E. M. MƏMMƏdov



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə5/33
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#42765
1   2   3   4   5   6   7   8   9   ...   33
44 Eltechizat

3–cü  kateqoriya:  Bu  kateqoriyaya  aid  olan  işlədicilər  az  məsuliyyətli,  vacib 

olmayan  yəni  birinci  və  ikinci  kateqoriyaya  aid  olmayan  istehlakçılardır.Onların 

qidalandırılmasında  fasilə 1 sutkadan yəni 24 saatdan çox olmamalıdır. 

Elektrik  qurğularının  quraşdırılma  qaydalarına  əsasən,  elektrik  qurğuları  gərginlik 

səviyyəsinə  görə  2  yerə  bölünür:  Gərginliyi  1  kV-a  qədər  olan,  alçaq  gərginlikli 

elektrik qurğuları və gərginliyi 1 kV-dan çox olan yüksək gərginlik elektrik qurğuları. 

İş rejiminə görə elektrik işlədiciləri 3-yerə bölünür:  

1.  Uunmüddətli iş rejimində işləyən elektrik işlədiciləri.  

2.  Qısamüddətli iş rejimində işləyən işlədicilər. 

3.  Təkrar qısamüddətli iş rejimində işləyən işlədicilər. 

 

Uzunmüddətli  iş  rejimi  işlədicilərin  müxtəlif  hissələrinin  tempraturunun  ətraf 



mühitin  temperaturundan  çox  olan  temperatura  çatmasına  qədər  davam  edir  və 

praktiki olaraq qərarlaşmış qiymətə qədər çatır. Nasos, kompresor və ventilyatorların 

mühərrikləri,  fasiləsiz  nəqliyyat  mexanizmləri  və  qızdırıcı  sobalar  uzunmüddətli  iş 

rejimində işləyən elektrik enerji işlədiciləridir. Güc işlədiciləri yəni mühərriklərin və 

elektrik  sobalarının  nominal  gücü  onların  texniki  göstəricilərinə  uyğun  olan  pasport 

gücünə bərabər götürülür. 

             

 



~ 5 ~ 

 

Düzləndirici  qurğuların  və  transformatorların  nominal  gücü  isə  güc  əmsalı 



nəzərə alınmaqla belə təyin edilir. 

 

 



 

 

Qısamüddətli  iş  rejimi  zamana  görə  iş  periodları  və  işlədicinin  şəbəkədən 



açıldığı uzunmüddətli fasilələrlə xarakterizə olunur, yəni iş periodu o qədər məhdud 

olur  ki  həmin  müddətdə  elektriki  avadanlığının  qızma  temperaturu  buraxıla  bilən 

həddə  çata bilmir.  İş  periodları  arasında  fasilə o  qədər böyük olur  ki,  bu  müddətdə 

elektrik avadanlığı ətraf  mühitin  temperaturuna qədər soyuyur. Məsələn, metalkəsən 

dəzgahlar,  köməkçi  mexanizmər,  qurğuların  elektrik  inteqalları  qısamüddətli  iş 

rejimində  işləyir.  Dəyişməz  nominal  yükə  malik  olan  işlədicilərin  qısamüddətli 

rejimdəki iş periodları 10, 30, 60, 90 dəqiqə qəbul edilir. 

 

Təkrar  qısamüddətli  rejimdə  qısamüddətli  iş  periodları  fasilələrlə  növbələşir. 



Çoxdəfəli  iş  periodları  nəticəsində  elektrik  qurğusunun  temperaturu  müəyyən  orta  

qərarlaşmış  (

)  qiymətinə  çatır.  Qaldırıcı  nəqliyyat  mexanizmlərin  elektrik 

inteqalları, bir sıra elektrik qaynaq qurğuları təkrar qısamüddətli iş rejimində işləyir.  

Təkrar  qısamüddətli  iş  rejimində    bir  iş  periodu,  fasilə  ilə  birlikdə  (yəni  tam  dövr 

ərzində)  adətən  10  dəqiqiəyə  qədər  olur.  Elektik  mühərriklərinin  nisbi  işə  qoşma 

müddətinin  nominal  qiymətləri  15,  25,  40  və  60%  olur.  Təkrar  qısamüddətli  iş 

rejimində  işləyən  işlədicilərin  pasportunda  göstərilən  güc  qısamüddətli  rejimin 

nominal gücü ilə ifadə olunmalıdır: 

 

     



QM (%-lə) 

 

burada QM nisbi işə qoşulma müddətinin  pasport qiymətidir. 



 Qaynaq  maşınları  və  elektrik  sobalarının  transformatorları  üçün  adətən  tam 

gücün pasport qiyməti ( 

  )  verilir.  Bu  halda  nominal  aktiv  güc  nisbi  işə  qoşma 

müddəti (QM) və güc əmsalı (

 nəzərə alınmaqla aşağıdakı kimi hesablanır: 

 

 



 

Elektrik  avadanlıqlarının  pasport  göstəricilərində  nominal  iş  rejiminə  uyğun 

olan  parametrlər  qeyd  olunmalıdır.  Burada  nominal  gərginlik,  tezlik,  fazaların  sayı, 



~ 6 ~ 

 

faydalı  iş  əmsalı  və  nominal  yükdəki  güc  əmsalı 



    qeyd  olunur.  Elektrik 

qurğularının  qızma  şərtinə  görə  seçilməsi  zamanı  onların  faktiki  qərarlaşmış 

temperaturu  buraxıla  bilən  həddən  çox  olmamalıdır.  Bu  şərt  daxilində    elektrik 

qurğularının qəzasız normal iş rejimi təmin edilir. Bununla əlaqədar, elektrik enerjisi 

işlədicilərinin,  transformatorların  və  generatorların  pasportunda  nominal  qoyuluş 

gücü  qeyd  olunur.  Bu  onların  izolyasiyasının  qızmadan  mühafizəsini  təmin  edir. 

Elektrik  naqilləri  üçün  elektrik  qurğularının  quraşdırılma  qaydalarına  əsasən, 

uzunmüddətli buraxılabilən cərəyanların qiyməti təyin olunur. 

 

 

Sənaye  müəssisələrinin  elektrik  yüklərinin  hesablanması  zamanı  elektrik 



enerjisi  işlədicilərinin  iş  rejimləri  nəzərə  alınmalıdır.  Bu  iş  rejimləri  yuxarıda 

göstərildiyi kimi müxtəlifdir və zamana görə dəyişir. Bununla əlaqədar, tələb olunan 

gücü xarakterizə etmək üçün aşağıdakı anlayışlardan istifadə olunur: 

1.  Elektrik enerji işlədicilərinin nominal aktiv gücü  



2.  Elektrik enerji işlədicilərin nominal reaktiv gücü  

 

3.  İşlədicilər qrupunun nominal aktiv 

 

və reaktiv

 

gücləri. İşlədicilər 

iş qruplarına görə qruplaşdırılır. 

4.  Orta aktiv 

 və reaktiv 

 güclər. 

5.  Orta kvadratik yüklər. 

6.  Maksimal yüklər 

7.  Hesabi yüklər 

8.  Zirvə yükləri. 

 


Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin