Allah kərimdir İnəyi naxırdan qayıtmadığı üçün Qulu narahat olur. Ax-
tarmağa getmək istəyəndə arvadı qoymur:
- Ay kişi, işden gəlmisən, yorğunsan, getmə. İnəyi tapşırı-
ram allaha, allah kərimdir, allaha pənah, allaha şükür. Təvəkkül
və xaliq, allah rəhimdir, inəyə heç nə olmaz.
Qulu arvadının sözünə baxır ve inək qalır çöldə.
Səhər inəyi axtarmağa gedir. Kəndin yaxınlığındakı də-
rədə canavarların inəyi parçalayıb yediyini görür və evə qayıdır.
Arvad soruşur:
- Ay Qulu, inəyi tapdın?
- Bəs necə? Kərim, Şükür, Təvəkkül, Rəhim, Pənah, Xa-
liq da onun yanında.