Partiya komitəsinin katibi Lahıca galir və klubda camaat
qarşısında çıxış edir. Uzun-uzadı nitqdən sonra hədə-qorxu ilə
deyir ki, kimin normadan artıq heyvanı varsa hamısını dövlətə
təhvil verməlidir.
Danışan çoxolur, hamı birinci katibin bu fikrini alqışla-
yır. Qulu dözməyib söz istəyir. Üzünü katibə tutub deyir:
- Yoldaş katib, mənim vur-tut bir uzunqulağım var. Bəxti-
mizdən о onar yaxınlarda bala doğub. Qoduq karınıza gələrsə,
sözüm yox, günü bu gün təhvil verim.
Günah toyuqdadır Qəsəbə sovetinin sədri bir gün Qulu Şeydanı yanına ça-
ğırtdırıb narazı-narazı deyir:
- Belə olmaz axı, ay Qulu. Dövlətə altmış yumurta borclu-
san. Niyə vermirsən?
Qulu deyir:
- Hörmətli sədr, cəmi bir toyuğum var, о da özünü öldürsə
gündə bir dənədən artıq yumurtlaya bilməz. İndi sözün nədir,
toyuğun işini mən görməliyəm ?
Bəxtimiz gətirib.
Rayon partiya komitəsinin birinci katibinin qəbuluna gə-
lən Qulu kənədə su çəkmək üçün n pul ayrılmasını xahiş edir.
“Nə pul, – deyə katib hirslənir. – Sizin olan-qalan suyu-
nuzu da kəsmək lazımdır”.
Qulu başlayır şükür etməyə. Katib bunun səbəbini soruşur:
Qulu cavabında deyir:
50
- Bəxtimiz gətirib ki, birinci katibsən. Gücün de yalnız su-
ya çatır. Allah eləməmiş, bir az böyüsəydin çorəyimizi də kə-
sərdin