1.2.Elektrik enerjisi işlədiciləri və onların xarakteristikaları
Elektrik enerjisinin istehsalına və ya çevrilməsinə müxtəlif məsafələrə
ötürülməsinə, paylanmasına, istehlakına xidmət edən qarşılıqlı əlaqəli avadanlıqlar
toplusu elektrik qurğuları adlanır. Ümumi əlamətləri uyğun olan elektrik qurğular
toplusu isə elektrik avadanlıqları adlanır. Hər hansı bir texnoloji prosesi yerinə
yetirən elektrik enerji qəbuledicisi elektrik enerjisi işlədicisi adlanır. İstifadə olunma
üçün elektrik enerjisinin digər enerji növünə çevrilməsini yerinə yetirdiyi elektrik
qurğuları elektrik enerji qəbulediciləridir. Beləliklə, elektrik enerji istehlakçıları
texnoloji prosesləri yerinə yetirən, elektrik şəbəkələrinə qoşulan və elektrik enerjisini
istifadə edən elektrik qurğularıdır. Elektrik qurğuları təyinatlarına görə ümumi
əlamaətlərlə birləşdirilərək elektrik avadanlıqlarını təşkil edir. Elektrik avadanlıqları
iki yerə bölünür:
1. Güc elektrik avadanlıqları.
2. İşıqlandırma elektriki avadanlıqları.
Güc elektrik avadanlıqları elektrik enerji qəbuledicilərinin bütün növlərini əhatə
edir. Sənaye müəssisələrin tərkibində olan müxtəlif növ mühərriklər və ümumilikdə
bütün elektrik avadanlıqları elektrik enerji işlədiciləri sayılır.
İşıqlandırma elektriki avadanlıqları binalar və ərazilərin işıqlandırılmasında
istifadə olunan lampalar.
Elektrik enerjisinin başqa enerji növünə çevrilərək istifadə olunmasına xidmət
edən elektrik enerji qəbulediciləri elektrik təchizatının etibarlığına görə 3-
kateqoriyaya bölünür:
~ 4 ~
Dostları ilə paylaş: |