4.4.Cərəyan keçirən hissələrin iqtisadi cərəyan sıxlığına görə seçilməsi
və qızma şərtinə görə yoxlanılması
Cərəyan keçirən hissələrdən cərəyan axan zaman alınan enerji itkiləri en
kəsiyin sahəsindən və materialından asılıdır. Bununla əlaqədar, cərəyan keçirən
hissələrin en kəsiyi, əsas vacib parametrdir. En kəsiyin sahəsinin artması enerji
itkilərini azladır, lakin bu artım sərf olunan kapital xərclərini artırır. Buna görə də,
optimal, iqtisadi en kəsik təyin olunmalıdır ki, illik gətirilmiş xərclər az olsun.
İqtisadi optimal en kəsik iqtisadi cərəyan sıxlığına görə təyin edilir.
Burada:
normal iş rejimində cərəyan keçirən hissədən axan cərəyan
iqtisadi cərəyan sıxlığıdır (
. İqtisadi cərəyan sıxlığı cərəyan keçirən
hissənin materialından, qurluşundan, maksimal yükün istifadə müddətindən asılıdır.
İqtisadi cərəyan sıxlığının qiyməti keçiricinin növündən asılı olaraq aşağıdakı
kimidir. (Cədvəl 4.1)
Cədvəl 4.1
Keçiricinin növü
Maksimal yükün istifadə müddəti T, saatla
1000-3000
3000-5000
5000-8760
İzoləedilmiş naqillər: Mis,
aluminium
2.5
1.3
2.1
1.1
1.8
1.0
Kağız izolyasiyalı kabellər:Mis damarlı,
aluminium damarlı
3.0
1.6
2.5
1.4
2.0
1.2
Rezin və polimer plastik izolyasiyalı
kabellər: Mis damarlı,
aluminium damarlı
1.5
1.9
3.1
1.7
2.7
1.6
Masimal cərəyan aşağıdakı kimi hesablanır:
;
Burada
maksimal tam güc,
nominal gərginlikdir.
İqtisadi cərəyansıxlğına görə seçilmiş iqtisadi en kəsik qızma şərtinə görə yoxlanılır.
Keçiricidən elektrik cərəyanın axması zamanı istilik ayrılır və keçirici qızır.
Əgər ayrılan istilik ancaq keçiricinin qızmasına sərf olunsaydı, yəni keçirici
~ 45 ~
soyumasaydı, onda onu temperaturu düz xət üzrə artardı. Lakin, keçiricinin
temperaturu onun əhatə edən mühitin temperaturundan yüksək olduğu üçün ətraf
mühütə istilik ötürülür. Keçiricinin qızmasına sərf olunan istiliyin miqdarı ətraf
mühitə ötürülən istiliyin miqdarına bərabər olduqda qərarlaşmış rejim, istilik balansı
yaranır.
Normal iş rejiminin təmin olunması üçün keçiricilər aşağıda qeyd olunan buraxıla
bilən qızma şərtini ödəməlidir:
1) Qızma şərtinə görə buraxılabilən cərəyan maksimal cərəyana bərabər və ya
ondan çox olmalıdır.
2) İfrat qızmadan mühafizə aparatlarının işinin düzgün təmin edilməsi üçün
keçiricinin en kəsiyinin qızma şərtinə görə yoxlanma şərti aşağıdakı kimidir:
;
Burada:
mühafizə aparatının nominal cərəyanı K- əmsaldır. Onun
qiyməti işıqlandırma və məişət şəbəkələri üçün 0.8, sənaye müəssələri və güc
qurğuları üçün 3 götürülür.
Dostları ilə paylaş: |