1920-ci ildən 1930-cu ilə qədər Psixologiya kafedrasına rəhbərlik etmişdir. 1921-ci ildə ADU-
da «Sokrata qədərki fəlsəfə» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. O, 1931-
ci ildən 1940-cı ilədək AETPİ-də işləmiş, elmi tədqiqatlar aparmışdır. 1948-ci ildə Makovelski
yenidən Azərbaycan Dövlət Universitetinə qayıdır və 1960-cı ilə qədər məntiq-psixologiya
kafedrasına rəhbərlik edir. Makovelskinin yüksək ixtisaslı psixoloq kadrlarının hazırlanma-
sında əvəzsiz xidmətləri olmuşdur. O, Ə.K.Zəkuyevin doktorluq dissertasiyasının rəsmi
Page
2 of
8
BDU / Psixologiya / 2014
Makovelski eyni zamanda geniş tədqiqat işləri aparmış, Azərbaycan şair və filosoflarının
yaradıcılığının psixoloji təhlilini vermişdir.
Azərbaycanda psixologiya elminin inkişafında, psixoloq kadrlarının hazırlanmasında
B.B.Komarovskinin də (1899-1965) böyük xidmətləri olmuşdur. 1921-ci ildə Bakıya gələn Ko-
marovski 1921-1924-cü illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında oxuyur.
1927-ci ildə pedaqogika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edir. Elə həmin il o, pro-
fessor elmi adı alır. Komarovski ilk elmi məqaləsini 1914-cü ildə, 15 yaşında yazmışdır.
Çoxşaxəli yaradıcılığa malik olan Komarovski «Psixologiya cədvəlləri» (1923), «Uşaqlığın
sosiologiyası» (1921), «Təkrarlama metoduna dair» (1940) və s. onlarla fundamental əsərlərin
müəllifidir.
Azərbaycanda psixologiya elminin digər tanınmış bir nümayəndəsi F.Ə.İbrahimbəyovdur
(1901-1988). O, respublikamızda ilk psixologiya laboratoriyasının yaradıcısıdır. Onun
Azərbaycan Dövlət Universitetində 1926-1927-ci illərdə təşkil etdiyi psixologiya
laboratoriyasında çoxsaylı, müxtəlif istiqamətli tədqiqatlar aparılmışdır.
F.İbrahimbəyov 1927-1949-cu illərdə V.İ.Lenin adına APİ-də, sonrakı illərdə
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda psixologiya kafedrasının müdiri olmuşdur.
F.İbrahimbəyov təlim və psixi inkişaf, şəxsiyyət, xüsusilə bilinqvizm sahəsində uğurlu
tədqiqatlar aparmışdır. Onun tədqiqatları nəinki ittifaq miqyasında, eləcə də dünyanın bir sıra
ölkələrində rəğbətlə qarşılanmışdır. O, ana dili və rus dillərinin mənimsənilməsinin psixoloji
əsaslarını tədqiq etmişdir. Onun bu sahədə apardığı təqdiqatlarla bağlı Ümumittifaq və
Beynəlxalq Konqreslərdə etdiyi çıxışlar bir qayda olaraq yüksək dəyərləndirilmişdir. Onun
«İkidillilik, onun forması və fərdi fərqlərə görə təsnifatı», «Milli məktəblərdə rus dili təliminin
psixoloji əsasları haqqında», «Nitqin qavranılmasının seçiciliyi və dilin tədrisi» və s. əsərləri
təlim psixologiyası, nitq inkişafı sahəsində SSRİ-də aparılan ən uğurlu tədqiqatlardan hesab
olunur.
Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında, psixoloji fikrin inkişafı və
təşəkkülündə Əhməd Kərədi Zəkuyevin (1888-1968) böyük xidmətləri olmuşdur. O, 1921-ci
ildə Türkiyədə təhsilini başa vurduqdan sonra Bakıya gəlmiş, 1922-1960-cı illərdə V.İ.Lenin
adına APİ-də dərs demiş, müxtəlif vaxtlarda psixolgiya kafedrasına rəhbərlik etmişdir. 1960-cı
ildən ömrünün sonunadək Azərbaycan EA-nın fəlsəfə şöbəsində çalışmışdır.
1933-cü ildə V.İ. Lenin adına APİ-nin nəzdində aspirantura şöbəsi açılır. Bu şöbənin
yaradılmasıyla psixologiya üzrə kadr hazırlığında da bir dönüş yaranır.
20-ci illərin sonu – 30-cu illərin əvvəllərində digər sahələrdə olduğu kimi, psixologiyada
da kəskin diskussiyalar, polemikalar başladı. Qeyd etmək istərdik ki, SSRİ miqyasında gedən
proseslər eynilə Azərbaycanda da baş verirdi. Bununla bağlı F. Rüstəmov yazır: «20-ci illərin
əvvəllərində pedaqoji elmdə demokratik fikir güclü idi, əsasən qeyri-marksist mövqedə
dayanan nəzəriyyələr üstün mövqeyə malik idi. Bu nəzəriyyələrin bir qismi Avropadan türk
pedaqoq və psixoloqlarının (X. Fikrət, Mühiddin, İ. Hikmət, T. Tofiq, N. İsmət və H.
Məhbubənin) əsərləri vasitəsilə yayılır, digər qismi isə rus pedaqoji fikrindən tərcümə edilmiş
əsərlərdən milli pedaqoji fikrə keçirdi.
İntellektual mübahisələr çox zaman bir-birinə qara yaxmaqla başa çatırdı. Bu proses hər
yerdə – mərkəzdə də, yerlərdə də gedirdi. Rusiya və Ukrayna üçün səciyyəvi olan yanlışlıqlar
eyni ilə Azərbaycanda da təkrar olunurdu. Moskvada A.P. Pinkeviçin, P.P. Blonskinin başına
gətirilənlər Bakıda B.B. Komarovski, A.O. Makovelski, Ə. Seyidov, Ə. Zəkuzadə üçün
təkrarlanırdı. Hədə, təhqir və yalanlara cavab vermənin fiziki cəhətdən məhvə səbəb olacağını
dərk edən alimlər özlərini əsassız itihamlardan qorumaq üçün etiraf məktubları yazır, düzgün
elmi mövqelərini tənqid etmək məcburiyyətində qalırdılar».
Acınacaqlısı odur ki, polemika və tənqidlər yalnız mütəxəssislər arasında deyil, ixtisas
sahibi olmayan, ancaq «əqidəli marksistlər» tərəfindən də keçirilir, təəssüf ki, çox vaxt məhz
onlar «haqlı» çıxırdılar. Tənqid olunanlar sırasında adətən həqiqi elm fədailəri, görkəmli
alimlər olurdu.
1931-ci ildə F.Ə.İbrahimbəyov testlər metodunun milli psixologiyanı öyrənmək
Page
3 of
8
BDU / Psixologiya / 2014
sahəsindəki zərərli nəticələri barədə danışmağa məcbur olur. Onun 1936-cı ildə nəşf etdirdiyi
«Uşaqların əqli inkişafında zərərli nəzəriyyə» adlı məqaləsində pedalogiyanın metodoloji
yararsızlığından, təhsilə, psixologiya və pedaqogika elminə vurduğu zərərdən bəhs olunurdu.
30-cu illərin ortalarında Azərbaycan psixologiya elminə gənc və istedadlı alimlər gəlir.
Onların sırasından S. Hacıyev, M. Məhərrəmov, M. Abbasov və başqaları xüsusilə seçilirdilər.
1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutu fəaliyyətə başlayır. Fərəhli
haldır ki, institutun nəzdində pedologiya-psixologiya kabineti və laboratoriyası da fəaliyyət
göstərir. Təlim-tərbiyə prosesi ilə bağlı aparılan tədqiqatlar psixologiya elminin inkişafında
xüsusi yer tutur. İnstitutda yaradılan şöbəyə M.R. Abbasov başçılıq edir. Bu institutda müxtəlif
dövrlərdə F.Ə. İbrahimbəyov, A.O. Makovelski, S. Hacıyev, M. Hacıyev, Z.M. Mehdizadə,
Ə.K. Zəkuyev, M.C. Məhərrəmov, M.Ə. Həmzəyev, Ə.S.Bayramov, Ə.Ə. Əlizadə və başqa
görkəmli alimlər çalışmış, tədqiqat işləri aparmışlar.
Hazırda institut Təhsil Problemləri İnstitutu adı ilə fəaliyyət göstərir. İnstitutun
psixologiya və yaş fiziologiyası şöbəsində təhsilin müxtəlif sahələri üzrə tədqiqatlar aparılır.
Respublikamızda psixologiya elminin inkişafında APRDƏİ (hazırda Bakı Slavyan
Universiteti), SSRİ-nin 50 illiyi adına APXDİ (hazırda Azərbaycan Dillər Universiteti), KDPİ
(hazırda Gəncə Dövlət Pedaqoji Universiteti) və s. təhsil müəssisələri də özünəməxsus rol
oynamışdır.
1946-cı ildə ÜİK(b)P MK-nın xüsusi qərarı ilə 1947/48-ci tədris ilindən başlayaraq orta
məktəblərin buraxılış siniflərində məntiq və psixologiyanın tədris olunması ilə bağlı qərar qəbul
olunur. Qərara uyğun olaraq 1947/48-ci tədris ilində Azərbaycan Dövlət Universitetində
məntiq-psixologiya kafedrası yaradılır. Kafedraya rəhbərlik A.O. Makovelskiyə tapşırılır. O,
1960-cı ilə qədər bu kafedraya rəhbərlik edir. 1960-cı ildən kafedra pedaqogika və psixologiya
kafedrası adı ilə fəaliyyətini davam etdirir. 1960-1970-ci illərdə kafedraya M.C. Məhərrəmov,
daha sonra professor Ə.S. Bayramov rəhbərlik edir. Hazırda kafedraya professor B.H. Əliyev
rəhbərlik edir.
Dostları ilə paylaş: