53
xəstələnir. Məlhəm kəndindəki Nənə bulağına çatanda vəziyyəti
tamam pisləşir. Ölüm ayağında Şeyda kişi oğlundan üzünü qib-
ləyə çevirib yasin oxumasını xahiş edir.
Qulu yasin oxuyur və çox keçmir ki, atası dünyasını dəyi-
şir. Camaat yığışıb Şeydanı el adəti ilə Məlhəm kəndində dəfn
edir. Amma kənd sovetinin sədri yapışır Qulunun yaxasından ki,
bəs atan Şeyda öz əcəli ilə ölənə oxşamırdı. Qulu nə qədər and-
aman edirsə, sədri inandıra bilmir. Əzazillikdə ad çıxaran sədr
Qulunu çox
incidir. Camaatın Quluya yazığı gəlir, bir təhər sədri
dilə tuturlar ki, Qulunu buraxsın. Gözü sədrdən qorxan Qulu bir
daha yolunu həmin kənddən salmır. Və təbii ki, atasının da mə-
zarını ziyarət edə bilmir. Qulu onu məzəmmət edənlərə isə deyir:
- Yox, nə qədər ki, Teymurləng sağdir, mənim Məlhəmdə
işim ola bilməz.
Teymurləng deyəndə Qulu kənd sovetinin sədrini nəzərdə
tuturmuş. Demə, sədr də axsayırmış.
Bu minvalla neçə il keçir. Sədr öləndən sonra camaat Qu-
lunu məcbur edir ki, barı indi gedib atasının məzarını ziyarət et-
sin. Qulu deyir:
- Minə dözən, min birə də dözər. Onsuz da bir ayağım
burda, bir ayagım gordadır. Allah qoysa, о dünyada atamla da,
Teymurlənglə də görüşüb hər şeyi ayırd edərik.
Dostları ilə paylaş: