Naxçivan dialekt və ŞİVƏLƏRİNİn lüĞƏTİ


FƏRMƏŞ (Cəhri) – yorğan-döşək yığılan yer, məfrəş.  FƏRŞ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə81/245
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#40310
1   ...   77   78   79   80   81   82   83   84   ...   245
naxcivan

FƏRMƏŞ (Cəhri) – yorğan-döşək yığılan yer, məfrəş. 
FƏRŞ I (Ordubad) – döşəmə. –Köhnə evlərdə belə pol 
yoxuydu ki, f
ərş elə torpaxdan olardı. 
FƏRŞ  II (Məzrə)  –  palaz.  –Bizdə  həməşə  fərşin 
altınnan da anam bir parçadan-zaddan açardı yerə. 
F
ərş  sözü  bu  mənasında  Ağdam,  Bərdə  şivələrində  də 
işlənir (3, s.171). 
105 
 


FƏRŞ  III  (Qarabağlar)  –  dərinlik.  –Fərşdə  su bol 
olanda quyularımız da dolur. 
FƏTİR  (Culfa, Kəngərli)  –  çörək  çeşidi.  –Fətirə  duz 
vırmırıx. 
FILXA 
(Badamlı,  Biçənək)  –  xalis, təmiz.  –Ara yol 
xarapdı, ordan gələndə olursan fılxa palçıx. 
FINCIX 
(Şahbuz) – qısaboy, gödək. -Alçaxboy adama 
bizd
ə fıncıx deyillər. 
FINCILIXLAMAX 
(Şahbuz)  –  qaçmaq.  –Elə 
fıncılıxladım ki ha, heç izim də qalmadı. 
FINDIXCA  (
əksər  şivələrdə)  –  barmaqların  uclarına 
yumru şəkildə qoyulan xına. –Nənəmin barmağınnan fındıxcası 
əskix' olmazdı. 
FIR  (Diyadi
n,  Qıvraq)  –  şiş.  –Boğazında  fır  varıydı, 
ge:p onu k
əsdirməyə Bakıya. 
FIRIX 
(Böyükdüz,  Şahtaxtı)  –  pis.  –Bizim kət 
savetinin işi diyəsən fırıxdı. 
FIRI QALXMAX  (Bab
ək,  Naxçıvan,  Şahbuz)  - 
əsəbiləşmək.  –Bir adam birdən möggəm hesdənəndə  deyirix', 
fırı qalxdı. 
FIRTIQ 
(Naxçıvan, Türkeş, Vayxır) – burundan axan 
selik.  –S
ə:n  yadıva  gəlməz, onda hələm sən  bırnı  fırtıxlı  bir 
uşağıydın.  
FIS ÇIXMAQ 
(Alışar)  –  boş  çıxmaq.  –Qara  kişi 
gopçu:n biridi, dedix'l
ərinin də hammısı fıs çıxdı. 
106 
 


FISTIRINQА  (Gərməçataq)  -  ахmаq,  yаrаmаz.  -Sən 
nə fıstırınqа аdаmıymışsаn. 
FİLİTDƏMƏX' (Babək) – bir nəfəri digərinin üstünə 
salmaq, qızışdırmaq. –Filitdiyip salmısan üsdümə, mən də başa 
salmmadım ki, salammadım.  
Salyan şivələrində də bu sözə eyni mənada rast gəlirik 
(3, s.172). 
FİNG (Nehrəm) – pencəyin qolunun ağzı. –Qəsdumun 
fingi sürtülm
əx'dən ta gedip. 
FİRƏNGİ  (Siyaqut)  –  kibrit.  -Firəngi  də  dеyirik, 
аlışqаn dа, kibrit də. 
FLEYZATOR  (Qaraçuq)  –  tozsoran.  –
İndi  arvatdarın 
işi hasatdaşıp, fleyzatornan təmmizdiyir evi. 
FO:RU (Biç
ənək) – tez, həmin dəqiqə. –Ağzımnan söz 
çıxmamış fo:ru cütdədi qoydu qabağıma. 
FRAMOK 
(Dırnıs) – pəncərənin yuxarı hissəsi. –Çıxıp 
framokdan düz
əltmax lazımdı pərdiləri.  
FUQAN 
(Şahbuz)  –  böyuk rəndə.  –Fuqanı  dülgərrər 
işdədər. 
Bu söz Ç
əmbərək şivələrində də eyni mənada işlənir (3, 
s.173).  
107 
 



Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   245




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin