4.2.Sex elektrik şəbəkələrinin sxemləri
Gərginliyi 1 kV-a qədər olan şəbəkələr sənaye müəssisələrinin sexlərinin
daxilində elektrik enerjisinin paylanması üçündür. Müəssisə ərazisində sexdən
kənarda yerləşdirilən elektrik qəbulediciləri də bu şəbəkələrdən qidalanır. Sex
elektrik şəbəkələri sənaye müəssisəsinin ETS-sinin tərkib hissəsidir. Elektrik
qəbuledicilərinin əksəriyyəti bu şəbəkələr tərəfindən qidalandırılır. Sexdaxili
şəbəkələrin sxemləri istehsal texnologiyası, sex tikilisinin planı, TY, EQ və
qidalandırıcı girişlərin qarşılıqlı vəziyyəti, elektrik təchizatının fasiləsizliyi tələbləri,
texniki-iqtisadi təsəvvürlər, ətraf mühit şərtləri ilə müəyyən olunur.
Sexdaxili şəbəkələr qidalandırıcı və paylayıcı şəbəkələrə bölünür. Qidalandırıcı
şəbəkələr qida mənbəyindən (TY) çıxaraq paylayıcı şkaflara (PŞ), paylayıcı şinnaqilə
və ya ayrıca böyük güclü elektrik qəbuledicisinə gedir. Bə'zi hallarda qidalandırıcı
şəbəkə TMB (transformator-magistral bloku) sxemi üzrə yerinə yetirilir. Bu halda
KTY-nin transformatorundan magistral şinnaqili çıxır və müxtəlif nöqtələrdə ona
birləşdirilən bir neçə PŞ-a və ya EQ-a elektrik enerjisi verilir. Paylayıcı sexdaxili
şəbəkələr - sexin müxtəlif EQ-ləri bilavasitə bu şəbəkələrə qoşulur. Paylayıcı
şəbəkələr paylayıcı şinnaqillərinin və paylayıcı şkafların köməyi ilə yerinə yetirilir.
Sexdaxili şəbəkələrin sxemi öz strukturuna görə radial, magistral və qarışıq olur.
Radial sxemlər sexin sahəsi üzrə qeyri-müntəzəm paylanan toplanmış yüklü
qruplar olduqda, yanğın və partlayış təhlükəli sexlərdə, kimyəvi aktiv mühitə malik
sexlərdə tətbiq olunur. Sexdaxili şəbəkələrin radial sxemləri kabellərlə və ya izolə
olunmuş naqillərlə yerinə yetirilir.
Radial sxemlərin üstünlüyü onların yüksək etibarlığa malik olmasındadır. Belə
ki, xətlərin birində baş verən qəza başqa xəttə qoşulan işlədicinin iş rejiminə təsir
göstərmir. Radial sxemlərin çatışmazlığı bunlardır: xeyli miqdarda keçirici naqil,
boru, paylaşdırıcı şkaf istifadə olunur ki, bu da iqtisadi cəhətdən sərfəli deyildir;
mühafizə və kommutasiya aparatlarının sayı çox olur; texnoloji prosesin dəyişilməsi
ilə işlədicinin yeri dəyişdirilərkən sxemin çevikliyi məhdudlaşır; quraşdırmanın
sənayeləşdirilməsi yüksək deyildir.
Magistral sxemlər (şəkil 4.2) sexin sahəsi üzrə nisbətən müntəzəm paylanan
güc və işıqlandırma yüklərini, həmçinin bir texnoloji xəttə malik olan işlədicilər
qrupunu qidalandırmaq üçün tətbiq edilir. Magistral sxemlərdə bir qidalandırıcı
magistral bir neçə paylayıcı şkafa və sexin iri elektrik qəbuledicisinə xidmət edir.
Magistral sxemin müxtəlif formalarından biri TMB sxemidir (şəkil 4.2). Bu
halda sexdaxili şəbəkə sadələşir, sex KTY alçaq gərginlikli PQ olmadan yerinə
yetirilir. TMB sxemləri maşınqayırma zavodlarının mexaniki sexlərini qidalandırmaq
üçün geniş tətbiq olunur. Şəbəkənin universallığını təmin etmək üçün qidalandırıcı
~ 41 ~
magistral 1 transformatorun tam gücünün ötürülməsinə, paylaşdırıcı şinnaqillər 2 isə
verilmiş işlədicilərin hesabi yüklərinə görə seçilməlidir.
Şəkil 4.2. TMB sxemləri
Gərginliyi 1 kV-a qədər olan bərk cərəyannaqilə şinnaqil deyilir. Şinnaqillər
zavod şəraitində hazırlanır və sifarişçiyə komplektləşdirilmiş seksiyalarla göndərilir.
TMB sxemləri layihə olunarkən KTY-dən çıxan magistral şinnaqillərin sayı
yarımstansiyada quraşdırılan transformatorların sayından çox olmamalıdır. Nominal
yük şəraitində və
8
,
0
7
,
0
cos
olduqda magistral şinnaqillərinin uzunluğu
aşağıdakı hədlərdən çox olmamalıdır: nominal cərəyan 1600 A olduqda 220 m-dən,
2500 A olduqda isə 180 m-dən. Magistral şinnaqildən güc və işıqlanma yükləri
qidalanarsa, göstərilən uzunluqlar təqribən 2 dəfə azaldılır.
Elektrik qəbulediciləri magistral sxemin istənilən nöqtəsinə qoşula bilər.
Trolley xətləri sexin qaldırıcı-nəqliyyat mexanizmlərini qidalandırmaq üçündür.
Magistral sxemin üstünlükləri bunlardır: TY-lərin alçaq gərginlikli PQ-lari
sadələşir, şəbəkənin çevikliyi artır, şəbəkədə dəyişiklik edilmədən texnoloji
avadanlıqların
yerini dəyişmək mümkün olur, universal elementlərdən
(şinnaqillərdən) istifadə olunur, sənaye montajmm tətbiqinə imkan yaranır. Radial
sxemlərlə müqayisədə onların etibarlığı az olur. Belə ki, magistralda qəza olarkən ona
qoşulan bütün EQ-lərin qidalanması kəsilir (Buna baxmayaraq sxemə yaxın
magistrallardan birləşmələr qoşmaqla onun etibarlığmı xeyli yüksəltmək olur). Eyni
en kəsikli şinnaqillərin tətbiqi keçirici materialların artıq sərf olunmasına gətirir.
~ 42 ~
Şəkil 4.3. Sexdaxili elektrik şəbəkəsinin qarışıq sxemi
Praktikada tam radial və ya magistral sxemlərə nadir hallarda rast gəlinir. Bu
sxemlərin hər birini özündə birləşdirən qarışıq (kombinə olunmuş) sxemlər (şəkil 4.3)
daha çox yayılmışdır. Onlar istənilən kateqoriyalı işlədicilərin elektrik təchizatında
tətbiq olunur. Qarışıq sxemlərdə EQ-lər paylayıcı şkaf (PŞ) və ya şinnaqillər (ШРА-
шинопровод распределительный) vasitəsilə baş qidalandırıcı magistraldan və ya
ondan ayrılan budaqlanmalardan qidalanır. Adətən kiçik güclü işlədiciləri
qidalandırmaq üçün onlardan 10-30 m məsafədə paylayıcı şkaflar quraşdırılır.
I və II kateqoriyalı işlədicilər üstünlük təşkil edən sexlərdə qonşu
yarımstansiyalar arasında ehtiyat birləşmələr nəzərdə tutulur. Şəkil 4.4-də belə
sxemlər təsvir olunmuşdur. İkitransformatorlu KTY-nin 0,4 kV-luq şinləri QF3
avtomaik açarı ilə seksiyalanır (şəkil 4.4,a). Transformatorlardan biri dövrədən
açılarkən ehtiyatın avtomatik qoşulma (EAQ) qurğusu və ya əl ilə QF3 açarı qoşulur.
Bir transformatorlu KTY-lərdə qonşu PŞ və ya ŞRA-lar arasında ehtiyat birləşmələr
(şəkil 4.4,b) nəzərdə tutulur.
Şəkil 4.4. Sex işlədicilərinin qidalandırılmasmda ehtiyatlanma
~ 43 ~
Sexdaxili elektrik şəbəkə sxemlərinin seçilməsinə ətraf mühit şəraiti böyük
təsir göstərir. Bu təsirlərə havanın temperaturu və rütubəti, aqressiv qaz və ya tozlar,
partlayış və ya yanğın yaranmasının mümkünlüyü aid edilir.
Dostları ilə paylaş: |