1–ci kateqoriya: Bu elə elektrik işlədiciləridir ki, onların qidalandırılmasında
baş verən fasilə insan həyatı üçün təhlükəlidir və texnoloji prosesi pozur. Belə
elektrik qəbulediciləri iki, bir-birindən asıllı olmayan mənbələrdən qidalanır.
Elektrik təchizatında fasilə ancaq ehtiyyat mənbəyinin avtomatik qoşulmasına qədər
olmalıdır. Bu səbəblərə görə müxtəlif bölmə şinləri tətbiq edilir. Birinci kateqoriyalı
istehlakçılarının qidalandırılması üçün yarımstansiyada ən azı biri işçi və biri
ehtiyyatda olan güc transformatorları quraşdırılır və eyni zamanda bu
yarımstansiyalar iki və ya çox girişli hazırlanır.
Dostları ilə paylaş: |