Kimyəvi rənglənmələr: Bu cür rənglənmələr təzə kəsilmiş, su ilə axıdılan
ağaclarda kimyəvi və biokimyəvi proseslər nəticəsində əmələ gəlir. Onlar
oduncağın üst qatında əmələ gəlir və 1-5mm dərinliyə keçir. Kimyəvi
rənglənmələrə aşılıq və oduncağın sarılığl aiddir.
Aşılıq – su ilə axıdılmış ağacların qabığı altındakı illik qatların 1-5 mm qədər
qırmızımtıl qəhvəyi və ya qonur rəngdə rənglənməsidir. Bu zaman aşı madələri
oksidləşərək oduncağa müəyyən rəng verir.
Sarılıq – iynəyarpaqlı ağacların üst səthinin sarı limonu rəngə boyanmasıdır.
Üst oduncağın canlı hüceyrələrini təşkil edən maddələr oksigen çatışmaması
nəticəsində kimyəvi dəyişiklərə uğrayaraq sarılıq əmələ gətirir.
Kimyəvi rənglənmə ağacın fiziki-mexaniki xassələrinə təsir etmir, lakin onun
estetik xassələrini pisləşdirir.
Dostları ilə paylaş: |