Hörmətli oxucu! Nəzərinə çatdırım ki, belə bir əqidəyə sa-
hib olmaq əhli-sünnətə görə küfrdür. Əhli-sünnət alimlərindən
olan İbn Qudamə demişdir: “Müsəlmanlar arasında ixtilaf yoxdur
ki, əgər bir şəxs Qurandan bir surəni və ya bir ayəni, yaxud bir
kəlməni və ya bir hərfi belə inkar etsə o, ittifaqla kafirdir.”
(“Lumatul-Etiqad” səh. 19).
Qazi İyad “əş-Şifa” adlı kitabında belə deyir: “Bil ki, kim
Quranın, yaxud müshəfin nəyinəsə qiymətsiz bir şey kimi baxsa,
yaxud onları söysə, ya da ki, onu və ya ondan bir şeyi, yaxud onda
göstərilən bir hökmü və ya xəbəri yalan saysa, yaxud onun
(Quranın) inkar etdiyini isbat etsə və ya onun isbat etdiyini bilə-
bilə inkar etsə, yaxud ondan bir şeyə şəkk etsə, o şəxs, bütünlüklə
elm əhlinin nəzərində kafir sayılar.”
Belə bir hökmü Şeyxulislam İbn Teymiyyə də “Sarimul-
Məslul” adlı kitabının 586-cı səhifəsində qeyd etmişdir.
Amma indi baxın və görün ki, yuxarıda küfrlə dolu olan
sözlərini qeyd etdiyim Nemətullah əl-Cəzairi barəsində şiə alimləri
nə fikirdədir:
Hurr Amili onun barəsində belə deyir: “Əs-seyyid Nemə-
tullah ibn Abdullah əl-Huseyni əl-Cəzairi qədir-qəyməti böyük
olan fəzilətli, araşdırıcı bir alimdir...” (“Əməlul-Amil”2/336).
Abbas əl-Qummi demişdir: “Çoxlu əsərlərin sahibi, qədir-
qiyməti uca, fəzilətli və alim olan bir araşdırıcı idi. Təfsirdə, hədis
və fiqhdə, ərəb dili və ədəbiyyatında öz əsrində yeganə bir şəxs
19
idi.” (“Əl-kunə vəl-Əlqab” 3/298). Əlavə olaraq “Ravdatul-
Cənnə”8/138-ci səhifəyə müraciət et!
Bütün bunlarla yanaşı Hicri 1320-ci ildə vəfat etmiş məhşur
şiə alimi Nuri ət-Təbərsi Quranın təhrifini isbat etməkdən ötrü
Dostları ilə paylaş: |