5.2. Zavoddaxili şəbəkələrdə elektrik enerjisinin nəql olunması
Sənaye müəssisələrinin gərginliyi 1 kV-dan çox olan şəbəkələrində elektrik
enerjisinin paylanması kabel və hava xətlərinin, həmçinin cərəyannaqillərin köməyi
ilə həyata keçirilir. Bu və ya digər variantın seçilməsi yüklərin yerləşməsindən,
ərazidəki
tikililərin
sıxlığından,
texnoloji,
santexniki
və
nəqliyyat
kommunikasiyalarının çoxluğundan, yeraltı suların səviyyəsi və aqressivliyindən,
havanın çirklənmə dərəcəsindən, buzlaşma rayonundan asılıdır.
Elektrik enerjisinin ötürülməsi üçün bir və ya bir neçə paralel kabeldən ibarət
qurğuya (birləşdirici, tutucu, sonluq muftaları və bərkidici detallar daxil olmaqla)
kabel xətti (KX) deyilir. Belə kabellərin xidmət müddəti bir qayda olaraq 25 ildən az
olmur.
Yüksək gərginlikli kabellərə 6-110 kV-luq kabellər daxildir. Belə kabellər plastik,
hopdurulmuş kağız izolyasiyalı, yağla doldurulmuş və başqa şəkillərdə olur.
Zavoddaxili elektrik təchizatında kabellərin müxtəlif çəkiliş üsulları tətbiq olunur:
yeraltı xəndəklərdə kabel kanallarında, tunellərdə) və estakadalarda
Hava xətləri (HX) izolə olunmamış naqillərlə yerinə ytirilir. Onlar açıq havada
yerləşdirilir, izolyator və armaturların köməyi ilə dayaqlara bərkidilir. Ağac, dəmir-
beton və ya dəmir dayaqlardan istifadə olunur.
HX-lər mis, alüminium və poladalüminium naqillərlə yerinə yetirilir. AC
~ 47 ~
markalı poladalüminium naqillər daha geniş tətbiq olunur.
Sənaye müəssisələrində 1-2 km uzaqlıqda olan 1500-6000 A cərəyanlı böyük
enerji tutumuna malik işlədicilərin magistral qidalanması üçün 6-35 kV-luq
cərəyannaqillər tətbiq olunur. Bir qayda olaraq onlar ikidövrəli şəkildə yerinə
yetirilir. 1 kV-a qədər gərginlikli cərəyannaqilləri şinnaqillər adlanır.
Dostları ilə paylaş: |