Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40241
1   ...   7   8   9   10   11   12   13   14   ...   37
312-smay-lov-V-qar-Mahir-B-85-27

Yarımfabrikatlar. 

Yonulmuş  taxta  və  tirciklər.    Enliyarpaqlı  və  iynəyarpaqlı  ağaclardan 

hazırlanaraq  yonulmuş  və  tıxaclanmış  olur.  Tıxaclanmış  taxtaların  bir  tərəfində 

tıxac, o biri tərəfində  isə yanındakı taxtanın tıxacına girən çıxıntı vardır. 

Tıxac  və  çıxıntılat  düzbucaqlı,  üçbucaqlı.  trapesiya  və  seqment  şəkilli    ola 

bilər. 


Tıxaclanmış  taxtalar  döşəmə,  arakəsmə  düzəltmək  və  ümumiyyətlə,  taxtalar 

arasında boyuna əlaqə yaratmaq və sıx birləşmə tələb olunan hallarda tətbiq edilir. 

Profilli  pəstahlar  və  məmulatlar.    Belə  məmulat  müxtəlif  profili  olur.  Plintus 

və  qaltellər  döşəmə  ilə  divar  arsındakı  bucaqları  örtmək  üçün,  sürahilər,  pilləkən 

məhəccərləri üçün, haşiyələr, pəncərə və qapı çərçivələrini örtmək üçün işlədilir. 



 

17

Suvaq çiləkəni, qalınlığı 3-4mm, eni 15-40mm və uzunluğu 1-2,5m olan nazik 



taxta parçalarıdır. 

Paraket,  adi  və  lövhə  şəklində  iki  növ  olur.  Lövhə  şəklində  parket,qalınlığı 

50mm olan taxtalardan düzəldilmiş 1400x1400 mm ölçüdə lövhədir.  

Lövhənin  hissələri  yapışqan  və  zıvanalarda  bir-birinə  birləşdirilmiş  və  dörd 

kvadrata  bölünmüşdür.  Həmin  lövhənin  üzərinə  qalınlığı  14-17mm  olan  ayrı-ayrı 

parket taxtacıqları yapışdırırlar və ya mıxlayırlar. 

Adi  parket  palıd,  göyrüş,  fıstıq,  qarağac  və  başqa  bu  kimi  bərk  ağacların 

oduncağından  hazırlanan  müxtəlif  forma  və  ölçülü  taxtacıqlardır.  En  kəsiyinin 

profilindən  aslı  olaraq  iki  növ  oyuqlu  və  falslı  parket  vatdır.  Döşəmə  vurarkən 

tamasa ilə bərkitmək üçün oyuqlu paraket taxtacıqlarının  yanlarında oyuqlar olur. 

Falslı  paraket  taxtacıqlarının    yanlarında  çəp  fals  vardır.  Döşəməni  bitium 

mastikası  əsası  üzərindən  vurduqda  bitium  mastikası  həmin  çəp  falslara  girir  və 

onları  bir-birinə  birləşdirir.  Paraket  taxtacıqlarnın  uzunluğu  150-500mm,  eni  35-

90mm, qalınlığıisə 14.17 və 20mm olur.  

İnşaat  faneri.    İstehsal  üsullarından  aslı  olaraq  yapışdırılmış  və  bıçaq  faneri 

vardır. Faner enliyarpaqlı və iynəyarpaqlı ağacların oduncağından hazırlanır. 

Yapışdırılmış  faner  –  soyulmuş  təbəqələrin,  yəni  şponların  bir-birinə 

yapışdırılmasından  alınan  materialdır.  Bir  təbəqədə  şponların  sayı    3-15  qədər  ola 

bilər. Qabaqcadan buxara verilmiş şalban parçasından xüsusi soyma dəzgahlarında 

şpon  alınır.    İki  qonşu  təbəqənin  lifləri  bir-birinə  perpendikulyar  olmaq  şərti  ilə 

şponları  yapışdırırlar  ki,  bu  da  möhkəmliyi  artırır.  Çox  zaman  yapışdırılımış 

fanerlər tozağacı. Küknar və qızılağacdan hazırlanır. 

Tətbiq  edilmiş  yapışqanın  növündən  aslı  olaraq  albumin,  kazein  və  süni 

qətranlarla yapışdırılmış fanerlər vardır. 

Yapışdırılmış  fanerlərin  uzunluğu  3m-ə,  qalınlığı  2,  4,  6,  8,  10,  12  və  15mm 

olur. 


Bıçaq  faneri  qiymətli  və  bərk  ağaclardan  ,  məsələn,  palıd,  qoz  ağacı, 

ağcaqayın və s. hazırlanır. Ucuz ağaclardan hazırlanmış məmulata üz çəkmək üçün 

bu fanerdən istifadə olunur. 



 

18

Bıçaq  faneri  şalbandan  nazik  təbəqələr  şəklində  xüsusi  faneryonan 



dəzgahlarda  kəsilir.  Oduncaq  yumşaq  olmaq  üçün  şalbanı  qabaqcadan  buxara 

vermək  lazımdır.  Bıçaq  fanerini  uzunluğu  1500-2000mm,  eni  200-500mm, 

qalınlığı 0,6-1,5mm olur. 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin