1.3.Elektrik yüklərinin qrafikləri
Elektrik
stansiyalarında
elektrik
istehlakçılarnın
(işlədicilərinin)
qidalandırılması üçün tələb olunan miqdarda elektrik enerjisi istehsal olunur.
Müəyyən vaxt ərzində istehsal və istehlak olunan elektrik enerjisi işlədicilərin,
yarımstansiyaların və elektrik stansiyalarının yük qrafiki adlanan qrafiklərində təsvir
olunur. Elektrik təchizatı sisteminin layihələndirilməsi ilk növbədə elektrik yüklərinin
yük qrafiklərinə əsasən təyin edilməsindən ibarətdir. Elektrik yükləri sənaye
müəssisələri işlədicilərinin, işlədicilər qrupunun, sexlərin və ümumilikdə zavodların
elektrik enerjiinə olan təlabatını xarakterizə edir. Elektrik yüklərinin qrafiklərində
absis oxunda vaxt (zaman, dəqiqlikdən asıllı olaraq dəqiqiə və ya saatla) ordinat
oxunda isə güc qeyd olunur. Yük qrafiki bir və ya bir neçə eyni iş rejimində işləyən
işlədicilər qrupunun birlikdə tələb etdiyi yüklər üçün qurula bilər. Müxtəlif yük
qrafikləri olan bir neçə işlədiciyə malik müəssisənin ümumi yük qrafiki bir qrafikin
~ 7 ~
digərin üzərinə qoymaqla bir vaxta uyğun ordinatlarının cəmlənməsi kimi tapılır. Güc
xüsusiyyətinə görə yük qrafikləri 2 yerə bölünür:
1. Aktiv güc yük qrafiki.
2. Reaktiv güc yük qrafiki.
Müddətə görə yük qrafikləri 3 yerə bölünür: Sutkalıq, aylıq, illik. Fəsilə görə
yük qrafikləri qış və yay, yaz və payız qrafiklərinə bölünür.
Təyinatlarına görə yük qrafikləri aşağıdakı kimi təsnif olunur:
1. İşlədicinin yük qrafiki.
2. Yarımstansiyanın yük qrafiki.
3. Şəbəkə rayonunun yük qrafiki.
4. Elektrik stansiyasının yük qrafiki.
5. Enerji sisteminin yük qrafiki.
Yük qrafikləri eyni zamanda bir neçə əlaməti əhatə edə bilər. Məsələn
yarımstansiyanın sutkalıq qış aktiv yük qrafiki. Adətən ən çox istifadə olunan yük
qrafikləri sutkalıq və illik yük qrafikləridir. Pilləli formada hazırlanan aktiv sutkalıq
yük qrafiki aşağıdakı kimi göstərmək olar.
Şəkil 1.1. Aktiv sutkalıq yük qrafiki
Elektrik qurğusunun istismarı prosesində elektrik qurğusu üzrə növbətçi
müəyyən vaxt intervalından sonra (1 saat və 30 dəqiqədən) yük qrafikinin
dəqiqiliyindən asıllı olaraq elektrik ölçü cihazlarının yəni vaatmetrin və ya sayağacın
göstərişlərini sutkalıq cədvəldə qeyd edir. Sonra qrafikdə cədvəldə qeyd olunan vaxta
~ 8 ~
uyğun güc nöqtələrini qeyd edərək, onları düz xətlə birləşdirir. Ardıcıllıqla sutka
ərzindəki qrafik qurulur və nəticədə pilləli yük qrafiki alınır. Müəyyən miqyasda
qurulmuş qrafikin sahəsi sutka ərzindəki elektrik enerjisinin istehlakını, yəni sərfini
göstərir (W kVt saat ). Sutkalıq yük qrafikindən ən böyük güc, yəni maksimal
-
gücünü, istehlak müddətini təyin etmək olar. Sutkalıq yük qrafikinə əsasən
avadanlıqların qoşulub-açılması və eləcədə orta sutkalıq yükü təyin etmək olar:
Burada
-sutka ərzindəki elektrik enerjisi sərfi
- 24 saat ərzindəki
sutkalıq yük qrafikinin sahəsinə bərabər götürülür. t və P sutka ərzindəki iş saatına
uyğun yükləri göstərir.
İllik yük qrafiki elektrik qurğusunun bir il ərzindəki iş rejimini göstərən
qrafikdir. Müddətli illik yük qrafiki ən çox tətbiq edilən qrafikdir. O, elektrik
qurğusunun uyğun güclə neçə saat işləməsini göstərir. Məsələn, ildəki
=8760 saat
olan ümumi saatdan elektrik qurğusu hansı güclə neçə saat işləyir. Müddətli illik yük
qrafiki əsasən yarımstansiyanın elektrik enerji sərfini təyin edilir.
Dostları ilə paylaş: |