Tənəffüs mürəkəb proses olub orqanizmin həyat əlamətidir.İnsan anadan olduğu
gündən ta ömrünün axırına kimi gecə,gündüz oksigen alır və karbon qazını verir.
Tənəffüs orqanlarının quruluşu. Tənəffüs orqanları sisteminə burun boşluğu,
burun-udlaq, qırtlaq, nəfəs borusu, bronxlar və ağciyərlər aiddir. Tənəffüs yolu
burun boşluğu ilə başlanır. Burun boşluğu sümük və qığırdaq toxumasının əmələ
gətirdiyi bütöv arakəsmə ilə sağ və sol hissələrə ayrılır. Hava burun boşluğundan
burun-udlağa, sonra qırtlağa, oradan traxeyaya keçir. Burun boşluğunun divarı,
tərkibində kiprikli epiteli hüceyrələri olan selikli qişa ilə örtülmüşdür. Selikli qişa
burada fasiləsiz xovlu səth əmələ gətirir.
Qan damarları burun boşluğunun divarında sıx tor əmələ gətirir. Buradan keçən
so-yuq hava isti arteriya qanının təsirilə bədən temperaturu səviyyəsinədək
isindirilir. Burun boşluğunun yuxarı səthində çoxlu miqdarda faqositlər və
leykositlər, həmçinin də antitel-lər olur.
Burun boşluğunun arxa hissəsində qoxulu maddələrin təsirinə həssas olan
iybilmə hüceyrələri yerləşir. Kəskin qoxulu maddələrin təsirindən tənəffüs reflektor
sürətdə ləngi-yir.
Beləliklə, yuxarı tənəffüs yolları – havanı qızdırmaq, nəmləndirmək və
təmizləməklə mühüm funksiya icra edir və bununla da orqanizmi havanın tərkibinə
daxil ola bilən zərərli təsirlərdən qoruyur.
Hava burun boşluğundan burun udlağa, oradan ağız boşluğu ilə əlaqəli olan
qırtlağa keçir. Ona görə də insan yalnız burnu ilə deyil, həmçinin ağzı ilə də tənəffüs
edir. Burun-la tənəffüs etməyin ağızla nəfəsalmaya nisbətən bir sıra üstünlükləri var.
Burunla nəfəs alarkən soyuq hava burun boşluğunda isinir və zərərli hissəciklərdən
təmizlənir.
Qırtlağın ensiz hissəsində iki cüt səs bağı yerləşir. Onlardan yalnız aşağıda
yerləşən bir cüt bağ səsin yaranmasında iştirak edir. Bağlar bir-birinə yaxınlaşarkən
və dartılar-kən, onların arasında yerləşən səs yarığının forması və ölçüləri dəyişir.
Səs telləri ara-sındakı sahəyə səs yarığı deyilir. İnsan sakit nəfəs alarkən, bağlar
boşalmış vəziyyətdə olur. Dərindən nəfəs alarkən bağlar bir-birindən xeyli aralanır,
danışarkən və mahnı oxu-yarkən bağlar bir-birinə yaxınlaşır, səs yarığı daralır. Bu
zaman bağların kənarlarında tit-rəyişli hərəkətlər yaranır. Onlar səsin yüksəkliyini
KitabYurdu.az
23
təmin edən səs dalğalarının mənbəyi kimi fəaliyyət göstərir. Nəfəs verərkən
buraxdığımız hava səs tellərini basır və onların tit-rəyişləri səsin yaranmasına səbəb
olur. İnsan səsinin yüksəkliyi səs tellərinin uzunluğun-dan asılıdır. Səs telləri qısa
olduqca, rəqs tezliyi bir o qədər yüksək və səs də o qədər uca olur. Kişilərdə səs
telləri uzun və qalındır, ona görə də onlarda səs tezliyi aşağıdır və kişilərin səsi
yüksək və ya zil olmur. Uşaqlarda və qadınlarda səs telləri qisa və nazik olduğu
üçün onların səsləri də uca və ya zil olmasına görə kişilərin səsindən fərqlənir.
Qırtlaqda yaranan səs rezonatorların iştirakı sayəsində güclənir və yeni çalar alır.
Səsin aydın nitqə çevrilməsi dilin, dodaqların, çənənin vəziyyətindən və səs
cərəya-nının paylanmasından asılı olaraq ağız və burun boşluğunda gedir.
Aydın ifadəli nitq zamanı sadalanan orqanların normal işləməsi artikulyasiya
adlanır.
Uşaqlar ana dilini öyrənərkən, onlarda 5 yaşınadək artikuliyasiyanın
formalaşması daha asan olur. Kiçik uşaqlarla ünsiyyətdə olarkən, onların dediyi səhv
sözləri təkrar et-mək yox, əksinə, onları düzgün ifadə etməklə uşaqların nitqində
yarana bilən qüsurların qarşısını almaq olar.
Nəfəs borusu və bronxlar. Tənəffüs etdiyimiz hava qırtlaqdan nəfəs borusuna
keçır. Nəfəs borusunun ön divarı öz aralarında bağlar və əzələlərlə birləşmiş aypara
şəklində olan qığırdaq toxumasından qurulmuşdur. Nəfəs borusunun arxa divarı
yumşaq olub, qida borusuna söykənir və qidanın keçməsinə mane olmur.
Traxeyanın daxili divarı titrəyişli epiteli hüceyrələri ilə örtülmüşdür. Epiteli
hüceyrələ-rinin titrəyişli hərəkətləri toz hissəciklərini ağciyərlərdən udlağa qaytarır.
Bu ağciyərlərin özünütəmizləməsi prosesi adlanır. Ağciyərlər – döş boşluğunda
sərbəst vəziyyətdə yerləşir. Konusabənzər formadadır. Ağciyərlərin genişlənmiş
hissəsi diafraqmaya söykənir. Əsas bronxlar, ağciyər arteriyala-rı və venaları
ağciyərlərə ürəklə həmsərhəd olan içəri tərəfdən daxil olur. Onların daxil olduğu yer
«ağciyərlərin qapısı» adlanır. Ağciyərlər süngəri quruluşda olub, alveollardan,
bronxlardan və qan damarlarından qurulmuşdur. Xaricdən ağciyərlər sıx birləşdirici
toxu-madan yaranmış plevra vərəqələri ilə əhatə olunmuşdur.
Ağciyərlər döş boşluğu orqanıdır. Onlar ürəyin, qan damarlarının, havaaparıcı
yol-ların və yemək borusunun tutduğu yerdən başqa bütün döş boşluğu sahəsini
əhatə edir. Ağciyərlərə daxil olandan sonra bronxlar burada daha kiçik diametrli
şaxələrə ayrılırlar. Kiçik şaxələrin sonluğu içərisi hava ilə dolu olan nazik divarlı
ağciyər qovucuqları və ya alveollarla tamamlanır.
Qovucuqların divarı bir qat epiteli hüceyrələrindən qurulmuş və onlar xaricdən
sıx tor kimi kapilyarlarla bürünmüşdür. Deməli, ağciyər toxuması bronx
şaxələrindən və ağciyər qovuqcuqlarından qurulmuşdur. Buradakı epiteli
hüceyrələrinin buraxdığı bioloji fəal maddələr alveolların divarını içəri tərəfdən
nazik pərdə şəklində örtür. Ağciyərlərin hər payında 300–350 milyon alveol vardır.
Ağciyər alveollarının ümümi səthi 100 kv metrdən çoxdur. Bu isə insan bədəninin
səthindən təxminən 50 dəfə artıqdır.
Nəfəsalma və nəfəsvermə hərəkətinin mexanizmi. Nəfəsalma və nəfəsvermə
hərəkətləri ritmik surətdə bir-birini əvəz edir və bunun sayəsində nəfəsalma zamanı
hava ağciyərlərə daxil olur və nəfəsvermə zamanı isə hava ağciyərlərdən xaric edilir.
Nəfəsal-ma və nəfəsvermə nəticəsində ağciyərlərin ventilyasiyası baş verir.
Dostları ilə paylaş: