1.2. Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları
fənninin mövzusu və vəzifələri
i
Təbiətdən istifadə sahəsinin mütəxəssisləri qarşısında
aşağıdakı vəzifələr durur:
-təbiətdən
səmərəli istifadə vasitələri, metod və
formalarının tədqiq edilməsinə və əlverişli həyat şəraitinə nail
olmaq;
- ehtiyatların kompleks istifadəsinə yönəldilmiş tədbirlərin
əsaslandırılması və hazırlanması;
-iqtisadiyyatın ekolojiləşdirilməsini əsaslandırmaq;
-gələcək nəsllərin mənafeini nəzərə almaqla cəmiyyət və təbiət
arasındakı qarşıhqlı əlaqənin optimallaşdırma metodlarını işləyib
hazırlamaq;
-təbiətdən istifadənin idarəedilmə sistemində dövlət və
regional orqanların səmərəli formalaşdırılması;
-təbiətdən səmərəli istifadə sahəsində qabaqcıl təcrübənin
təhlili və ümumiləşdirilməsi və s.
Təbiətdən istifadənin səmərələşdirilməsi sahəsində
vəzifələrin çoxtərəfii olmasını nəzərə alaraq onların hamısı bu və ya
digər dərəcədə maliyyə vəsaitinin ayrılması, tədbirlərin səmərəlilik
dərəcəsinin müəyyən edilməsi ilə əlaqədardır. Bununla əlaqədar
olaraq yeni bir iqtisadi fənnin yaranması və inkişafı zərurəti
meydana çıxır. Bu elm sahəsi nisbətən cavan və sürətlə inkişaf edən
«Təbiətdən istifadənin iqtisadiyyatı və eko
10
logiyasıdır». Düzdür, cəmiyyətlə təbiət arasında qarşılıqlı əlaqənin
iqtisadi aspekti müəyyən bir tarixə malikdir, lakin bu əlaqə indiki
mərhələdə yeni əhəmiyyət kəsb etməkdədir. Bu tarix fiziokratlar
dövründən başlayır. Onlar hesab edirdilər ki, cəmiyyətin sərvəti
əkinçilikdən yaranır. Bu problemə D.Rikardo və T.Maltus böyük
diqqət yetirirdilər. İqtisadi inkişafın perspektivinə onlar pessimist
baxırdılar. K.Marks hesab edirdi ki, kapitalizm təbiəti dağıdır və
yalnız kommunizm insan və təbiət arasındakı ziddiyyəti aradan
qaldıra bilər. Neoklassiklər fərz edirdilər ki, rasional və xudpəsənd
(eqoist) insanlar ictimai maraqlarını təmin etmək üçün
Parcto-mevarlardan istifadə edirdilər. Humanist istiqamətlərin
tərəfdarları fərdiyyətin regional davranışını rədd edirlər və
rasionalizm anlayışının genişləndirilməsini arzulayırlar və
insanların tələbatı ierarxiyasında yüksək keyfiyyətin ətraf mühitə
olan tələbatını birinci sıraya qoyurlar.
Hazırda bütün iqtisadi məktəblərin hamısı bu və ya digər
qaydada iqtisadi inkişafı ekoloji problemlərlə əlaqələndirirlər. Lakin
təbiətdən istifadənin iqtisadiyyatı sahəsində aparılan ətraflı nəzəri
tədqiqatlar maddi rifah iqtisadiyyatı və zahiri effektlər nəzəriyyəsi
ilə əlaqələndirilir. Rifah iqtisadiyyatının vəzifəsi iqtisadi optirnum
şərtlərini təsvir etməkdən ibarətdir. Bu nəzəriyyə çərçivəsində
rəqabət (bazar) və iqtisadi optirnum arasında qarşılıqlı əlaqə
yaradılır. Zahiri effektlərin mövcudluğu iqtisadi effektin ictimai və
mülki cəhətdən qiymətləndirilməsi arasında ziddiyyətə səbəb olur.
A.Piqu özünün «Rifah iqtisadiyyatı» (1920) əsərində ictimai və
mülki xərclər arasındakı qeyri-bərabərliyi göstərməklə həmin
proseslərin dövlət tənzimləməsi zərurətini irəli sürürdü.
Keçən əsrin 60-70-ci illərində bir çox ölkələrdə ekoloji
şəraitin kəskinləşməsi müşahidə olunur. Həmin dövrdən, məhz,
envayronmental iqtisadiyyat (environment economics), ətraf
mühitin iqtisadiyyatı (Keçmiş SSRİ-də isə təbiətdən istifadənin
iqtisadiyyatı) formalaşmağa başlayırdı. Ekoloji problemlərin
iqtisadi aspekti tədqiqat sahəsinə çevrilir. İlk növbədə
ətraf mühitlə iqtisadi inkişaf arasındakı qarşılıqlı əlaqələrin təhlilinə
başlanır və bunun əsasında bəşəriyyətin gələcək inkişaf yolları
öyrənilir, təbiəti mühafizə sahəsində bazar iqtisadiyyatının
mexanizminin imkanları nəzərdən keçirilir, proqnozlaşdırma və s.
məsələlər elmi cəhətdən ön plana çəkilir.
«Təbiətdən istifadənin iqtisadiyyatı» iqtisadi elmlər və
fənlər qrupuna daxil olur, bir sıra elm sahələrinin qovşağında özünə
yer tutmaqla, sahələrarası elmə çevrilir. Xarici ölkələrdə «Ətraf
mühitin iqtisadiyyatını» iqtisadi nəzəriyyənin köməkçi (yardımçı)
fənni kimi qəbul edirlər. «Təbiətdən istifadənin iqtisadi və ekoloji
əsasları» isə bu sahəni ilk növbədə iqtisadiyyatla ekologiya
arasındakı elmə çevirir.
Təbiətdən istifadənin iqtisadiyyatı- elə bir elmdir ki,
cəmiyyətlə təbii mühit arasındakı qarşılıqlı əlaqələri iqtisadi
metodlarla öyrənir, təbiətdən səmərəli istifadə ilə əlaqə yaradır.
Ekologiya ilə əlaqələndirilməsi mühafizə məsələlərinin ilk plana
çəkilməsini tələb edir. Ona görə də bu sahədə qarşılıqlı əlaqəsi olan
kompleks problemlər nəzərdən keçirilir. Müxtəlif ədəbiyyatlarda
başqa təyinatlar da mövcuddur. Məsələn, təbiətdən istifadənin
iqtisadiyyatı- iqtisadi elm sahəsi olub, cəmiyyətin və ətraf mühitin
qlobal, regional, milli və yerli (lokal) səviyyələrdə qarşılıqlı təsir
məsələlərinin sosial-iqtisadi aspektlərini öyrənir. Təbiətdən istifadə
hər hansı bilik (elm) sahəsi olmaqla özündə təbiət, ictimai və texniki
elm sahələrinin elementlərini cəmləşdirir və təşkilati cəhətdən digər
bilik (elm) sahələri içərisində fizika, coğrafiya, biologiya, ekologiya
kimi özünəməxsus yer tutur. Bir çox tədqiqatçılar deyilənləri təbiət
elmləri sisteminə aid edirlər. Əslində deyilən sahənin coğrafiya və
coğrafi ekologiya elminə aid edilməsi daha məqsədə müvafiqdir.
Çünki coğrafiya elmlər sistemi fiziki, iqtisadi-sosial-siyasi
prosesləri əhatə etməklə ətraf mühiti mühafizəni də özündə
birləşdirir. Hətta keçmiş SSRİ-də Elmlər Akademiyası sistemində
elmlərin təsnifatı tərtib edilərkən təbiətdən istifadəni Yer haqqında
elmlər bölməsi ilə İctimai elmlər bölməsi arasında yerləşdirmək
məsləhət olunmuşdu.
12
Təbiətdən istifadənin iqtisadiyyatını ekoloji əsaslarla
iqtisadi elmlər sahəsi kimi qəbul etdikdə, burada müvafiq elm-
lərarası əmək bölgüsünə istinad etmək lazım gəlir. Təbiətdən
istifadə iqtisadiyyatının predmeti insanların öz tələbatlarını ödəmək
üçün təbii resursların istifadəsində, mühafizəsində, artırılmasında
və habelə ekoloji-iqtisadi qanunauyğunluqlardan istifadə
prosesində yaranmış münasibətləri araşdırmaq, tədqiq etmək və
öyrənməkdir. Təbiətdən istifadənin iqtisadiyyatının bilavasitə
predmeti getdikcə artan təbii-resurs potensialının məhdudluğu
şəraitində ətraf mühitin keyfiyyətinin bərpası (qorunması) və ətraf
mühitin mühafizəsi kimi istiqamətləndirilməlidir.
Təbiətdən istifadənin iqtisadiyyatmm əsas vəzifəsi
idarəçilik prinsipinin (yanaşmasının) aradan qaldınimasmı və
iqtisadiyyatın sahələrinin birləşdirilməsini həyata keçirməklə
cəmiyyətlə təbiətin optimal qarşılıqlı əlaqəsini ekoloji-iqtisadi
təfəkkürün formalaşmasını təmin etməkdir. Ümumiyyətlə,
bütövlükdə, təbiətdən istifadənin iqtisadiyyatı cəmiyyətin «sabit
inkişaf» modelinə keçməsinə zəmin yaratmabdır. Əslində, həmin
elm sahəsinin konkret vəzifələri təbii resurslar üzərində
mülkiyyətin realizə edilməsinin zəruri (mümkün) formalarını
axtarmaq, ödənişli təbiətdən istifadə əsasında iqtisadi mexanizmin
formalaşma yollarını müəyyənləşdirmək, bazar iqtisadiyyatı ilə
bağlı üsullarla dövlət tənzimlənməsini təmin etmək deməkdir.
Bütövlükdə, təbiətdən istifadənin iqtisadiyyatının əməli
aspekti üç qrup problemi özündə birləşdirir: 1) təbii ehtiyatların
iqtisadi qiymətləndirilməsini; 2) ətraf mühitin çirklənməsindən
dəyən iqtisadi zərərin qiymətləndirilməsini (hesablanmasını); 3)
ekoloji amillərin təsərrüfat mexanizminə və cəmiyyətdə qərarların
qəbul edilməsinə cəlb edilməsini.
T.Titenberq hesab edir ki, təbiətdən istifadənin
iqtisadiyyatı eyni dərəcədə həm nəzəri, həm də təcrübi elm
sahəsidir. O, nəinki yalnız ekoloji-iqtisadi analizin fundamental
13
prinsiplərini, həm də ekoloji siyasəti və ekoloji tənzimləmə
tədbirlərini əhatə edir.
Təbiətdən istifadənin iqtisadiyyatı, təbiətdən istifadədən
başqa, iqtisadi nəzəriyyə (tələbatla məhdud resurslar arasındakı
ziddiyyət, zahiri effekt, tələb, təklif və s.), funksional və sahələr üzrə
iqtisadi məsələlər (maliyyə, statistika, meşə iqtisadiyyatı və s.),
sosial və iqtisadi coğrafiya, habelə bir sıra təbiət (ilk növbədə
ekologiya) və texniki elmlərlə sıxı əlaqədardır.
Təbiətdən istifadənin iqtisadiyyatı öz fənnini (pred-
metini) abstraksiyanm ən yüksək səviyyəsində, xalq təsərrüfatı
(makroiqtisadi) mövqedən və iqtisadi-ekoloji prioriteti nəzərə
almaqla əhatə edir. Eyni zamanda bu elm sahəsi həm də
mikroiqtisadi proseslərin analizindən, ekoloji sahibkarlıq
problemlərindən, ekoloji marketinqdən və s. bəhs edir.
Təbiətdən istifadənin iqtisadiyyatı və ekologiyasına dair
tədqiqatlarda bir çox elm sahəsində tətbiq edilən üsullardan istifadə
edilir, tik növbədə, dialektik, balans, normativ, sistemli, riyazi,
statistik, xəritələşdirmə, modelləşdirmə və s. metodlardan istifadə
edilir. Onun metodoloji aspektləri hazırda proqram-moqsədli
optimallaşdırma hesabına təzələnməkdədir. Təbiətdən istifadənin
iqtisadiyyatı obyektivlik, elmilik və tarixilik prinsipləri üzrə
formalaşmaqdadır.
Təbiətdən istifadə iqtisadiyyatı mütəhərrik inkişafda olan
bir elm kimi yeni analitik (üsullar) priyomlar, konsepsiyalar,
ideyalar üçün aşkarlıq nümayiş etdirir. Bu onunla əlaqədardır ki,
təbiətdən istifadənin iqtisadiyyatı və ekoloji əsasları elmlərarası bir
sahədir və çox mürəkkəb ekoloji-iqtisadi problemləri əhatə edir.
Dostları ilə paylaş: |