Kurikulum



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə107/123
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#44664
1   ...   103   104   105   106   107   108   109   110   ...   123
Mətanət Nəbiyeva

MƏTANƏT NƏBİYEVA ONLİNE KURİKULUM HAZIRLIĞI ÜÇÜN 

050 721 39 94 

66 


 

Beləliklə, İnkişafa açıq tipli düşüncə tərzi:  

•  Çətinlikləri sevir.  

•  Şəhvlərindən öyrənir.  

•  Rəylərə qulaq asır və nəticə çıxarır.  

•  Öyrənməyə marağı var.  

•  Uğursuzluq yaşayanda təslim olmur və “Hələ ki bacarmıram” deyir. 

Qapalı düşüncə tərzi:  

•  Çətinliklərdən yayınır.  

•  Səhv etməkdən və başqalarının gözündə axmaq, zəif kimi görünməkdən çəkinir. 

•  Rəyləri qulaqardına vurur.  

•  Asanlıqla təslim olur.  

•  “Bacarmaram”, - deyir. 

Bəs düşüncə tərzini dəyişdirmək mümkündürmü?  

K. Dvek müəyyənləşdirmişdir ki, şagirdlər xarakter və intellektlərinin dəyişilə biləcək bir şey 

olduğuna əmin olduqda daha yaxşı akademik fəaliyyət, nəticələr göstərə bilir və düzgün lazımi 

müdaxil edildikdə qapalı düşüncə tərzindən inkişafa açıq düşüncə tərzinə inkişafa açıq düşüncə 

tipinə keçmək üçün onlara necə kömək etmək və ümu ilikd sinfi necə formalaşdırmaq olar? 

Bunun üçün aşağıdakı bir neçə strategiyanı sinifdə tətbiq etmək lazımdır.  

•  İlk növbədə şagirdlərə intellektin, zəkanın dəyişə bilən olduğu, heç nəyin daş üzərində 

yazılmadığı, bir sözlə, beynin elastik olduğunu öyrətmək lazımdır. Bunun üçün hətta 

şagirdlərlə bir neçə əxrübə də aparmaq olar. Məsələn, beynin elastikliyini ən yaxşı izah 

edən təcrübələrdən biri süngərlə aparılan təcrübədir. Belə ki, müəllim quru süngəri içi su 

dolu bir qaba salır və süngər suyu özünə çəkdikcə şişməyə başlayır. Bu yolla müəllim 

şagirdlərə beynin də eynilə süngər kimi yeni informasiyanı özünə bu cür çəkdiyini, çoxlu 

məşqlər, cəhdlərlə bu cür genişləndiyini göstərir. Süngər sudan çıxaaldıqdan sonra necə 

quruyub büzüşürsə, beynimizdə olan informasiya da istifadə edilmədikdə, məşq 

olunmadıqda eynilə bu vəziyyətə düşür. Bu cür əyanilik şagirdlərə beynin elastikliyini 

daha aydın izah edir, Və yaxud əzələ ilə müqayisə apararaq əzələnin necə zamanla və 

məşqlə daha ağır yüklərə öyrəşdiyi kimi beynin də zaman-zaman, çoxlu cəhd və 

məşqlərlə daha çətin informasiya və tapşırıqların öhdəsindən gələ bilmə xüsusiyyətini 

onlara asan dillə çatdırmaq olar.  

•  Digər bir məsələ isə şagirdlərdə öyrənmə prosesində risk götürmək mədəniyyətini 

yaratmaqdır. Yəni şagirdlər səhv etməkdən qorxmamalı, öyrənmə yolunun səhvlərdən 

keçdiyini başa düşməli və etdikləri səhvlərə hədəfə çatmaq üçün lazım olan bir vasitə 

kimi baxmalıdırlar. Şagirdlərə öyrətmək lazımdır ki, hər yeni sinfə keçdikcə, öyrənmə 

prosesi mürəkkəbləşir və ilk cəhdlər uğurlu alınmaya bilər. Amma bundan qorxmaq 

lazım deyil, sadəcə səhvləri təbii bir hal görərək daha çox səy göstərməyə çalışmaq 

lazımdır. Bu prosesi daha rahat başa düşmələri üçün onlara uşaqların yerimə və 

danışmanı öyrənmələrini misal gətirmək olar: balaca uşaqlar yeriməyi öyrənənə qədər 





Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin