakterindən aslı olaraq dalğalı və dolaşıq buruqluq vardır.
Dalğalı buruqluq – dalğavari əyilmiş liflərin az və ya çox dərəcədə nizamlı
yeləşməsindən ibarətdir. Liflərin belə yerləşməsi gövdənin kötük hissəsində
müşahidə edilir. Liflərin dalğalı buruqluğu tozağacıda, əsməqovaqda,ağcaqayında
və digər ağac cinslərində təsadüf olunur.
29
Dolaşıq buruqluq - liflərin nizamsız yerləşməsi ilə xarakterizə olunur. Adətən
liflərin buruqluluğu oduncağın ayrı-ayrı yerlərində təsadüf olunduğundan yerli
qüsur hesab olunur. Liflərin buruqluğu oduncağın dartılmaya, sıxılmaya və
əyilməyə möhkəmliyini azaldır, zərbə özlülüyünü artırır. Oduncağın mexaniki
emalını çətinləşdirir. Bununla belə o, oduncağa gözəl tekustura verir ki, bu da
mebel istehsalında qiymətli xassə sayılır.
Qıvrım – illik qatların düyün və sağalmış yara ətrafında yerli əyilməsidir.
Qıvrım bir tərəfli və iki tərəfli olur. Mişarlanmış məhsulların yan səthlərində
qıvrımı qiymətləndirməkdən ötrü onun enini və uzunluğunu ölçürlər. Bu səthə
düşən qıvrımları hesablayırlar.
İkiözəklilik – bəzi hallarda müşahidə olunur. Hər bir özəyin ayrıca illik qatlar
sistemi, gövdənin kənarı isə ümumi illik qatlar sistemi ilə əhatə olunur. Çox vaxt
iki özək arasında örtülü yara müşahidə olunur. İkiözəklilik oduncağın quruluşunun
eynicinsliliyini pozur.Mişarlanmış belə materiallr tez qabarır və çatlayır.
Dostları ilə paylaş: