Əzrayılın nənnisi 1956-cı ildə Şamaxının Dəmirçi kəndindən Lahıca avto-
mobil yolu çəkilir. Avtomobil bu yolla ilk dəfə Lahıca gələndə
hamı şənnik edir. Avtomobildə gəzintiyə çıxmağı Quluya təklif
edirlər. “Mənim Əzrayılın nənnisində nə işim?” – deyir.
Bu necə lampadır ? Altmışıncı illərdə Lahıca elektrik işığı çəkirlər. Növbə Qu-
lugilə çatır. Lakin Qulu etiraz edir. Nə qədər dilə tuturlarsa, Qulu
“Vallah, mən Mingəçevirə gedə bilmərəm”, deyir. Elektriklər
başa salırlar ki, işığı yandirmaq üçün Mingəçevirə getmək lazım
deyil. Lakin Qulu inadından dönmür. Deyir:
- Bir lampanın ki, özü burda, xodu Mingəçevirdə ola, ona
etibar yoxdur.
Yunu qazanc Qulu ximranlı Şirinbəyimdən motal şoru alır. Dəri yaxşı
aşılanmadığı üçün şor tüklü olur. Bir neçə gün sonra Şirinbə-
yimlə rastlaşan Qulu başlayır dil-ağız etməyə:
– Allah ömrünü uzun eləsin, Şirinbəyim bacı, Bundan
sonra motal şorunu anacaq səndən alacağam, çünki səndən
aldığım şoru uşaqlar yedi, yunundan da yorğan sırıdıq.