Kurikulum


yeni bacarığa yiyələn.    2.bacariğı məşq elə.     3.səhv elə



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə110/123
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#44664
1   ...   106   107   108   109   110   111   112   113   ...   123
Mətanət Nəbiyeva

1.yeni bacarığa yiyələn.    2.bacariğı məşq elə.     3.səhv elə 

4.səhvlərink təhlil et və düzəlt  5.öyrəndiyini yoxla.  6.səhv elə 

7.kömək istə      8.öyəndiyini yenidən yoxla      9.püxtələş  


MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN 

050 721 39 94 

68 


 

əzmkarlığı idi. Surət və perfeksionizmın (mükəmməllik) dərindən övrənməyə mane olan 

şeylər olduğunu nəzərə alsaq, smifdə şagirdlərə kifayət qədər düşünmə və gözləmə 

vaxtları verməli olduğumuzu unutmamalıyıq Şagirdə isə nəticədən çox prosesə, edilən 

cəhdlərə fokuslanmalı olduğunu bildirməliyik. Yəni nəticə bəzən uğurlu, bəzən uğursuz 

ola bilər, vacib olan proses zamanı qazanılan bilik və bacarıqlardır.  

Uğura gedən yolda müəllimlərin şagirdlərə verdikləri rəylər də mühim əhəmiyyət daşıyır. 

Rəy dedikdə, müəllimın şagirdi gördüyü işi daha da yaxşılaşdırması üçün ona verdiyi, 

bildirdiyi fikirlərdir. Rəy verərkən nəzərə alınmalı olan ən vacib məqam rəyin destruktiv

yəni şagirdi emosional olaraq zədələyən, onu həvəsdən salan fikirlər deyil, əksinə 

konstruktiv, yəni şagirdi irəliyə apara biləcək dəstəkləyici olmasıdır. Məsələn, “Görürəm, 

qeydlərindən və öyrəndiyimiz üsullardan yaxşı istifadə etmisən. Afərin. Bu cür davam 

et.” (bax: Əks-əlaqə formativ qiymətləndirmə kimi)  

•  İnkişafa açıq düşüncə tərzində olan sinfin bir cəhəti də qiymətləndirmədə “hələ” 

sözündən istifadə olunmasıdır. Müəllimlər şagirdlərin nail ola bilmədikləri bir bacarıq və 

ya həll edə bilmədikləri bir tapşırığı şərh edərkən “Hələ ki bacarmıram”, “Hələ ki nəticə 

ala bilməmişəm” kimı ifadələrdən istifadə etməyi öyrədərək uğursuzluğun daimi 

olmayacağına inanmalarını təmin etməlidirlər. Bunun üçün müəllimlər özləri də formativ 

qiymətləndirmə zamanı şagirdlərin öyrənmələrini şərh edərkən “hələ” sözündən istifadə 

etməlidirlər.  

Göründüyü kimi, intellektin dəyişə bilən bir xüsusiyyət olduğunu bilmək həm müəllim, 

həm də şagirdlərə öyrənmə prosesini düzgün şəkildə qurmaq, sinifdə müvafiq öyrənmə 

mühiti yaratmaq, öyrənmədən həzz almaq imkanı yaradır. 

 

 



 

 

                       Effektiv müəllim-şagird münasibətləri 



              Düzgün münasibət qurulmasa, əhəmiyyətli öyrənmə baş verə bilməz.  

                                                                                                      Ceyms Komer. 

Təhsil ümumilikdə insan münasibətlərindən ibarət bir prosesdir. Yüksək keyfiyyətli məzmun, 

aydın ifadə olunmuş təlim nəticələri olan dərs planı, əlbəttə ki vacibdir, lakin bunlar bütün 

şagirdlər üçün yüksək nəticələr əldə etməyə kifayət etmir. Əgər şagirdlərlə onların ehtiyacını 

qarşılayan pozitiv münasibət qurulsa, onları akademik fəaliyyətə cəlb etmək və nəticə 

göstərmələrini təmin etmək daha rahat olar. Şagirdlərlə pozitiv münasibət qurulduqda onlar 

özlərini məktəbə daha bağlı hiss edir, səriştə nümayiş etdirir, seçim imkanları olur və təhlükəsiz 

öyrənmə mühitindən zövq alırlar.  


Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin