“maliYYƏ” fənnindən mühazirə mətnləri


BÜDCƏ PROSESİNİN MAHİYYƏTİ VƏ



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə49/157
tarix02.01.2022
ölçüsü1,67 Mb.
#40714
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   157
Maliyyə muhazirələri yeni (1)

 
 
5.3.BÜDCƏ PROSESİNİN MAHİYYƏTİ VƏ TƏİKİLİ ƏSASLARI  
  
Büdcə prosesi – büdcənin lаyihəsinin hаzırlаnmаsı, baxılması, təsdiqi və icrası ilə bаğlı 
hakimiyyət orqanlarının qanunvericiliklə  аrdıcıllıqlа fоrmаlаşdırılmış fəaliyyətdən ibаrətdir. 
Büdcə prosesinin mahiyyətənə açmaq üçün bu məsələyə müxtəlif tərəflərdən qiymət vermək  
lazımdır. Maliyyə kateqoriyası kimi büdcə prosesi  – cəmiyyətin və onun üzvlərinin iqtisadi 
maraqlarını  təmin  etmək  məqsədilə  milli  gəlirin  yenidən  bölgüsünü  həyata  keçirərək 
hökumət  tərəfindən  müəyyənləşdirilmiş  dövlət  institutları,  yerli  özünüidarəetmə  orqanları, 
fiziki  və  hüquqi  şəxslər  arasında  yaranan  pul  münasibətlərini  ifadə  edir.  Onun  məzmunu 
ölkənin dövlət və büdcə quruluşu, habelə müvafiq orqanların hüquqi və fiziki şəxslərin büdcə 
hüquqları ilə müəyyən edilir.   
Büdcə prosesinin təşkili prinsipləri aşağıdakılardan ibarətdir:  
- büdcənin bütün gəlir və xərclərinin əhatə edilməsinin vahidliyi və tamlığı prinsipi. Bu 
prinsipin  mahiyyəti  ondan  ibarətdir  ki,  ölkənin  bütün  gəlir  və  xərcləri  dövlət  büdcəsində, 
Naxçıvan MR büdcəsində və yerli büdcələrdə birləşdirilməlidir;  
- planlaşdırılan  büdcə  gəlirlərinin  reallığı  prinsipi.  Bu  prinsipə  əsasən  həm  bütün  gəlir 
mənbələrinin həcmi, həm də büdcə xərclərinin əsas istiqamətləri saslandırılmalıdır;  
- büdcənin layıhəsinin  tərtibi  və  təsdiqinin  aşkarlığı  prinsipi.  Bu  onunla  ifadə edilir  ki. 
büdcə  prosesinin  bütün  mərhələlərində  büdcə  göstəriciləri  hərtərəfli  müzakirə  edilir.  Büdə 
layihə  halında  və  təsdiq  olunmuş  şəkildə  aşkarlanır,  mətbuatda  dərc  olunur,  parlamentdə 
müzakirə olunduqda da aşkarlıq təmin edilir;  
- büdcə  tzsnifatına  uyğun  olaraq  büdcə  göstəricilərinin  qruplaşlırlıması.  Büdcə 
prosesinin  təşkili  zamanı  büdcə  sisteminin  bütün  səviyyələrdə  vahid  büdcə  təsnifatı  əsas 
tutulmalıdır;  
- büdcələrin  dövriliyi  prinsipi.  Bu  prinsip  hər  təqvim-maliyyə  ilinə  budcənin  tərtibi 
deməkdir;  
- büdcə  prosesi  iştirakçılarının  səlahiyyətlərinin  bölgüsü  prinsipi.  Bu  prinsipə  əsasən 
büdcə  prosesində  büdcə  prosesi  iştirakçıları  qanunvericiliklə  müəyyən  edilmiş  hədlərdə  öz 
vəzifələrini yerinə yetirirlər.   
.  Büdcə  prosesində  iştirak  edən  orqanlar:  maliyyə  orqanları,  pul-kredit  sistemini 
tənzimləyən  orqanlar,  dövlət  nəzarəti  orqanlarıdır.  Hər  bir  orqanın  bu  və  ya  digər  formada 


50 
 
 
 
müəyyən vəzifəsi vardır və onlara verilmiş səlahiyyətlər  
çərçivəsində fəaliyyət göstərir. Büdcə prosesinin iştirakçıları aşağıdakılardır:  
- AR prezidenti;  
- AR-nın Milli Məclisi;  
- Azərbaycan Respublikasının hökuməti;  
- AR Maliyyə Nazirliyi;  
- Dövlət xəzinədarlıq orqanları;  
- büdcə gəlirlərinin toplanmasını həyata keçirən orqanlar;  
- Mərkəzi Bank;  
- AR Hesablama Palatası;  
- pul-kredit tənzimlənməsini həyata keçirən orqanlar;  
- dövlət maliyyə nəzarəti orqanları;  
- büdcədənkənar dövlət fondları;  
- büdcə, vergi səlahiyyətləri verilən digər orqanlar.  
 Qanunvericilik və  yerli özünüidarəetmə  orqanları büdcə haqqında  qanunu,  onun icrası 
haqqında  hesabatı  müzakirə  və  təsdiq  edir,  büdcənin  icrasına  sonrakı  nəzarəti  həyata 
keçirirlər.  Müvafiq  icra  hakimiyyəti  orqanları  və  yerli  özünüidarəetmə  orqanları  büdcə 
layihəsini tərtib edir və onları qanunverici orqanın təsdiqinə verir.  
 Azərbaycan  Mərkəzi  Bankının  büdcə  səlahiyyətləri  ondan  ibarətdir  ki,  Mərkəzi  Bank 
Hökumətlə  birlikdə  pul-kredit  siyasətinin  əsas  istiqamətlərini  hazırlayıb  milli  Məclisin 
müzakirəsinə təqdim edir. Mərkəzi Bank büdcə hesablarına xidmət göstərir. Dövlət qiymətli 
kağızları üzrə baş agent funksiyasını həyata keçirir.   
   Dövlət  və  bələdiyyə  maliyyə  nəzarəti  orqanları  büdcə  layihələrinin,  məqsədli 
proqramların ekspertizasını aparır və büdcənin icrasına nəzarəti həyata keçirir.  
Qanunvericilik  orqanlarının  öz  ehtiyat  fondlarını  yaratmaq  hüququ  yoxdur,  büdcənin 
icrası  üzrə  ayrı-ayrı  funksiyaları  yerinə  yetirə  bilməz.  Maliyyə  nəzarəti  orqanları  büdcə 
layihələrinin,  məqsədli  proqramların  ekspertizasını  aparır  və  büdcənin  icrasına  nəzarəti 
həyata keçirir.  
 Azərbaycan Respublikası Maliyyə Nazirliyi büdcə prosesinin iştirakçısı kimi aşağıdakı 
səlahiyyətlərə malikdir: dövlət büdcəsinin layihəsini tərtib edir, onu AR Hökumətinə təqdim 
edir və büdcədənkənar dövlət fondlarının layihələrinin hazırlanmasında iştirak edir;  
- Hökumətin  tapşırığı  ilə  dövlət  büdcəsi  hesabına  qaytarılmaq  və  təminat  əsasında 
kənara vəsait verir;  
- Dövlət  büdcəsi  layihəsinin  tərtibi  və  icrası  sahəsində  metodiki  rəhbərliyi  həyata 
keçirir;  
- İcmal büdcənin proqnozunu verir;  
- Hökumətin  tapşırığı  ilə  daxili  dövlət  bopclanma  proqramını,  dövlət  istiqrazlarının 
buraxılışı və yerləşdirilməsi şərtlərini müəyyən edir, subyektlərin və və bələdiyyələrin dövlət 
qiymətli kağızlarının emissiyasının qeydiyyatını aparır;  
- Hökumətin  tapşırığı  ilə  beynəlxalq  maliyyə-kredit  təşkilatları  ilə  əməkdaşlığı  həyata 


51 
 
 
 
keçirir;  
- Hökumətin  tapşırığı  ilə  xarici  dövlət  borclanma  proqramını  hazırlayır,  xarici  kredit 
resurslarının cəlb edilməsi üzrə işi təşkil edir;  
- Öz səlahiyyətləri çərçivəsində normativ aktlar qəbul edir;  
- Dövlət  
icra   hakimiyyəti  orqanlarından,  
büdcədənkənar   dövlət  
fondlarından və yerliözünüidarəetmə orqanlarından dövlət büdcəsini tərtib etmək üçün 
zəruri materialları, dövlət büdcəsi haqqında hesabatı qəbul edir;  
- Dövlət büdcəsinin icrasının həyata keçirilməsini təşkil edir;  
- “Büdcə sistemı haqqında” qanunda nəzərdə tutulmuş qaydada dövlət büdcəsini icra edir;  
- Dövlət büdcəsinin icrasına qabaqcadan və cari nəzarəti həyata keçirir; - Dövlət büdcəsi 
haqqında hesabatı tərtib edir və Hökumətə təqdim edir;  
- Uçotun  aparılması  haqqında  qaydanı  müəyyən  edir.  Büdcə  sisteminin  bütün 
həlqələrinin  büdcələrinin,  büdcə  idarələrinin  xərc  smetalarının  icrası  haqqında  hesabatın 
tərtibi qaydasını, uçot və hesabat formasını müəyyən edir;  
- Büdcə  vəsaitinin  baş  sərəncamçıları  və  sərəncamçıları,  büdcə  idarələrinə  şəxsi  hesab 
açır,  onlardan  dövlət  büdcəsinin  vəsaitinin  istifadəsi  haqqında  hesabat  alır,  qanunverıcılıyə 
uyğun olaraq cərimə tətbiq edir.  
Azərbaycan  Respublikasında  büdcə  prosesi  “Büdcə  sistemi  haqqında”  AR  qanununa 
əsasən qurulur. Büdcə prosesi aşağıdakı mərhələlərdən ibarətdir:  
1.Büdcə layihəsinin tərtib edilməsi;  
2.Büdcə layihəsinin müzakirəsi və təsdiqi;  
3.Büdcənin icra olunması;  
4.Büdcənin icrasına dair hesabatın tərtib  və təsdiq edilməsi.  
1.  Büdcə  prosesinin  birinci  mərhələsi  büdcə  layihəsinin  tərtibindən  ibarətdir.  Büdcə 
layihəsinin  tərtibinin  əsas  vəzifəsi  dövlətin  funksiyalarının  iqtisadi  və  sosial 
proqnozlaşdırılmasında  nəzərdə  tutulan  tədbirlərin  maliyyə  təminatının  həyata  keçirilməsi 
məqsədilə mərkəzləşdirilmiş pul vəsaitlərinin həcminin müəyyən edilməsidir.  
2.Büdcə  prosesinin  ikinci  mərhələsi  büdcə  layihəsinin  müzakirəsi  və  təsdiqindən 
ibarətdir ki, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi və 
təsdiqi Milli Məclis tərəfindən onun daxili nizamnaməsinə uyğun olaraq həyata keçirilir və 
cаri ilin dеkаbr аyının 20-dən gеc оlmаyаrаq təsdiq еdilir.  
3. Büdcə prosesinin digər mərhələsi onun icra edilməsidir. Bu prosesdə icra hakimiyyəti 
orqanları,  maliyyə  və  vergi  orqanları,  kredit  təşkilatları,  hüquqi  və  fiziki  şəxslər  iştirak 
edirlər. Ölkəmizdə büdcənin хəzinədаrlıq vаsitəsilə icrа еdilməsi müəyyənləşdirilmişdir.   
4.  Büdcə prosesinin son mərhələsi büdcənin icrasına dair hesabatın tərtib  və təsdiq edilməsi-
dir. Büdcə ili ərzində maliyyə orqanları büdcənin tərtibi və icrasının nəticələri üzrə analitik iş aparır-
lar. Büdcənin icrasına nəzarət Milli Məclis və Hesablama Palatası tərəfindən həyata keçirilir.  
  

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin