28
d) dövlət ehtiyacları və ictimai ehtiyaclar üçün torpaqların geri alınması və verilməsi, torpaqların əsas
məqsədli təyinatının dəyişdirilməsi və digər yerquruluşu məsələlərinin həlli ilə bağlı sənədlərin
rəsmiləşdirilməsi, onların müvafiq icra hakimiyyəti orqanlarının təsdiqinə təqdim edilməsi;
e) torpaqların istifadəsi və mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.
Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətlərinin müəyyən olunması zamanı
tərkibində torpaq qanunvericiliyinə müvafiq göndərici normalar olan mülki qanunvericiliyi araşdırmaq lazımdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsində qeyd olunduğu kimi torpaq münasibətlərinin tənzimlənməsi
zamanı ya torpaq qanunlarına, ya da torpaq qanunvericiliyinə birbaşa göstəriş normaları mülki qanunvericiliyin
tərkibində özünə yer almışdır.
Torpaq
qanunvericiliyində ilk növbədə, təbii-iqlim şəraiti və ənənələrlə şərtlənmiş hər bir regionun
özünəməxsusluğu əks olunmalıdır. Lakin bu zaman torpaqların daha səmərəli istifadəsi və mühafizəsi ilə bağlı
edilən əlavələr, həmin torpaqların ekosistemdə oynadığı çox mühüm rol diqqət mərkəzində saxlanılmaqla,
ekosistemin bütün komponentlərinin bu proseslərdə iştirak və qarşılıqlı əlaqələrinin hazırkı vəziyyəti və sonrakı
təkamülü nəzərə alınmaqla edilməlidir.
Qanunvericilikdə həmçinin, dünyanın bir çox aparıcı dövlətlərində tətbiq olunan və yaxşı səmərə verən
yerli xalqların, azsaylı etnik qrupların əsrlər boyu yaşadığı ərazilərdə onlara müəyyən hüquqi zəmanətin
verilməsi, öz tarixi kökləri ilə həmin yerlərə bağlı olan insanların bu torpaqlardan sıxışdırılması və orda olan
digər təbii ehtiyatlardan istifadə imkanlarının məhdudlaşdırılması hallarına yol verilməməsi
də təəssüflər olsun
ki, öz əksini tapmamışdır. Lakin, azsaylı etnik qrupların yaşadıqları tarixi ərazilərdə onların hüquqlarının
müdafiəsi ilə əlaqədar
«Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» AR-nın Qanununda
ayrıca maddə verilməsə də (məs. RF-da olduğu kimi), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17
oktyabr
1998-ci il tarixli 214Saylı Qərarı ilə təsdiq edilmiş
«Meşə fondu torpaqlarının icarəyə verilməsi
Qaydası»nda meşə fondu torpaqlarının icarəyə verilməsi zamanı müvafiq ərazidə yaşayan əhalinin mənafeyinin
nəzərə alınması ayrıca qeyd olunmuşdur.
Mülkiyyət hüququ ilə bələdiyyələrə mənsub olan əmlaklar onların mülkiyyətidir. Torpaq da daşınmaz
əmlak kimi bu baxımdan istisna deyildir.
Əmlakın fiziki və ya hüquqi şəxsin
mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin
mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik,
ondan istifadə və ona
dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunvericiliklə müəyyən
edilir.
Beləliklə,
torpaq qanunvericiliyi sistemi özündə Azərbaycan Respublikası torpaq hüququnun
Dostları ilə paylaş: