Azərbaycan respublikasi təHSİl naziRL



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə9/31
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#45197
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
shukurov rauf

 

 

 


17 

 

1.2 Keyfiyyətin idarə olunmasının yerli və xarici nəzəriyyə və təcrübələri 



 

Son  illər  Azərbaycanın  dünya  və  Avropa  məkanına  inteqrasiya  getdikcə 

genişlənir.  Ölkəmizin  Avrasiya  nəqiliyyat  dəhlizinin  üstündə  yerləşməsi, 

iqtisadiyyatın  davamlı  inkişafının  təmin  olunması,  əlverişli  investisiya  mühitinin 

mövcudluğu,  bu  prosesi  daha  da  sürətləndirir.  Ölkəmizdə  mövcud  iqtisadi 

sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış əlverişli şərait nəticəsində xarici 

ticarət  əlaqələrinin,  idxal-ixrac  əməliyyatlarının  həcmi  ilbəil  artır.  Azad 

sahibkarlığa  və  təşəbbüskarlığa  geniş  meydan  verilməsi  ölkədə  yeni,  müasir 

texnologiyalar  əsasında  rəqabət  qabiliyyətli  məhsul  istehsalı  üçün  geniş  imkanlar 

yaradır. 

Bazar rəqabəti şəraitində dünyanın inkişaf etmiş ölkələri yüksək keyfiyyətli 

strateji ticarət simvolu və milli sərvətlərin ən mühüm  mənbəyi kimi qəbu edirlər. 

Keyfiyyət bir çox sahələrdə dövlət və hökümətin nüfuzunu müəyyən edir. 

Azərbaycan  sənayesinin,  qloballaşmanın  gətirdiyi  ağır  rəqabət  şərtləri 

altında inkişaf edə bilməsinin təməl şərti, dünya şərtlərində istehsal etməsi, başqa 

bir deyişlə beynəlxalq sahədə rəqabət gücü olan mal və xidmət istehsalı etməsidir. 

 

Son  illərdə  Azərbaycanda  aparılan  iqtisadi  islahatlar,  keyfiyyət  probleminə 



diqqəti  artırıb.  Milli  iqtisadiyyatımızın  möhkəmlənməsi  məhz  keyfiyyətdən 

asılıdır. Bu fikirlə razılaşmağa  bizi qabaqcıl ölkələrin təcrübəsi məcbur edir.  

Azərbaycanda  aparılan  Keyfiyyət  siyasətinin  ən  bariz  nümunəsi  kimi 

“Keyfiyyət  Assosiasiyasını”  göstər  bilərik.  “Keyfiyyət  Assosiasiyası”  İctimai 

Birliyi  (bundan  sonra  birlik  adlandırılacaq)  25  noyabr  2007-ci  ildə  təsis  edilmiş, 

özünü  idarəedən,  ictimai-faydalı  məqsədlər  daşıyan  qeyri  –  kommerisya,  qeyri  – 

hökümət təşkilatıdır. 

 

Birliyin əsas məqsədi ölkə ərazisində məhsulların və xidmətlərin keyfiyyətli 



və  rəqabətyönümlü  olması  sahəsində  maarifləndirmə  işini  aparılmasına  kömək 

etməkdir. 

 

Birlik məqsədələrə  çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir: 




18 

 

 



-  keyfiyyətin  idarəedilməsi  sahəsində  beynəlxalq  və  milli  standartların 

təbliğinə kömək etmək; 

 

- keyfiyyətin idarə edilməsi sahəsində əsas bilikləri təbliğ etmək; 



 

-  keyfiyyət  sahəsində  xarici  ölkələrin  nailiyyətlərin  öyrənmək  və  onların 

tətbiqi imkanlarını araşdırmaq; 

 

- ölkə iqtisadiyyatının inkişafına kömək etmək; 



 

- sahibkarlığın inkişafı ilə bağlı maarifləndirici tədbirlər həyata keçirmək. 

 

Birliyin  fəaliyyətinin  mühüm  istiqamətlərindən  biri  də  keyfiyyət  və 



idarəetmə sahəsində uğur qazanmış, yüksək keyfiyyət göstəricilərinə nail olmuş və 

müştəri  rəğbətini  qazanmış  müəssisələrin  qabaqcıl  iş  təcrübəsinin  öyrənilməsi, 

yerli  müəssisələr  arasında  yayılması,  həmçinin  onların  istehsal  etdiyi  məhsullar 

barədə ölkə ictimaiyyətində müsbət imicinin formalaşdırılmasından ibarəetdir. Bu 

məqsədlərə  nail  olmaq  üçün  Birilik  tərəfindən  “Keyfiyyət  və  Menecment”adlı 

elmi-texniki və iqtisadi jurnal təsisi edilmişdir ki, həmin jurnalda respublikamızın 

tanınmış  alimləri  və  aparıcı  mütəxəssislərinin  yaxından  iştirakı  ilə  keyfiyyət  və 

idarəetməyə  dair  tendensiyalaın  dəqiq  təhlili  və  qiymətləndirilməsi  aparılır, 

həmçinin  milli  (AZS)  və  beynəlxalq  standartlar  (ISO  9001,  ISO  14001,  OHSAS 

18001  və  s)  eləcədə  standartlaşdırma,  sertifikatlaşdırma,  metrologiyaya  dair 

məlumatlar, analitik məqalələr dərc edilir. İndiyənədək “Keyfiyyət və Menecment” 

jurnalının 7 sayı işıq üzü görüb (3,10). 

 

Hazırda Birlik dünyanın keyfiyyət və idarəetmə sahəsində fəaliyyət göstərən 



bir sıra nüfuzlu təşkilatları ilə yaxından əməkdaşlıq edir. 22-26 yanvar 2008-ci il 

tarixlərində  Birlik  Türkiyədə  işgüzar  səfərdə  olmuşdur.  Bu  səfər  Türkiyə 

Respubilkasi  Nazirlər  Kabinetinin  nəzdində  fəaliyyət  göstərən  Türk  İşbirliyi  və 

İ

nkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilmişdir. 



2008-ci il may ayının 28-də Birlik Asiya və Sakit okean regionu ölkələrinin 

Keyfiyyət  Təşkilatının  (APQO)  İdarəetmə  Şurasına  qəbul  edilmiş,  birliyin  sədri 

Samir Novruzlu isə bu beynəlxalq qurumun İdarəetmə heyətinin üzvü seçilmişdir. 

Həmin  ilin  3-10  noyabr  tarixlərində  isə  Birliyin  üzvülərindən  ibarət 

nümayəndə  heyəti  Şanxay  Keyfiyyət  Assosiasiyasının  rəsmi  dəvəti  və  dəstəyi  ilə 



19 

 

Çin  Xalq  Respubilkasının  Şanxay  şəhərində  işgüzar  səfərdə  olmuşdur.  Keyfiyyət 



Assosiasiyasının  ÇXR-na  səfər  etməsinidə  əsas  məqsəd,  bu  ölkənin  keyfiyyət 

qurumlarının işi ilə tanışlıq, aidiyyatı sahə üzrə təcrübə mübadiləsi və əməkdaşlıq 

ə

laqələrinin qurulması idi. 



Azərbaycan  müəssisilələrinin  hal-hazırdakı  problemi  rəqabətə  dözümlü 

məhsul  istehsal  etməkdən  ibarətdir.  Bu  problemi  həll  etmək  üçün  hər  təşkilat 

keyfiyyət  sistemini  müəyyən  etməlidir.  Keyfiyyət  sisteminin  olması  müəssisənin 

xarici  bazarlarda  uğur  qazanmaq  ehtimalını  artırır.  Çünki  xarici  təşkilatlar  iki 

anoloji  məhsul  istehsal  edən  firmalardan,  keyfiyyət  isteminə  ISO  sertifikatı  əldə 

etmiş  təşkilata  üstünlük  verirlər.  Keyfiyyət  sistemi  hər  firmanın  spesifikliyin 

nəzərə  almalıdır  və  elə  hazırlanmalıdır  ki,  məhsulun  istehsalı  zamanı  xərcləri 

minumuma  endirsin.  İstehlakçı  əmin  olmalıdır  ki,  aldığı  məhsulun  keyfiyətinə 

100% təminat var.  

Bazar iqtisadiyyatı şəraitində keyfiyyətə əlaqədar bütün problemlərin dəqiq 

və hərtərəfli öyrənilməsi onun firma və ya  müəssisənin istehsal siyasətinin tərkib 

hissəsi  olması  ilə  əlaqədardır.  Kəskin  rəqabət  mübarizəsi  şəraitində  firmaların 

iqtisadi inkişafının şərtlərindən biri də məhsul keyfiyyətinin elmi əsaslarla, sistemli 

şə

kildə  idarəedilməsinə  nail  olmaqdır.  Keyfiyyətin  səmərəli  idarə  olunmasının  3 



zəruri şərti nəzərdə tutulur: 

 

1)  Firma  və  müəssisənin  rəhbərliyi  tərəfindən  keyfiyyətin  yüksəldilməsi 



fəaliyyətin  əsas  strateji  məqsədi  kimi  qəbul  edilir.  Bu  zaman  konkret  vəzifələr 

müəyyən  olunur  və  bu  vəzifələrin  yerinə  yetirilməsi  üçün  vəsaitlər  ayrılır. 

Keyfiyyətə dair tələblər istehlakçı tərəfindən irəli sürüldüyündən keyfiyyətin sabit 

səviyyəsi də ola bilməz. Keyfiyyətin səviyyəsi həmişə artırılmalıdır, yəni keyfiyyət 

həmişə dəyişən məqsəddir. 

 

2)  Keyfiyyətin  yüksəldilməsi  tədbirləri  bütün  bölmələri  əhatə  etməlidir. 



Təcrübə  göstərir  ki,  həyata  keçirilən  tədbirlərin  böyük  əksəriyyətini  keyfiyyətə 

nəzarət şöbəsi tənzimləyir. 

 

3)  Kadrların  ixtisasının  artırılması  və  onların  istehsal  olunan  məhsulların 



keyfiyyətinin yüksəldilməsi sahəsində fəaliyyəti stimullaşdırılmalıdır. 


20 

 

 



Keyfiyyətin  idarə  edilməsindən  son  məqsədə  az  məsrəflə və səmərəli  yolla 

məhsulun  istismar  və  istehlak  xassələrini  istehlakçıların  tələbi  səviyyəsinə 

qaldırmaqla gəlir əldə etməkdir. 

Keyfiyyəti idarəetmə nəzəriyyəsində iki problem mövcuddur: 

 

1.Menementin keyfiyyəti 



 

2. Keyfiyyətli məhsul 

Keyfiyyətin  əldə  olunması  az  xərc  aparmır.  Qabaqlar  keyfiyyət  xərclərinin 

ə

sas hissəsi fiziki əməyin payına düşürdü. Bu günlərdə isə intelektual əməyin payı 



artıb.  Keyfiyyət  prblemi  alimlərin,  mühəndislərin,  menecerlərin  iştirakı  olmadan 

həll  oluna  bilməz.  Məhsulun  keyfiyyətinin  artırılması  və  yüksək  keyfiyyətli 

məhsulu  seçmək  üçün  ölkə  səviyyəsində  müsabiqələr  keçirilməlidir.  Belə  ki, 

müasir  dövrdə  satış  bazarının  hansısa  bir  hissəsini  əldə  etmək  üçün  əsas  şərt  – 

keyfiyyətdir. Yalnız keyfiyyət, məhsulun rəqabət qabiliyyətini yüksəldir. İstehlakçı 

üçün  keyfiyyət  anlayışı  məhsulun  funksional,  sosial,  estetik,  ekololi 

xüsusiyyətlərindən  formalaşır.  Yalnız,  müəssisələr  keyfiyyətli  məhsul  istehsal 

edərkən,  əhalinin  alıcılq  qabiliyyətini  yaddan  çıxarmalı  deyillər.  Ona  görə  ki,  iki 

anoloji  məhsuldan,  maya  dəyəri  aşağı  olan  məhsul  daha  rəqabətə  dözümlü  olur. 

Sözsüz ki, keyfiyyətin əldə edilməsi xərc tələb edir. Amma keyfiyyət satışı artıran 

amildir  və  satışdan  əldə  olunan  mənfəət,  xərcləri  kompensasiya  edir.  Əgər 

müəssisə  məhsulu  bazara  çıxarır  və  liderlik  mövqeyinə  çıxmaq  istəyirsə, təbii ki, 

həmin  məhsulu  vaxtaşırı təkmilləşdirməlidir.  Mikro səviyyədə  keyfiyyət  ilə  bağlı 

problemin  həll  edilməsi  makro  səviyyə  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Əgər 

müəssisələr keyfiyyətə vaxtı – vaxtında fikir verməsələr, qüsürlu məhsulların sayı 

artacaq  və  bu  da  öz  növbəsində  hər  vahidin  maya  dəyərini  artıracaq.  Çünki,  zay 

məhsul  istehlakçıya  çatmasın  deyə  onun  qüsüru  aradan  qaldırılmalıdır.  Bu  isə  öz 

növbəsində  əlavə  xərc  tələb  edir.  Bu  qüsürlar  yaranmasın  deyə  hər  bir  müəssisə 

keyfiyyət  üzrə  uzun  müddətli  proqram  hazırlamalıdır.  Bu  günlərədək  hesab 

olunurdu  ki,  keyfiyyətin  əldə  olunması  ilə  xüsusi  şöbə  məşğul  olmalıdır.  Bazar 

iqtisadiyyatına  keçid  dövrü  bizləri  inkişaf  etmiş  ölkələrin  təcrübəsini  öyrənməyə 

məcbur  edir  və  nəticədə  məlum  olur  ki,  keyfiyyətlə  bütün  şöbələr  məşğul 




21 

 

olmalıdır.  Bir  neçə  ölkələrin  müəssisələrində  aparılmış  tətqiqatlar  göstərir  ki, 



keyfiyyətə  az  diqqət  yetirən  təşkilatlar  60%  vaxtlarını  qüsürların  aradan 

qaldırılmasına  sərf  edirlər.  Keyfiyyətin  artırılmasının  ölkə  iqtisadiyyatında 

ə

həmiyyətinin  misalı  kimi  ikinci  dünya  müharibəsindəki  ağır  məğlubiyyətdən 



sonra  ən  qısa  müddətdə  toparlanıb  inkişaf  etmiş  ölkələr  sırasına  yüksələn 

Yaponiyanı göstərmək olar. 

1947-ci ildə Amerika Birləşmiş Ştatlarında Marşal planı adlanan plan işlənib 

hazırlandı  və  onun  həyata  keçirilməsi  başlandı.  Bu  plana  uyğun  olaraq  ABŞ 

müharibədən  sonrakı  dağıntıdan  xilas  olmağa  kömək  məqsədilə  Almaniyaya, 

Böyük  Britaniyaya,  Yaponiyaya,  Fransaya,  İspaniyaya  və  digər  dövlətlərə  mal 

kreditləri  verdi.  Elə  bu  məqsədlə  oraya  metallurqlar,  kimyaçılar,  inşaatçılar  və  s. 

mütəxəssislər  göndərildi.  1947-ci  ildə  Yaponiyada  elektrotexnika  sənayesinin 

bərpasına köməklik məqsədilə göndərilən mütəxəssislər içərisində hazırda məşhur 

olan  keyfiyyətin  patriarxı  W.  Edwards  Deming,  (1900-1993)  də  var  idi. 

Müharibəyə qədər olan dövrdə və Ikinci dünya müharibəsinin gedişində o, statistik 

nəzarət  və  məhsulun  keyfiyyətinin  idarə  edilməsi  problemlərinə  həsr  edilmiş 

tədqiqatlarla məşğul olurdu. 

Keyfiyyət Menecmenti Sisteminin baniləri amerikan alimləri W.В. Shewhart 

,  W.  Edwards  Deming,  Armand  V.  Feigenbaumdir.  Amma  onların  nəzəriyyələri 

Yapon firmalarında öz əksini tapdı. 

Qeyd  etmək  lazımdır  ki,  kiməsə  kömək  edən  zaman  sponsorların  əksəriyyəti 

onlarda  olanlardan  ən  qiymətlisini  vermək  istəmirlər.  Bunu  nəzərə  alaraq  fərz 

etmək  olar  ki,  ABŞ-ın  hökümət  idarələrinin  rəhbərləri  W.  Edwards  Deming, 

Yaponiyaya  göndərəndə  onun  məhsulun  keyfiyyətinə  nəzarət  və  idarə  edilməsi 

metodları  və  vasitələri  haqqındakı  biliyinin  özlərinin  ölkəsi  üçün  qiymətli 

olduğunu hesab etmirdilər. 

W. Edwards Deming,  Yaponiyada olduğu zaman əsl alim kimi keyfiyyətin 

idarə  edilməsi  sahəsində  özünün  elmi  tədqiqatlarının  nəticələri  haqqında  deməyə 

bilməzdi. 1950-ci ildə o, Yaponiyanın 45 ən iri kompaniyalarının rəhbərləri üçün 



22 

 

seminar təşkil etdi və burada məhsulun rəqabət qabiliyyətinin yüksəldilməsi üçün 



nəzarətin və keyfiyyətin idarə edilməsinin metodlarından istifadə edilməsinin geniş 

imkanları  barədə  danışdı.  E.Deming  Yapon  iş  adamların  özünü  14  prinsipini 

söylədi və söylədiklərinə əməl olunarsa 5 il içərisində dünya miqyasında güclü bir 

ölkə olacaqlarını söylədi. E.Deming: “əgər dediklərimə əməl etsəniz 5 il içərisində 

dünyaya çata bilərsiniz, əməl etməyə davam etsəniz dünya sizə çatmaq üçün çox 

çalışar”. 

Birinci  konfransdan  18  ay  sonra  yapon  məhsullarında  və  məhsuldarlıqda 

xeylli  irəlləyişlər  gördülər.  Yaponya  Büdcəsi  1950-ci  ildə  10  milyad  dollarkən 

1980-cı illərin sonuna kimi ildə 9% artışla 1970-ci ildə 1.7 milyard dollar, 1987-ci 

ildə  3.4  milyard  dollar,  2000-ci  ildə  4.7  milyard,  2007-ci  ildə  isə  5.2  milyard 

dollara  çatmışdır.  Yaponyanın  “TOYOTA”  şirkətinin  2007-  ci  ildəki  gəliri  230 

milyard  dollar  və  işçilərin  sayı  316  min,  mənfəəti  15  milyard  dollar  olmuşdur. 

E.Deming  Yaponyada  “yapon  keyfiyyəti”  və  “möcüzənin  memearı”  olaraq 

adlandırılmaqda,  Toyota  çirkətinin  ofisinin  girişində  Toyotanın  yaradıcısından 

böyük  şəkli  asılmış  və  keyfiyyətdə  müvəffəqiyyətlər  əldə  etmiş  firmalara 

“DEMİNG KEYFİYYƏT MÜKAFATI” verərək ona, minnətdar olmaqdadırlar. 

 

Bu 14 qanun sənayedəki çevirilişin təməli və rəhbərliyin iş həyatında qalma, 



şə

riklərin  və  işçilərin  işlərinə  nəzarət  olunduğunun  güclü  bir  göstəricisidir.  

E.Deming. 

 

Yaponların  uğurlarındakı  təməl  səbəblərdən  bir    müştərilərin  –  plan, 



satınalma,  istehsal,  sövqetmə  və  paylama  mərhələlərinə  cəlb  edilməsi  və 

müştərilərdən 

ə

ldə 


edilmiş 

məlumatlar 

ə

sasında 


bu 

mərhələlərin 

təkmilləşdirilməsidir.  E.Deming. 

 

 



 

 

 




23 

 

W. Edwards Demingin prinsipləri aşağıdakı cədvəl 1. göstərilmişdir (16,3): 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin