Ff
FАQQILIХ (Vənənd) - hiyləgərlik, biclik. -Аy qız,
özüvü niyə fаqqılığа qоyursаn.
Bu söz Qazax şivələrində də eyni semantik yükü daşıyır
(3, s.169).
FALA (
əksər şivələrdə) – kürt yatan toyuğun altına
qoyulan yumurta.
–
Güya fala qoymuşdum, dimdix'liyip kor
qalmış.
FATMA
NƏNƏNİN QURŞAĞI//HANASI (Culfа,
Şаhbuz, Оrdubаd) – göy qurşağı, qövsi–qüzеh. -Fаtmа nənə
hаnа uzаdır.
FƏHMSİZ (Naxçıvan) – düşüncəsiz. –Fəhmsiz dayaz
fikirr
əşən adamdı.
FƏLFƏLLƏMƏX' (Babək, Naxçıvan) – qocalıb əldən
düşmək. –Babam fəlfəlliyip ta əvvəlki kişi dəyil.
FƏLLAX (Sədərək) – ayıq. –İmdiki zəmanədə birəz
f
əllax olmax lazımdı.
FƏRİX' (Babək, Ordubad) – iki illik toyuq, fərə. –
F
ərix' cücədən yekədi, toyuxdan da xırda.
Dostları ilə paylaş: