Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40241
1   ...   12   13   14   15   16   17   18   19   ...   37
312-smay-lov-V-qar-Mahir-B-85-27

Gövdə  formasını  qusurları  :  Oduncağın  bu  qrup  qüsurlarına  nazikləşmə, 

ucyoğunlaşması, ovallıq, fır və əyrilik daxildir. 

Nazikləşmə  -  bütün  ağac  gövdələri  üçün  diametrin  kökdən  ağacın  təpəsinə 

doğru  az  və  ya  çox  kiçilməsi  xarakterik  haldır.  Əgər  gövdənin  hündürlüyü  boyu 

onun  hər  metri  üçün  diametrin  kiçilməsi  1sm-dən  çox  olarsa,  bu  hal  qeyri-normal 

və qüsur hesab edilir. Belə qüsür nazikləşmə adlanır. Nazikləşmə dərəcəsi kötük və 

təpə  diametrləri  arasındakı  fərqə  əsasən  təyin  edilir.  Alınmış  fərqi  sortimentin 

ümümi üzunluğuna bölüb, 1m-ə düşən sm və yaxud faizlə hesablayırlar. 

Sortimentin  nazikləşməsi  bir  sıra  səbəblərdən:  ağacın  cinsindən,  ağacın 

böyümə  şəraitindən  aslıdır.  Enliyarpaqlı  ağacların  gödələri  iynəyarpaqlı  ağac 

gövdələrinə nisbətən daha nazikləşən olur. 



 

25

Ucyoğunlaşması  -    bütün  ağaclarda  təsadüf  olunan  gövdənin  aşağı  hissəsinin 



diametrinin  kəskin  artmasına  deyilir.  Ucyoğunlaşması  nazikləşmənin  xüsusi 

halıdır.  Ucyoğunlaşmasında,  gövdənin  kötük  kəsiyində  girdə  meşə  materiallarının 

diametri,  yaxud  mişarlanmış  məhsulların  eni,  sortimentin  həmin  kəsikdən  1m 

məsafədə  olan  diametrindən  1,2  dəfə  və  daha  çox  olur.  Girdə  sortimentin  kötük 

hissəsinin  formasından  aslı  olaraq  dəyirmi  və  qabırğalı  ucyoğunlaşması  vardır. 

Dəyirmi  ucyoğunlaşmasında  kötük  hossənin  eninə  kəsiyi  çevrəyə  yaxın  formada 

olur.  Qabırğalı  ucyoğunlaşması  en  kəsiyinin  ulduza  oxşar  forması  ilə  xarakterizə 

olunur.  Ucyoğunlaşmasının  ölçülməsi  kötük  kəsiyinin  və  həmin  kəsikləri  1m 

məsafədə olan kəsiyin diametrləri arasındakı sm-lə fərqi tapmaqla müəyyən edilir. 

Ovallar – girdə meşə materiallarının en kəsiyinin yastı formada olmasıdır. Bu 

halda sortimentin en kəsiyiyn ən böyük diametri ən kiçik diametrindən azı 1,5 dəfə 

çox olur. Gövdənin ovallığını ölçmək üçün meşə materiallarının kəllə kəsiyinin ən 

böyük  və  ən  kiçik  diametrləri  arasındakı  fərqi  tapırlar.  Ovallılıq  girdə  meşə 

materiallarının emalı zamanı çoxlu tullantıların əmələ gəlməsinə səbəb olur. 

Fır  –  gövdənin  müxtəlif  formada  yerli  qalınlaşmasıdır..  Fırların  forması  çox 

vaxt  dəyirmi  və  ya  kürəyə  oxşar  olur.  Onlar  qalınlığına  və  uzunluğuna  görə 

ölçülür. Oduncağın xarici görünüşünə görə fırlar iki qrupa bölünür:  

1.  Hamar səthli, oduncağı az və ya çox dərəcədə düzgün quruluşlu fırlar. 

2.  Nahamar səthli, girintili və çıxıntılı, oduncağı dolaşıq quruluşlu fırlar. 

     Birinci  qrup  bütün  ağacların  gövdələrində  əmələ  gələ  bilər;  ikinci  qrup 

fırlar  isə  başlıca  olaraq  ,  enliyarpaqlı  ağac  cinslərində  olur.  Fırlar  –  müxtəlif 

qıcıqlandırıcıların təsiri altında  toxumların artması, yaxud gövdənin göbələk, şaxta 

yanğın, və başqa amillərin təsiri nəticəsində xədələnməsindən əmələ gəlir. 

Fırlar  girdə  meşə  materiallarının  istifadə  və  emalını  çətinləşdirir.  Lakin 

fırların  oduncağı  xırda,  bədii  şeylərin  və  yonulmuş  üzlük  şponlarının 

hazırlanmasından ötrü xammal kimi yüksək qiymətləndirilir. 

Əyrilik  –  gövdənin  uzunluğu  boyu  bütün  ağaclarda  təsadüf  olunur.  Təpə 

zoğunun  düşməsi  və  onun  yan  budaqlarla  əvəz  olunması,  ağacın  yaxşı  işıqlana 

tərəfə  əyilməsi,  onun  dağ  yamacında  bitməsi  və  digər  səbələr  nəticəsində  gövdə 



 

26

əyilə  bilər.  Sadə  və  mürəkkəb  əyrilik  vardır.  Sadə  əyrilikdə  gövdənin  bir, 



mürəkkəb əyrilikdə isə bir neçə əyriliyi vardır. 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin