k
)-ya qədər azaldılması nəticəsində bücaq
1
-dən
2
-yə qədər
azalır, güc əmsalı isə cos
1-
dən cos
2
-yə qədər artır.
Zamanın hər bir anında sənaye müəssisəsinin güc əmsalı aşağıdakı ifadə ilə təyin
olunur:
cos
,
i
i
i
i
i
i
P
S
P
P
Q
2
2
burada P
i
, Q
i
, S
i
- zamanın t
i
anında aktiv, reaktiv və tam güclərin
qiymətləridir.
Layihələndirmənin ilk mərhələsində müəssisənin ən böyük yekun aktiv və reaktiv
yükləri ( P
m
və Q
m
) təyin olunur.
Kompensasiya qurğusunun gücünü təyin etmək üçün müəssisənin ən böyük yekun
reaktiv yükü aşağıdakı ifadə ilə təyin edilir:
,
1
m
m
Q
k
Q
burada k - enerji sisteminin ən böyük aktiv yükü ilə sənaye müəssisəsinin reaktiv
yükünün zamana görə üst-üstə düşməməsini nəzərə alan əmsaldır. Bu əmsal sənaye
sahələrindən asılı olaraq aşağıdakı qiymətlər alır (cədvəl 6.1).
~ 49 ~
Cədvəl 6.1. k əmsalının qiymətləri
Sənaye sahəsi
k
Neft emalı,toxuculuq
Qara və əlvan metallurgiya, kağız, tikinti materialı
Kömür, qaz, maşınqayırma, metal emalı
Torf emalı və ağac emalı
Başqa sahələr
0,95
0,9
0,85
0,8
0,75
Ən böyük yekun reaktiv (Q
m1
) və aktiv
(P
m
) yüklərin qiyməti ən böyük və ən
kiçik aktiv yük rejimlərində enerji sistemindən müəssisəyə ötürülən iqtisadi cəhətdən
optimal reaktiv güclərin (Q
i1
və Q
i2
) qiymətlərini tə'yin etmək üçün lazımdır.
Kompensasiya qurğularının yekun gücü müəssisə ilə ən böyük aktiv yük
rejimində enerji sistemini elektriki cəhətdən ayıran sərhəddə reaktiv güclər balansına
görə təyin edilir.
1
1
1
i
m
k
Q
Q
Q
6.2.Reaktiv gücün kompensasiyası
üsulu və vasitələri
Sənaye müəssisələrinin layihəsi və istismarı zamanı xüsusi kompensasiya
qurğularının tətbiqi tələb olunmayan tədbirlərə böyük üstünlük verilir. Bu tədbirlərə
aşağıdakıları misal göstərmək olar:
-güc əmsalını artırmaq üçün texnoloji prosesin nizama salınması;
-bütün mümkün olan hallarda sinxron mühərriklərdən istifadə olunması;
-transformator və mühərriklərin gücünün düzgün seçilməsi;
-işlədicilərin (asinxron mühərrik və transformatorların)
yüksüz iş rejimini məhdudlaşdıran qurğuların tətbiqi;
-az yüklənmiş transformatorların açılması və dəyişdirilməsi.
Elektrik qurğularının funksional iş xüsusiyyətlərinə və reaktiv gücün
kompensasiya vasitələrinə görə müəssisələrin elektrik şəbəkələri ümumi təyinatlı və
xüsusi (qeyri-xətti, qeyri-simmetrik və kəskin dəyişən) yüklü şəbəkələrə ayrılır.
~ 50 ~
Şəkil 6.2. Statik reaktiv güc mənbəyi
Ümumi təyinatlı şəbəkələrdə reaktiv gücün kompensasiyasının texniki vasitələri
aşağıda göstərilmişdir.
1.Kondensatorlar batareyası. Bunlar sənaye müəssisələrində reaktiv gücün əsas
kompensasiya vasitəsi olub şəbəkəyə paralel (eninə) qoşulur. Sadəliyi, qiymətinin
ucuzluğu, aktiv güc itkilərinin az olması onların üstünlüyü, yanğın təhlükəsinin
olması və qalıq yüklərinin toplanması isə mənfi cəhətləri hesab olunur.
2.Sinxron mühərriklər. Bu mühərriklər həm şəbəkəyə reaktiv güc verə bilir, həm
də şəbəkədən reaktiv güc ala bilir.
3.Hava və kabel xətlərində hasil olunan reaktiv güc. Bu güc kompensasiya
qurğularının seçilməsi zamanı nəzərə alınmalıdır. Həmin güc xəttin uzunluğu və
gərginliyin kvadratı ilə mütənasibdir.
Xüsusi yüklü şəbəkələrdə isə reaktiv gücün kompensasiyası üçün yuxarıda
sadalanan texniki vasitələrdən başqa süzgəcli kompensasiya qurğuları,
simmetrikləşdirici və süzgəcli-simmetrikləşdirici qurğular, dinamiki və statiki
kompensasiya qurğuları və xüsusi tez təsir edən sinxron kompensatorlar istifadə
olunur.
Şəkil 6.2-də kəskindəyişən yüklü (qövs sobaları, poladəritmə dəzgahlarmm
intiqalları və s.) şəbəkələrdə quraşdırılan reaktiv güc mənbəyinin sxemi
göstərilmişdir. Sxemdə tənzimlənilən 2 induktivlikləri və tənzimlənilməyən 2
tutumları vardır. İnduktivliklərin tənzimi bipolyar qoşulan 3 tiristorları ilə həyata
keçirilir. Yüksək harmonikalarm yaranması bu sxemin mənfi cəhətidir.