Sənaye müəssisələrinin və qurğularının zavoddaxili elektrik təchizatı əsasən 6, 10,
35, 110 və 220 kV gərginlikli elektrik şəbəkələrinin köməyi ilə həyata keçirilir.
Sənaye müəssisələrinin səmərəli və iqtisadi cəhətdən sərfəli ETS-sinin qurulmasının
əsas məsələlərinə qidalandırıcı və paylayıcı şəbəkələrin gərginliklərinin, həmçinin
Sənaye müəssisəsinin elektrik təchizat sistemi (ETS) ayrı-ayrı elementlərin
yığımından ibarət olub şərti olaraq xarici və daxili elektrik təchizatına bölünür. ETS-
nin xarici hissəsinə (xarici elektrik təchizatı) 6-220 kV-luq qidalandırıcı şəbəkələr aid
edilir. Bu şəbəkələr vasitəsi ilə elektrik enerjisi energetika sistemindən qəbuledici
BPM-ə və ya BAY-a (TY) ötürülür. ETS-nin daxili hissəsinə (daxili elektrik
təchizatı) gərginliyi 1 kV-a qədər və 1kV-dan çox olan paylayıcı şəbəkələr aid edilir.
~ 46 ~
Paylayıcı şəbəkələr vasitəsilə müəssisənin ərazisi üzrə və sexlərin daxilində elektrik
enerjisinin paylanması həyata keçirilir.
İri müəssisələrin elektrik təchizatı üçün yüksək gərginlikli dərin giriş sxemləri
tətbiq olunur. Belə sxemlərdə qidalandırıcı xətlər 35-220 kV-luq xətlərlə müəssisə
ərazisinə daxil olur və MPM və ya DGY-lərə qoşulur.
Ümumi halda elektrik təchizatının səmərəli gərginliyinin seçilməsi elektrik
işlədicilərinin nominal gərginliyi və gücü, enerji ötürülməsinin uzaqlığı, həmçinin
müəssisənin qoşulduğu energetika sistemində bu və ya digər gərginliyin olması ilə
müəyyən olunur. Bir qayda olaraq qidalandırıcı xətlərin gərginliyi konkret qoşulma
şəraitindən asılı olaraq rayon energetika sistemi tərəfindən verilir. Müəssisənin
energetika sisteminin şəbəkəsinə qoşulmasının bir neçə variantı olduqda həmin
variantların texniki-iqtisadi müqayisəsini aparmaq lazım gəlir.
İri müəssisələrin elektrik təchizatı üçün bir sıra hallarda İEM tipli elektrik
stansiyaları da tikilir. Müəssisənin paylayıcı şəbəkəsində gərginliyin seçilməsindən
asılı olaraq İEM-dəki generatorların gərginliyi 6 və 10 kV qəbul olunur.
ETS-nin gərginliyinin seçilməsi zamanı çalışmaq lazımdır ki, transformasiya
pillələrinin sayı mümkün qədər (iki-üç) az olsun. Belə ki, hər bir transformasiya
pilləsində orta hesabla ötürülən gücün 5%-i itmiş olur.
Dostları ilə paylaş: