|
HƏVƏDİŞİ (Şahbuz) – qədim arpa sortu.
HƏVİX'naxcivan
HƏVƏDİŞİ (Şahbuz) – qədim arpa sortu.
HƏVİX' (Şahbuzkənd, Şıxmahmud) – heyf. –Qazan
aşdı o boyda doşabın hammısı töküldü həvix' oldu.
HƏVİŞ (Şahbuz) – plovun üstünə qoyulan xuruş. –
H
əvişi biz həməşə pencərnən eliyərix'.
HƏVLƏKİ (Camaldın, Ərəzin, Hacıvar) – acgözlüklə.
–El
ə həvləki işdi ki, suyu, elə bilginən yanırmış.
HƏVRƏ (Ordubad) – cır, yabanı meyvə. –Həvrə armut
daş kimin olur, yeməx' olmur onu.
HƏYLƏ (əksər şivələrdə) – elə. –Həylə oğula can
qurbandı.
HƏYLƏNÇİX' (əksər şivələrdə) – elə. –Həylənçix'
bambılı adamnan sən nə gözdüyürsən.
HƏZАZ (Əylis) – dаğsоğаnı. -Dаğdаn yеməyçin
çохlucа həzаz yığdım.
HIRNAŞMAX (Babək, Naxçıvan) – zarafatlaşmaq,
ucadan gülüşmək. –Bı cavannarın işi-gücü yoxdu, yığışıplar bir
yer
ə pütün günü hırnaşıllar.
Dostları ilə paylaş: |
|
|