Məsələ:- Aşağıdakı verilənlərə əsasən dörd qrupa malik müəssisənin hesabi
yüklərini təyin edin:
=0.2;
=0.6;
=0.8;
=0.5;
Həlli:
=0.2 1900=380kVt
=380 1.73=657.4kVAr
=
~ 19 ~
Hesablamanı digər qruplar üçün apararaq, nəticələri cədvəl 1.2-də qeyd edirik.
Qrupun №-si
1
0,2
1,73
380
657,4
759,3
2
0,6
1,0
900
900
1272,8
3
0,8
0,33
1440
457,2
1516,4
4
0,5
0,88
800
704
1065,7
Cəmi hesabi yüklər
3520
2736,6
4614,2
2.Forma əmsalın və orta gücə görə hesabi yüklərin hesablanması metodu.
Elektrik enerjisi qəbulediciləri qrupunun orta gücə və forma əmsalına görə
hesabi yükləri aşağıdakı düsturlarla hesablanır:
Forma əmsalının qiymətləri məhsuldarlığı az dəyişən sex və zavodlar üçün
kifayət qədər sabitdir. Buna görə də, layihələndirmə zamanı forma əmsalı eyni
texnologiyası olan müəssisələrin təcrübi verilənlərinə əsasən təyin edilir. Əgər bu
verilənlər yoxdursa
qəbul oluna bilər. Bu zaman daha kiçik qiymətlər
elektrik təchizatı sisteminin yüksək pilləsinə uyğun gəlir.
Forma əmsalına görə hesabi yüklərin təyin edilməsi üçün ən çox yüklənmiş
növbə ərzində aktiv və reaktiv orta yükləri aşağıdakı üsullardan biri ilə təyin edilir.
a) Qoyuluş gücə və istifadə əmsalına görə:
b ) Növbə ərzində
buraxılan məhsula (M) və məhsul vahidinə düşən xüsusi
elektrik enerjisi sərfinə (e) görə.
~ 20 ~
c) İstismar şəraitində: aktiv və reaktiv enerji sayğaclarının göstərişlərinə görə.
Orta gücə və forma əmsalına görə hesablama metodunun əsasını hesabi və orta
kvadratik yüklərin bərabirliyi təşkil edir.
3.Hesabi yüklərin statistik hesablanma metodu.
Bu metoda əsasən elektrik enerjisi qəbuledicilər qrupunun hesabi yükü iki
inteqral göstəriciyə :- orta yükə
və orta kvadratik meylə
-əsasən təyin edilir.
Burada:
səpələnmə ölçüsünün qəbul olunmuş dəfəliyi, T-indeksi verilimiş
kəmiyyətin yükün ortalaşdırılmış müddətinə (intervalın uzunluğuna) aid olduğunu
göstərir.
Qrup yük qrafiki üçün orta yük aşağıdakı kimi təyin edilir:
Burada: m-qrup yük qrafikinin bölündüyü T=3
uzunluqlu pillələrin sayıdır; T-
cərəyan keçirən hissənin qərarlaşmış temperatura çatma müddəti;
naqilin
qızmasının zaman sabitidir.
Qrup yük qrafiki üçün orta kvadratik meyl aşağıdakı kimi təyin olunur.
Statistik metod hesabi yükləri qəbul olunmuş istənilən başvermə ehtimalı ilə təyin
etməyə imkan verir. Bu metod gərginliyi 1kV-a qədər olan eıektrik enerji
qəbuledicilərinin yüklərinin hesablanmasında istifadə edilir.
4.Hesabi yüklərin nizamlanmış diaqramlar metodu ilə təyini.
Bu metoda əsasən elektrik enerjisi qəbuledicilərinin hesabi aktiv yükü
paylayıcı şəbəkələrin bütün pillələrində orta gücə və maksimum əmsalına görə təyin
olunur.
~ 21 ~
Maksimum əmsalının qiyməti verilmiş elektrik enerjisi qəbulediciləri qrupunun
istifadə əmsalından
və qrupa daxil olan qəbuledicilərin effektiv sayından
asılıdır.
Alınan
in qiymətindən asılı olaraq hesabi reaktiv
hesablanır.
Bundan sonra
düsturu ilə tam hesabi güc təyin edilir.
Daha sonra
düsturu ilə hesablanır.
Bir fazalı enerji qəbuledicilərinin hesabi yükü təyin edilərkən, əvvəlcə onlar
fazalar üzrə bərabər paylanır. Sonra onların nominal gücü ən çox yüklənmiş fazanın
nominal gücünün 3 (üç) mislinə bərabər qəbul edilir:
Burada:
ən çox yüklənmiş fazadakı enerji qəbuledicilərinin nominal gücüdür.
5.Elektrik yüklərinin hesablanmasının köməkçi metodları.
a) Məhsul vahidinə düşən xüsusi elektrik enerjisi sərfiyyatı metodu:
Zamana görə dəyişməyən və yaxud az dəyişən yükə malik olan elektrik enerjisi
qəbulediciləri üçün hesabi yük ən çox yüklənmiş növbə ərzindəki orta yükə uyğundur
və müəyyən zaman müddətində verilmiş məhsul buraxılışı zamanı məhsul vazhidinə
düşən xüsusi enerji sərfinə görə təyin oluna bilər.
Burada: e- məhsul vahidinə düşən elektrik enerjisi sərfi (kVt saat-la) M-növbə
ərzindəki buraxılmış məhsulun miqdarı
ən çox yüklənmiş növbənin davamiyyət
müddətidir, saatla.
~ 22 ~
b) İstehsal sahəsi vahidinə düşən xüsusi yük metodu.
Bu metoddan sexin sahəsi üzrə müntəzəm paylanmış çox saylı kiçik və orta
güclü müəssisələrlə xarakterizə olunan universal sənaye şəbəkələrinin layihəsi
zamanı istifadə olunur. Elektrik enerjisi qəbulediciləri qrupunu hesabi yükü aşağıdakı
kimi hesablanır:
Burada:
istehsal sahəsinin 1
nə düşən hesabi güc (
); F-qrupun
qəbuledicilərinin yerləşdirmə sahəsidir
Xüsusi yük statistik verilənlərə əsasən təyin edilir. Onun qiyməti istehsalın
növündən, magistral şinnaqilə xidmət edən sex sahəsindən asılı olaraq 0,06-0,6
intervalında dəyişir.
Bu hesabi metoddan layihə tapşırığı hazırlanarkən variyantların texniki-
iqtisadi müqayisəsi zamanı hesabi yüklərin təyin olunması və eləcə də digər təqribi
hesabatlar üçün istifadə olunması məqsədəuyğundur.
Dostları ilə paylaş: |