51
Mısmırığını niyə sallamısan? Bundan ədalətli bölgü olar?!
De görüm, bu evin başçısı kimdir? Sən! Demək qazin başı sə-
nindir. Ayaqlarını oğlanlarına verdim ki, arxayın ol, sən gözünü
yuman kimi onlar da qıçlarını qatlayıb oturacaqlar evdə. Evinə
yiyəlik edəcəklər. Paylarına qanad düşən qizların qu quşu kimi
uçub gedəcəklər ər evinə Qafasi da arvadına ona görə məsləhət
gördüm ki, arvad quru qəfəs kimi şeydir. İstədiyin vaxt qol-
qabırğasını sındırıb dədəsigilə yola sal.
Məcidin qaşqabağı açılır :
- Afərin, Qulu. Vallah, mən mühasibliyimlə qazı bölə bil-
məzdim. Bu məharət səndə hardan?
Qulu fəxrlə :
- Allah vergisidir, – deyir.
Dostları ilə paylaş: