~ 12 ~
burad T- baxılan vaxt intervalıdır.
Şəbəkələrdə güc
əmsalının artırılması zamanı elektrik enerjisi
itkilərinin azaldılması effektinin qiymətləndirilməsi üçün orta kvadratik reaktiv güc
vacib əhəmiyyətlidir.
Maksimal yüklər:- Aktiv
reaktiv
tam
güclərinin və
cərəyanın
maksimal qiymətləri uyğun kəmiyyətlərin orta qiymətlərinin
müəyyən vaxt ərzindəki ən böyük qiymətləridir. Maksimal yüklər müəyyən vaxt
periodunda gözlənilən tezliklə yaranması ilə xarakterizə olunur. Davametmə
müddətinə görə maksimal yüklər iki yerə bölünür:
Elektrik təchizatı sistemlərinin elementlərinin qızma şərtinə görə seçilməsi və
onlarda maksimal güc itkilərinin hesablanması üçün təyin edilən 10, 15, 30, 60
və 120 dəqiqə davam edən maksimal uzunmüddətli yüklər.
1-2 saniyə davam edən maksimal qısamüddətli (zirvə) yüklər. Şəbəkələrdə
gərginliyin dəyişməsinin yoxlanılması, kontakt şəbəkələrində gərginlik
itkilərinin təyini, elektrik mühərriklərinin özü işədüşmə şərtinə görə
şəbəkələrin yoxlanılması, qoruyucuların seçilməsi və maksimal rele
mühafizəsinin işədüşmə cərəyanlarının hesablanması üçün maksimal
qısamüddətli yüklər təyin edilməlidir.
Dostları ilə paylaş: