55
tobeş bə zir qultuği ye gılımi bə birən. Umoran pöyisdan bə
mingəh küçə və gılımeş vodoran bə püşö əs.Voyəşdan bafan bı
Hoci ki, tı cığbacığ bırafdəni. Man bı tərsi rənum ki,cığ mire ye
tiketi bı dəs nə miyo. Firo hə ben sər gılım cığ bıra .
Un Höci Savet hükuməti umora bədə, hər çiyişuna ə dəsi-
şiun usdorund. Kosib birund. Höci rafd bı nəziki Löyij ye dihi
bı numi Nonüc. A bareyiş ə kisneyi mırd, bafanund.
Tərcüməsi:
Nəcəfalı Məhtab çox tənbəl bir adam olub.Yaxşı havada
uzanıb yatar, yağış yağanda da deyərdi ki, bu hava da qoymur
ki, gedək kasıbçılığımızı eləyək.
Məytab sözü üzə deyən idi. Hacı Dadaşlılardan Hacı adın-
da biri vardı, çox atbaz idi. Birbaş Qarabağdan, Qazaxdan at gə-
tizdirərdi. Elə üstündəki yəhər üç atın qiymətinə idi. Küçədə at
çapanda heç kəsi görməzdi. Küçə ilə elə at çapardı ki, camaat
qorxudan evlərə çəkilərdi. Özü də gedəndə gözləyərdi ki, hamı
ona salam versin. Bir gün Məytab küçədə imiş. Görür ki, Hacı
gəlir. Məytabın qoltuğunda bir kilim varmış. Məytab gəlib da-
yanır düz küçənin ortasında və sərir xalçanı düz Hacının atının
qabağına və qayıdır Hacıya ki, sən çox “cırılırsan”, elə qorxu-
ram ki, tikən ələ gəlməz, yaxşısı budur ki, atdan düş elə xalça-
nın üstündə “cırıl” ki, tikələrin ələ gəlsin.
Həmin Hacının hər şeyi Sovet hakimiyyəti gələndə əlin-
dən alındı və Lahıcın yaxınlığında Nanıc adında kənd vardı, or-
da acından öldü
(S: 10; T: 2).
* * *
Möytab hərdən meşəyə gedib, odın gətirib satardı. Der, o
çox tənbəl olıb, yuxudan qalxmırdı. Bir dəfə atası gəlir, bir tə-
piy qoyur mına, der, ay bala dur get bir şələ odun gəti sat, çörəh
pılı alağ da. Durur çıxır çölə. Baxır görür ki, hərdən bir, bir
damcı, iki damcı yağır. Deyir, bı hava da qoymiyacax bizi, ge-
dəh bir şələ odun gətirəh, dolanağ
(S: 30; T: 1).
Dostları ilə paylaş: