~ 1 ~
Elşad Məhərrəm oğlu Məmmədov. “Sənaye elektrik təchizatı” Bakı-2015 AzTU
“Elektrik təchizatı və izolyasiyası” kafedrası
Dərs vəsaiti ali məktəblərin 050608 “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə
təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
SƏNAYE ELEKTRİK TƏCHİZATI
Bakı 2015
~ 2 ~
1. SƏNAYE MÜƏSSİSƏLƏRİNİN ELEKTRİK YÜKLƏRİ
1.1.Sənaye elektrik təchizatının xüsusiyyətləri
Sənaye müəssisələrinin elektrik təchizatı sistemi sənaye işlədicilərinin
(istehlakçılarının) elektrik enerjisi ilə qidalandırılmasını təmin edir. Elektrik təchizatı
sistemi dedikdə, elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün tələb
olunan elektrik qurğuları nəzərdə tutulur. Sənaye elektrik təchizatı işlədicilərinə
müxtəlif növ maşın və mexanizmlər, elektrik mühərrikləri, müxtəlif növ dəzgahlar ,
ventilyatorlar, elektrik qaynaq qurğuları, elektrik sobaları, işıqlandırma qurğuları və
digər avadanlıqlar aiddir. Sənaye elektrik təchizatı müxtəlif növ işlədiciləri elektrik
stansiyalarında istehsal olunan elektrik enerjisi ilə təmin edilir. Elektrik işlədicilərinin
əksəriyyəti elektrik enerjisini energetika sistemlətrindən alır. Eyni zamanda bəzi
müəssisələrdə İstilik Elektrik Mərkəzləri (İEM) vasitəsilə istehlakçıların elektrik
enerjisi ilə və eləcədə istilik enerjisinə olan təlabatı ödənilir. Elektrik enerjisinin
istehsalında zəruriyyət aşağıdakı səbəblərlə izah edilir:
1. Texnoloji məqsədlər üçün istiliyə olan təlabat və bu zaman elektrik enerjisi
istehsalının əlverişli olması.
2. Vacib elektrik işlədiciləri üçün ehtiyyat qidalandırılmasının olması.
3. Enerji ehtoyyatlarının istifadəsinin tələb olunması.
4. Bəzi sənaye müəssisələrinin energetika sistemindən uzaqda yerləşməsi.
Elektrik enerjisinə olan təlabat elektrik təchizatı sistemlərinin müasir
avadanlıqlarla təchiz olunmasını tələb edir. Bəzi hallarda elektrik təchizatı sisteminə
elektrik şəbəkələri, paylayıcı şəbəkələr, İEM-lər də əlavə edilir. Elektrik enerjisinin
istehsalının, ötürülməsinin, qəbulunun və paylanmasının fasiləsiz olması
avtomatlaşdırma sistemlərinin tətbiqinə zərurət yaradır. Elektrik enerjisi müəyyən
keyfiyyət göstəricilərinə malik olmalıdır. Onun əsas keyfiyyəti göstəricilərinə tezlik
və gərginliyin sabitliyi, gərginlik və cərəyanın sinosiodallığı və eyni zamanda dəyişən
cərəyan sistemində gərginliyin simmetrikliyi aiddir. Sənaye müəssisələrində
texnoloji proseslərin dəyişməsi ilə əlaqədar elektrik təchizatı sistemlərinin idarə
olunması, onların vəziyyətlərinə nəzrət mühafizə və avtomatika qurğularının işi
haqqında toplanan məlumatların dəqiqiliyi əsasında fasiləsiz və etibarlı elektrik
təchizatını təmin edilir. Sənaye müəssisələri gücə görə üç qrupa bölünür:
1. Kiçik güclü sənaye müəssisələri.
2. Orta güclü sənaye müəssisələri.
3. İri güclü sənaye müəssisələri.
~ 3 ~
Kiçik güclü sənaye müəssisələrinin qidalandırılmasında istifadə olunan
şəbəkələrdə əsasən 6-10 kV gərginlikdən istifadə olunur. Orta güclü sənaye
müəssisələrini qidalandırmaq üçün 35-110 kV. İri güclü sənaye müəssisələrini
qidalandırma qüçün isə 220 kV-luq nominal gərginlik tətbiq edilir.
Sənaye
müəssisələrinin elektrik enerjisi ilə təchizatı sistemlərin
layihələndirilməsi zamanı nəzərə alınmalıdır. Bunun üçün layihələndirmənin ilkin
mərhələsində elektrik yükləri təyin edilməlidir. Elektrik yüklərinn qiymətlərinə görə
isə elektrik təchizatı sisteminin avadanlıqları seçilir yoxlanılır və onlardakı güc və
enerji itkiləri təyin edilir. Sənaye müəssisələrində istifadə olunan bütün avadanlıqlar
güclərinə, tiplərinə, iş rejimlərinə, gərginliyinə və cərəyan sisteminin növünə görə
qruplarda birləşdirilir. Sənaye müəssisələrinin tərkibinə aid olan müxtəlif elektrik
qurğuları və avadanlıqları elektrik enerjisi işlədiciləridir.