§4. Ehtiyat kapitahmn uçotu Bazar iqtisadiyyatı şəraitində ehtiyat kapitallarının və
ödəmələrinin yaradılması və düzgün istifadə edilməsi mühüm
əhəmiyyət kəsb edir.
Səhmdar cəmiyyəti və bircə təşkilatlar qüvvədə olan
qanunvericiliyə müvafiq olaraq ehtiyat kapitalını məcburi qaydada
yaradırlar. Öz baxışlarına'görə onu digər təşkilatlar da yarada bilər.
Səhmdar cəmiyyətinin ehtiyat kapitalı zərərlərin örtülməsi üçün, habelə
cəmiyyətin istiqrazlarının ödənilməsi və digər vəsaitlər olmadığı halda
cəmiyyətin səhmlərini satın almaq üçün istifadə edilir. Digər
təşkilatlarda ehtiyat kapitalının istifadə edilməsi istiqamətləri onların
nizamnaməsi ilə müəyyən edilir.
158
Əsas kapitalın tamamlanması və dividendlərin ödənilməsindən
ötəri bu məqsədlər üçün və ya gələcəkdə nəzərdə tutulmayan mümkün
olan zərərlərin və itkilərin örtülməsi üçün hesabat ilinin mənfəəti
olmayan (kifayət olmayan) zaman əsasən mənfəətin ehti-
yatlandırılmasını və xərclərin faktiki əmələ gəldiyi vaxta qədər, onların
bir hissəsinin təşkilatın məsrəllərinə vaxtından əvvəl daxil edilməsi yolu
ilə gələcək ödəmələrin ehtiyatlandırılmasmı həyata keçirirlər.
Ehtiyat kapitalı qanunvericiliyə və təsis sənədlərinə ciddi müvafiq
olaraq yaradılmalıdır. Mühasibat uçotunun qüvvədə olan göstərişləri
gizli ehtiyatların və ödəmələrin yaradılmasını qadağan edir.
Ehtiyat kapitalının ölçüsü səhmdar cəmiyyətində təşkilatın
nizamnaməsi ilə müəyyən edilir.
Qanunvericilikdə ehtiyat kapitalının yaradılması nəzərdə
tutulmayan təşkilatlarda, o, xalis mənfəətin hesabına yaradıla bilər.
Qeyd etmək lazımdır ki, qanunvericilikdə ehtiyat kapitalının
yaradılması nəzərdə tutulan müəssisələrdə ehtiyat kapitalına ayırmalar
qanunvericilikdə müəyyən edilmiş nonnativ hüdudlarında vergiyə cəlb
olunmaya qədər, nonnativdən artıq ayımıaları isə - vergiyə cəlb
olunmadan sonra aparırlar. Bununla əlaqədar olaraq belə müəssisələrdə
ehtiyat kapitalına ayırmaları 80 «Mənfəət və zərərlər» hesabının
debetində və 86 «Ehtiyat kapitah» hesabının kreditində əks etdirmək
məqsədəuyğundur.
Qanunvericiliyə və təsis sənədlərinə müvafiq olaraq yaradılmış
təşkilatlar ehtiyat kapitalını yaradı bilər. Öz təbiətinə görə o sığorta
kapitalıdır və təsərrüfat fəaliyyətindən mümkün olan zərərlərin
örtülməsi üçün yaradılır. Onun yaradılması təşkilatın aramsız
işləməsini, habelə üçüncü şəxsin marağının təminatını təmin edir. Onun
mövcudluğunu kreditorlara və digər maraqlı şəxslərə təşkilatın
öhdəliyinin ödənilməsində müəyyən inam verir. Cari təsərrüfat
fəaliyyətində bu fond təşkilatın fəaliyyətinin əlavə daxili maliyyələşmə
mənbəi kimi (nizamnamə kapitalına) çıxış edir. Ehtiyat kapitalı əsas
etibarı ilə mənfəətdən ayırmalar hesabına yaradılır. Fonda hər illik
ayırmanın ölçüsü təsis sənədləri ilə müəyyən edilir.
Səhmdar cəmiyyətləri ehtiyat kapitalının əsas kapital qiymətdən
düşdüyü halda onu tamamlamaq üçün və mənfəətdən hər illik ödə-
159
İlişlər yolu ilə dividendləri ödəmək üçün yaradırlar. Ehtiyat kapitalını
həmçinin birgə müəssisələr və məhdud ınəsuli\^ətli cəmiyyətlər
yaradırlar. Fondların həcmi və yaradılması qaydası təşkilatların
nizamnamələrində nəzərdə tutulur.
Qüvvədə olan qanunvericilikdə ehtiyat kapitalına minimum
məcburi ayırmalar müəyyən edilir.
Ehtiyat kapitalının vəsaitlərinin hərəkəti haqqında informasiyanı
ümumiləşdirmək üçün mühasibat uçotunda 86 «Ehtiyat kapitalı» hesabı
nəzərdə tutulmuşdur. Bu passiv hesabdır. Bu hesabın krediti üzrə
ehtiyat kapitalına ayırmalar, debetində isə bu kapitalın vəsaitlərinin
istifadəsi əks olunur. Mənfəətdən ehtiyat kapitalına ayırmalar aşağıdakı
yazılışla əks olunur:
DT 81 «Mənfəətin istifadəsi» hesabı.
KT 86 «Ehtiyat kapitah» hesabı.
Mənfəət vergiyə cəlb olunan zaman, ehtiyat kapitalına yönəldilən
məbləğlərə təşkilatlar ümumi mənfəəti azaldırlar.
Ehtiyat kapitalını digər təşkilatlar da yarada bilər. Bunu ancaq
onların sərəncamında qalan mənfəət hesabına yaradırlar.
Ehtiyat kapitalı vəsaitlərinin istifadə edilməsi aşağıdakı
yazılışlarla uçota alınır:
a) iştirakçılara gəlirlərin və dividendlərin ödənilməsi məqsədləri
üçün hesabat ilinin mənfəəti olmayan və ya kifayət qədər olmayan
zaman onların ödənilməsinə yönəldilən məbləğlər hissəsində;
DT 86 «Ehtiyat kapitah» hesabı.
K.T 75 ((Təsisçilərlə hesablaşmalar» hesabı.
b) hesabat ilinin balans zərərinin ödənilməsinə yönəldilən
məbləğlər hissəsində və i.a.
DT 86 ((Ehtiyat kapitalı» hesabının debeti.
KT 88/1 ((Bölüşdürülməmiş mənfəət (örtülməmiş zərər)»
hesabının 1 -ci subhesabı.
Yekunda 86 ((Ehtiyat kapitalı» hesabının kredit qalığı hesabat
dövrünün əvvəlinə və axırına istifadə edilməmiş ehtiyatın qalığını,
debet üzrə dövriyyə - məqsədli təyinatı üzrə mənfəətin istifadə
edilməsini, kredit üzrə dövriyyə - əlavə ayırmalar hesabına ehtiyatın
tamamlanmasını xarakterizə edir.
160
Ehtiyat kapitalı xalis mənfəətdən ayırmalar hesabına yaradılan
halda, vəsaitlər hesabat ilinin mənfəəti kifayət olmayan zaman divi-
dendlərin ödənilməsinə istifadə edilə bilər.