II FƏSİL
TƏBİƏTDƏN İSTİFADƏNİN İQTİSADİYYATININ
ÜMUMİ NƏZƏRİ ƏSASLARI
2.1. Ekoloji-iqtisadi tələbatlar və mənafelər
Tələbatlar təbiət obyektlərinin fəal mənimsənilməsi
prosesi ilə ödənilir. Bəşəriyyətin inkişafında əsas ziddiyyətlər
insanların qeyri-məhdud tələbatları ilə məhdud ehtiyatlar, ilk
növbədə təbii ehtiyatlar arasında ziddiyyət kimi özünü göstərir.
Odur ki, tarazlı inkişaf konsepsiyasını əsaslandırarkən əsasən məhz
tələbatlar və məhdudiyyətlərə, təbii ehtiyatların özünü bərpaetmə
qabiliyyətinə istinad olunur. Beləliklə, ətraf təbii mühitə olan
tələbatlar və müvafiq mənafelər (maraqlar) vacib amillərdən biri
kimi meydana çıxır. Bu isə öz növbəsində bütün ictimai həyatın
ekologiyalaşdırılmasını ön plana çəkir.
Tələbatlann artmasında insanların ətraf mühiti mühafizə
və eləcə də təbiəti qoruyub saxlamaq cəhdi öz əksini tapmalıdır.
Tələbatı tamamilə ödəmək üçün maddələrin, enerjinin,
informasiyanın cəmiyyət və təbiət arasında səmərəli mübadiləsi
şəraitində
mümkündür.
Tələbatların
artmasının
ekolo-
giyalaşdırılması deformasiyaya uğramış dəyərlər sistemini aradan
qaldırar və onları təbiətin özünü bərpa etmək qabiliyyətini nəzərə
almağa təsir göstərmiş olar.
Cəmiyyət istehlak etməyi dayandıra bilməz, lakin eyni
zamanda Yer kürəsində həyatın davam etdirilməsi barədə də
düşünməyə bilməz, yəni gələcək nəsillərin taleyi nəzərə alınmahdır.
Yaranrmş vəziyyətdən çıxış yolu ondadır ki, tələbatın sürəti
(intensivliyi), strukturu və mədəniyyəti ekoloji məhdudiyyətə
müvafiq olaraq formalaşmalıdır. Təbiətdə yükün azalmasına ən çox
nəzərə çarpacaq təsiri tələbatın strukturu göstərə bilər, çünki
tələbatın ödənilməsinin çoxlu variantları mövcuddur. Təbiətə təsiri
əhəmiyyətli dərəcədə azaltmaq məqsədi ilə dünya xalqlarına la
24
zımlı olmayan məhsulun istehsalından imtina edilməlidir (şan-
şöhrət əşyaları, hərbi ləvazimatlar silah, sursat və s.).
«Tələbat» anlayışı müəyyən mənada mücərrəddir və
insanın, sosial qrupun, cəmiyyətin həyat fəaliyyəti ilə əlaqədardır.
İnsanın həyatı mürəkkəb və çoxtərəflidir, odur ki, tələbat da
çoxtərəflidir, strukturu mürəkkəbdir. Tələbatların təsnifatına
müxtəlif cür yanaşmalar mövcuddur.
İnsan-bioloji və sosial varlıqdır, odur ki, onun tələbatı
bioloji tələblə, məhsuldar qüvvələrin inkişafı və sosial sifarişin
səviyyəsi ilə müəyyənləşir. Lakin fizioloji tələbatlar (ilkin
tələbatlar, yaxud vital tələblər) insanın mövcudluğu üçün əsasdır,
belə ki, elementar (adi, bəsit) rifah tələbatını təmin edir, bu da həyat
fəaliyyətinə təkan verir. Özü də bəşəriyyətin inkişafı ilə əlaqədar
bioloji tələbatlar da yüksəlir. Məsələn, adambaşına düşən enerji
dəfələrlə yemək tələbatına olan enerjidən çox olmasında özünü
göstərir. Bioloji tələbatlara ilk növbədə bilavasitə istehlak rifahı və
havaya, suya olan tələbat təşkil edir. Bunlar daimidir, kəmiyyət və
keyfiyyətcə çox dar çərçivədə dəyişə bilərlər. Hətta havanın və
suyun çox cüzi keyfiyyət və kəmiyyət dəyişmələrinə insan ani
olaraq alışa bilmir, çünki təbii tələbatlar, məlum olduğu kimi,
elastiki deyillər.
Həyati vacib və zəruri tələbatlara, bioloji normativlərlə
müəyyən edilən yemək, paltar, mənzil və s. aiddirlər. Sağlamlığı
qorumaq üçün isə həmçinin ətraf mühitin təhlükəsizliyi də vacibdir.
Başqa sözlə desək, əgər insanın sağlam hə-yat şəraitinə tələbatı
ödənilmirsə, digər tələbatların ödənilməsi heç bir əhəmiyyət kəsb
edə bilməz. Ona görə də insan üçün qiymətli olan bütün prioritetlər
arasında ekoloji təhlükəsizlik birinci yerə çıxır.
Ekoloji-iqtisadi tələbatlar-həyati və mənəvi rifaha ekoloji
və ckolojiləşdirilmiş tələbatların inteqral məcmuudur. Özü də
tələbatların ekologiyalaşdırılması ekofob və ckofil ola bilər.
Tələbatların artımı və ya inkişafı hər iki formanı təmin edir, amma
artım (ucalmaq) yalnız ekofil ola bilər, yəni ya
25
şayış mühitinin həyat üçün yararlı olmasını indiki və gələcək nəsillər
üçün təmin etməlidir.
Ekoloji-iqtisadi tələbatlar kifayət qədər mürəkkəb
struktura malikdir və onların məhdudluğunun açıq-aşkar meyarları
yoxdur. Ekoloji-iqtisadi tələbatların strukturunda indi xüsusi qrup
ayırmağa başlamışlar, bununla qlobal ekolo- giyalaşma üzrə xüsusi
tələbatlar formalaşır. Onlar planetar ekosistemin dəyişməsi ilə
Dostları ilə paylaş: |