Yeni bilik və bacarıqlara yiyələnərkən
• Nəzərə alınması lazım olan digər bir məsələ şagirdləri tərifləyərkən düzgün tərifləmə
növündən istifadə etməkdir. Ənənəvi fikrə görə, şagirdlərə: “Çox ağıllısan”, “Zəkalı
uşaqsan”, — demək onlarda stimullaşdırıcı effekt yaradır. Son araşdırmalar isə göstərir
ki, bu cür təriflər şagirdlərə risklər etməyə imkan vermir, çünki onlar səhv edərək
müəllimin gözündə daha əvvəlki kimi zəkalı görünməməkdən qorxurlar. Bu da onları
nəticə etibarilə qapalı düşüncə tərzinə salır. Ona görə də müəlimlər şagirdləri
tərifləyərkən onların intellektini, ağlını deyil, çəkdikləri zəhməti, göstərdikləri səyləri,
cəhdləri, prosesə cəlb olunmalarını, istifadə etdikləri strategiya, üsul və yolları
tərifləməlidirlər. Məsələn, “Maraqlı üsuldan istifadə etmisən, afərin”, “Həll etdikdən
sonra təkrar yoxlayırsan, çox gözəl” və s. Şagirdlər nə qədər göstərdikləri cəhdlərə görə
təriflənsələr, bir o qədər daha çox cəhd göstərməyə çalışacaqlar.
• İnkişafa açıq düşüncə tərzinin olduğu sinfin digər bir xüsusiyyəti düşünmə və gözləmə
vaxtlarına əməl olunaraq dərindən öyrənməni təmin etməkdir. 1972-ci ildə çap olunan bir
məqaləyə görə müəllimlərin sualı səsləndirməklə şagirdlərdən həmin suala cavab
almaları arasındakı gözləmə müddətləri 0.97 saniyədir. Bu isə o deməkdir ki, heç də hər
bir şagirdə sualın cavabı haqqında düşünmək üçün kifayət qədər imkan yaradılmır
(Gözləmə müddəti ilə bağlı əvvəlki mövzularda ətraflı məlumat verilmişdir). Məsələn,
müəllim şagirdə sual verir, şagird cavab vermək üçün düşünür. Bu düşünmə vaxtı bir
qədər uzananda müəllim bu vəziyyəti şagirdin hazırsızlığı kimi dəyərləndirir və cavabı ya
özü deyir, ya da hazırlıqlı hesab etdiyi digər şagirdlərdən soruşur. Bu prosesin nəticəsində
hansı mənzərə formalaşır? Müəllim həmin şagirdə növbəti dəfə sual verəndə şagird daha
sualın cavabını düşünməyəcək, çünki müəllimin onu sualın cavabını tapmaq üçün
gözləmədiyini bilir və sadəcə müəllimin cavab üçün başqa şagirdə müraciətini
gözləyəcək. Beləcə, şagırdın əzmkarlığı, özünə inamı zədələnmiş olmaqla yanaşı, o,
qapalı duşüncə tərzinə sahib olacaqdır. Yuxanda verilən misalda açar məqam şagirdin
verəcəyi cavabın doğruluğundan çox, onun cavabı tapmaq uçün çəkəcəyi zəhməti,
Dostları ilə paylaş: |