2–ci kateqoriya: Bu kateqoriyaya aid olan elektrik enerjisi qəbuledicilərin
qidalandırılmasında fasilə mexanizmlərin boş dayanmasına və istehlakın
dayandırılmasına səbəb olur. Bu qrupa aid olan istehlkçıların elektrik təchizatında
fasilə, növbətçi təmir xidməti işçilərinin ehtiyyat qida mənbəyinin qoşmasına lazım
olan vaxta qədər icazə verilir. İkinci kateqoriyalı elektrik enerjisi qəbuledicilərin
qidalandırılması birdövrəli hava xətləri və ya iki kabelə parçalanan bir kabel xətti
vasitəsilə yerinə yetirilir. İkinci kateqoriyalı işlədicilərin qidalandırılması üçün
yarımstansiyada bir transformator quraşdırılır. Lakin yaxınlıqda olan anbarlarda
ehtiyyat qidalandırma transformatorı olmalıdır.
Dostları ilə paylaş: |