4.3.Sexdaxili elektrik avadanlıqları və elektrik hesablamaları
Şinnaqillərdə əlavə olaraq gərginliyi 1kV-a qədər olan sexdaxili şəbəkələrin
əsas avadnlıqlarına aşağıdakılar aiddir.
1. Paylayıcı məntəqələr.
2. Paylayıcı güc şkafları.
3. Paylayıcı lövhələr.
4. Qoruyucusu və əl açarı olan yeşiklər.
5. Açar-qoruyucu blokundan ibarət olan yeşiklər.
6. İşıqlandırma lövhələri.
7. Əriyən qoruyucular.
8. Maqnit işə buraxıcılar.
9. Kontaktorlar.
10. Avtomatik açarlar. (Alçaq gərginlikli)
Sexdə yerləşən giriş qurğuları şkaflar, lövhələr, müasir quruluşlu paylayıcı
qurluşlar, elektrik enerjisinin qəbulu və paylanmasını, elektrik qurğularının idarə
olunmasını və eləcə də mühəfizəni, yəni istismar zamanı ifrat yüklənmə və
qısaqapanmadan mühafizəni təmin edən komplekt qurğulardır. Onlara kommutasiya
və mühafizə aparatları, ölçü cihazları, avtomatika aparatları və köməkçi qurğular
quraşdırılır. Müxtəlif sorğu kitablarında və vəsaitlərində, xüsusi katoloqlarda
yuxarıda qeyd olunan qurğuların texniki göstəriciləri, qurluşu, elektrik sxemi və
parametrləri qeyd olunur. Sexdaxili elektrik hesablamaları zamanı yüklər, elektrik
avadanlıq və qurğularını qidalandıran cərəyan keçirən hissələrin (kabel və naqillərin)
en kəsiyinin sahəsi hesablanır və yoxlamalar aparılır. Sexdaxili elektrik təchizatının
fasiləsizliyini və etibarlığını təmin etmək üçün hesablamalar dəqiq aparılmalı və
elektrik qurğuları düzgün seçilməlidir.
~ 44 ~
Dostları ilə paylaş: |