Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə79/245
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#40310
1   ...   75   76   77   78   79   80   81   82   ...   245
naxcivan

ƏVƏLİYİP-GƏVƏLƏMƏX'  (Naxçıvan)  –  sözü 
dolandırmaq, dəqiq bir söz deməmək. –Çox əvəliyip-gəvələdi 
heş nə annamadım. 
ƏYAĞAŞDI//ƏYƏĞAŞDI  (Şahbuz)  –  yeni  nişan 
qoyulmuş  oğlanı  qız  evinin  qonaq  çağırması.  –Əyağaşdıya 
çağırmasan oğlan gəlməz kin, qaynətəsigilə. 
102 
 


ƏYAĞI  SURÇAX  (Badamlı,  Sələsüz)  –  şorgöz.  –
Əyağı surçax adamıydı, ona gora heş kim qız-gəlini ona eytibar 
el
əmirdi.  
ƏYAXLI//AYAXLI (Babək, Şahbuz) – üstündə xəmir 
yaymaq üçün torpaqdan hazırlanmış əşya. 
ƏYAXLIX  (Şahbuz)  –  arı  pətəyinin  yeşiyinin  torpağa 
d
əyib çürüməməsi üçün altından paralel vurulan iki taxta. 
ƏYDİ//ƏYQİ (Şahbuz) – taxtadan düzəldilən qaşıq və 
ya çömç
ənin  içini  oyub  çıxaran  alət.  –Taxda çömçənin için 
usda 
əydiynən çıxardır. 
ƏYƏ (Ələhi, Nəsirvaz) – 1. xitаb; 2. dəmir аlət; 3. yiyə, 
sahib, ruh. -
Bı аtın əyəsi ölüp. –Bı əvın bir əyəsi var da. Əyə 
mifik  məna  bildirir.  Bu  anlayış  Sibir  türklərində  çох  geniş 
yаyılmışdır. 
ƏYƏN-BƏYƏN (Heydərabad, Xok) – o tərəf-bu tərəf. 
-
Əyən-bəyənə baxdığıvı işdəsəydin indi qutarmışdı. 
ƏYƏRBAZ (Naxçıvan) – hər şeyə lağ edən, kinayə ilə 
yanaşan.  –Biri hər  şeyə  güləndə,  lağ  eliyəndə  deyirix' 
əyərbazdı. 
ƏY  GƏLMƏX'  (Sələsüz,  Türkeş)  –  aldatmaq.  –Öz 
al
əmində səki Pürzə ma: əy gəlir. 
ƏYİRDƏX'  (Nəsirvaz)  –  süd, yumurta, un və  yağla 
yoğrulub yağda qızardılmış kövrək qoğal. –Əyirdəyin xəmirin 
südn
ən eliyirix'. 
Bu söz 
əyirdəx'//əydəx'  variantlarında  bir  çox 
şivələrimizdə işlənməkdədir (3 s.168). 
103 
 


ƏYLƏ  (Cəhri)  –  saxla.  –A bala, bir əylə  görüm nə 
deyirs
ən? 
ƏYLƏMƏK (Dizə) – saxlamaq, yavaşıtmaq. –Əylədin 
m
əni vaxdında gedəmmədim. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin